"Heç olmasa lotereyadan bir bilet al da!" - Video

"Heç olmasa lotereyadan bir bilet al da!" - Video"Həm ziyarət, həm ticarət" filmini izləməyən yəqin ki, yoxdur. Bir çox maraqlı və ibrətamiz məsələlərə toxunulmuş filmdə ən yaddaqalan səhnələrdən biri də Mustafanın hamamda, güzgü qarşısında Allaha etdiyi yumoristik duası idi. Həmin obrazı, filmi bizə sevdirməkdə az rolu olmayan, yaddaşımızda həm də şəkili müəllim kimi qalan Xalq artistimiz Hacı İsmayılov olub.

Xalq artisti öz şəxsi təcrübəsini bölüşərək, lotereyanın şans, taleyin oyunu və həyatımıza təsiri haqqında maraqlı fikirlərini bölüşüb.

Bəs, bir bilet, həqiqətən də, insanın həyatını dəyişə bilərmi?

"Qafqazinfo" görkəmli teatr və kino aktyorunun müsahibəsini təqdim edir:.

"Heç olmasa lotereyadan bir bilet al da!"

- 1994-cü ildə film çəkiləndə mən o səhnəyə xüsusi diqqət yetirməmişdim. Həmin səhnə iki hissədən ibarət idi. Mən təklif etmişdim ki, əvvəlcə mayka ilə, daha sonra isə pencək və qalstukla çəkiliş edək ki, sanki müxtəlif vaxtlarda baş verən hadisələr kimi görünsün. Lakin kamera aşağı enəndə görünür ki, Mustafa hamamda məşq edir, lotereya ilə bağlı danışır və çox gözəl də deyir:
"Sənə qurban olum, ay Allah, nolar, elə elə mən bir lotereya ilə maşın udum". Bir ay keçir, amma yenə də maşın olmur.

Sonra Əhmədiyyə yenidən Allaha yalvarır:
"Ay Allah, mən sənə nə etmişəm, nolar, bir maşın nə olan şeydir ki, sən onu mənə qıymırsan?!" Axırda Allah dözmür və yuxarıdan cavab verir:
"Ay Əhmədiyyə, sənə qurban olum, mən səni çox istəyirəm, sənə kömək eləmək istəyirəm. Amma sən də heç olmasa mənə kömək elə də – heç olmasa lotereyadan bir bilet al da!"

Bu səhnə tamaşaçılar tərəfindən çox bəyənildi və illər keçsə də, hələ də dillərdən düşmür.

"İki dəfə belə şansı əldən vermişəm, rəqəmləri dəyişmişəm"

- Gənclik illərimdən lotereyaya böyük marağım olub. Sovet dövründə 30 qəpiklik lotereya vardı və o zaman üçün çox yaxşı bir lotereya idi. Hardasa 200-300 nəfər bu lotereyadan xeyir götürürdü. Uduşlar arasında müxtəlif məbləğlər vardı – 5, 10, 100 manat kimi pul mükafatları, məişət texnikalarından – ətçəkən maşın, radioqəbuledici və hətta avtomobil də uduş siyahısına daxil idi.

Yadımdadır, bir dəfə 30 qəpiklik lotereya almışdım və yoxlayanda məlum oldu ki, radioqəbuledici udmuşam. Adı "Rigonda Mono" idi. Lotereya bir şansdır və gərək bu şansdan istifadə edəsən.

Sovet dövründə müxtəlif təşkilatlarda və idarələrdə lotereya oyunları keçirilirdi və onların bir çoxunda aparıcı olmuşam. O vaxtlar "5/36" lotereyası da məşhur idi. Bir dəfə yazdığım rəqəmləri dəyişməsəydim, beş rəqəm udacaqdım. İki dəfə belə şansı əldən vermişəm, rəqəmləri dəyişmişəm. Odur ki, mən həmişə məsləhət görürəm – lotereyada seçdiyiniz rəqəmləri dəyişməyin!

"Bir lotereya bileti ilə insanın taleyi dəyişir"

- Bəziləri doğum tarixi, yaşadığı ünvan və ya xoşladığı rəqəmləri seçir. Ümumiyyətlə, mən rəqəmlərə inanan insanam – istər doğum tarixi, istərsə də yaşadığımız illər olsun, bunlar insanın taleyini müəyyən qədər formalaşdırır. Lotereyanın gözəl tərəfi isə odur ki, insan bu rəqəmlərlə öz taleyini dəyişə bilər.

"Lotereyadan 300-400 manat udmuşam"

- "4+4" lotereyasını çox xoşlayırdım, bir müddət oynayırdım və udurdum da – 300-400 manat. Amma lotereya həmişə bir şansdır. Uda da bilərsən, uduza da. Elə məbləğ uda bilərsən ki, həyatın tamamilə dəyişər. Bu, insanlara verilən bir şansdır, bir fürsətdir ki, bəxtlərini sınasınlar. Heç olmasa, adama bir dənə lotereya bileti alsınlar, vəssalam!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 977   Tarix: 18 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.