"Meyitlərdən donor köçürülməsi üçün müvafiq həkimlərimiz və şəraitimiz var" - Həkim Aydın Əliyev

"Meyitlərdən donor köçürülməsi üçün müvafiq həkimlərimiz və şəraitimiz var" - Həkim Aydın ƏliyevAzərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib.Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib.
Meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.

Gözün buynuz qişası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən iki resipiyentə köçürülüb. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir.

Bəs bu prosesin davamlı olması üçün Azərbaycan səhiyyəsində şərait varmı?

Mövzu ilə bağlı BiG.AZ-a danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, həkim Aydın Əliyev bildirib ki, bu prosesin davamlı olması üçün Azərbaycanda mütəxəssislər və şərait mövcuddur:

"Təkcə Almaniyada 4 minə yaxın azərbaycanlı həkimi işləyir. Azərbaycanda istənilın sahə üzrə mütəxəssis var. Tibb Ekspertiza İdarəmiz, Patoloji Anatomiya idarəmiz, o cümlədən ayrı-ayrı sahələr üzrə cərrahlarımız, terapevtlərimiz var. Meyitlərdən köçürülmə üçün müvafiq həkimlərimiz də var. Bu proses Azərbaycanda da gedə bilər. Məsələn, kimsə vəfat edibsə və orqanları başqa birində işləyirsə, həmin insanın öz ruhuna da xeyirdir. Bunun üçün mütəxəssislərimiz və şəraitimiz var".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1074   Tarix: 24 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində "Nord Star Pharma" MMC tərəfindən Rusiyadan idxal olunan "Biokor" istehsal müəssisəsinə məxsus "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029

14.10.2026 156
.

ChatGPT artıq hər fikrinizlə razılaşmayacaq

OpenAI ChatGPT-nin istifadəçilərlə avtomatik razılaşmasını və onları yersiz tərifləməsini azaltmaq istəyir. Məqsəd çat-botun səhv fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və daha obyektiv cavablar verməsidir. xarici mediaya istinadla xəbər verir ki, şirkət süni intellektin istifadəçiyə həddində

14.10.2026 178
.

Keyn Messini keçib Ronaldonun rekorduna yaxınlaşdı

"Bavariya"nın hücumçusu Harri Keyn Lionel Messinin rekordunu keçib və ardıcıl Çempionlar Liqası oyunlarında qol vurmaqla Kriştiano Ronaldonun tarixi göstəricisinə yaxınlaşmağa davam edir. -ın xəbərinə görə, ümumi turnirin ikinci oyununda "Bavariya" Norveç "Vikinq"i ilə 3-

14.10.2026 167
.

İlham Əliyevin 23 illik prezidentlik dövrü: Liderlik, strateji qərarlar və Azərbaycanın yeni tarixi mərhələsi

"2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni mərhələ başladı. Ötən 23 il ərzində Azərbaycanın dövlətçilik strategiyası, iqtisadi inkişaf modeli, hərbi quruculuq siyasəti və beynəlxalq münasibətlər sistemindək

14.10.2026 227
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14.10.2026 250
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14.10.2026 160
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14.10.2026 350
.

"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi

İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind

14.10.2026 155
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14.10.2026 104
.