"Rusiya Cənubi Qafqazı itirmək üzrədir"- Elçin Xalidbəyli

"Rusiya Cənubi Qafqazı itirmək üzrədir"- Elçin Xalidbəyli"Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarəsinin faciəsindən Rusiya ilə Azərbaycan arasında olan münasibətləri pisləşdirmək üçün istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur" – bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə səsləndirib.
Zaxarova bildirib: "Biz çox yaxşı başa düşürük ki, həm Azərbaycan, həm də Rusiya vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası ilə bağlı faciə çox ağrılı şəkildə yaşanır. Biz başa düşürük ki, bütün bunlar heç nədən baş verməyib. Bəzi insanlar qəza nəticələrindən istifadə edib uğur qazanmaq istəyir." Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikirləri ilə son dövrlərdə gərgin olan Azərbaycan-Rusiya münasibətlərini yumşaltmağa çalışıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya Cənubi Qafqazı itirmək üzrədir. Gürcüstanda separatçı qüvvələri dəstəkləyib, müdafiə edir. Buna görə də Gürcüstanla münasibətlərində ciddi problemlər yaşayır. Eyni zamanda, Ermənistan da Rusiyadan qaçaraq qərbə sığınmağa çalışır. Siyasi baxımdan Ermənistan, Rusiyanın nəzarətindən çıxmaq üçün əlindən gələni edir. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, Rusiyanın təsir dairəsindən demək olar ki, çıxmış vəziyyətdədir. Çünki Azərbaycan, Rusiyanın ən güclü təsir mexanizmi olan Qarabağ problemini həll edərək, öz ərazi bütövlüyünü təmin edib. Ən əsası isə Azərbaycan ərazisindən Rusiya sülhməramlı qüvvələri də çıxarılıb. Rusiyanın Azərbaycana qarşı təsir mexanizmi qalmayıb:

"Rusiya Cənubi Qafqazı itirmək üzrədir"- Elçin Xalidbəyli"Rusiya Azərbaycanla bərabər hüquqlu münasibətlər qurmaq məcburiyyətindədir. Lakin Kremildə oturanlar imperialist yanaşma tərzindən uzaqlaşmaq fikrində deyillər. Buna görə də Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı qalmaqaldan istifadə edərək, Rusiya öz imperiya gücünü nümayiş etdirmək fikrindədir. Azərbaycanı növbəti dəfə sınağa çəkir. Kremildə belə hesab edirlər ki, Azərbaycana təzyiq göstərmək üçün yeni mexanizmlərin yaradılması vacibdir. Bu baxımdan Azərbaycanla münasibətlərin gərginləşdirilməsi ilə rəsmi Bakını müəyyən mənada çətin vəziyyətə salmağa cəhd göstərirlər. Halbuki, rəsmi Bakı qarşısına qoyduğu hədəflərə çatmaqdan dönməyəcək. Rəsmi Bakı inadkar, qətiyyətli və haqlı mövqeyindən heç zaman çəkilməyəcək. Rusiya bu dəfə də böyük risk alır. Azərbaycanla münasibətlərin gərginləşməsi rəsmi Kremilə Azərbaycan üzərində təzyiq mexanizmi yarada bilməz. Azərbaycanı Rusiya ilə münasibətlərdə daha da böyük müdafiə saxlamaq niyyətinə sala bilər. Kreml unutmamalıdır ki, Azərbaycanın NATO-nun üzvü olan Türkiyə kimi güclü strateji müttəfiqi mövcuddur. Türkiyə artıq Cənubi Qafqazda öz gücünü nümayiş etdirməyə başlayıb. Azərbaycanı dəstəklədiyini də heç zaman gizlətməyib. Bu, Rusiya üçün ciddi problemdir. Bütün bunları nəzərə alanda, hesab etmək olar ki, Kreml vərdiş etdiyi məkirli oyunlara yenidən başlayıb. Azərbaycana qarşı təzyiq mexanizmi yaratmağa cəhd göstərir. Buna nail olacağı təqdirdə, Cənubi Qafqazda öz mövqeyini yenidən bərpa etmək ümidlərini hələ də qoruyur. Halbuki, artıq bütün bunlar keçmişdə qalıb. Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan Rusya üçün əlçatmaz bir dövlətdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 18 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.