"Pakistanla münasibətlərimiz qarşılıqlı inam,etimad,əməkdaşlıq müstəvisi üzərində qurulub" - Politoloq

"Pakistanla münasibətlərimiz qarşılıqlı inam,etimad,əməkdaşlıq müstəvisi üzərində qurulub" - PolitoloqFevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes forumda çıxış ediblər.Azərbaycanla Pakistan müdafiə sənayesi sahəsində birgə istehsal müəssisələri yaratmaq üzərində işləyir.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki,Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk üç dövlətdən biri olub və ilk gündən münasibətlərimiz qarşılıqlı inam,etimad,əməkdaşlıq müstəvisi üzərində qurulub:

"İslam dövlətləri sırasında Pakistan yeganə dövlətdir ki, Ermənistanın Azərbaycana təcavüzünü nəinki qətiyyətlə pisləmiş,ondan BMT TŞ-nin məlum qətnamələrinin dərhal və qeyd- şərtsiz yerinə yetirilməsini tələb etmiş,ən nəhayət Ermənistanla diplomatik münasibətlərdən belə imtina etmişdir.Bütün beynəlxalq forum və tədbirlərdə Azərbaycan və Pakistan dövlətləri bir-birinə dəstək olmuş,rəsmi Bakı Kəşmir məsələsində İslamabadın mövqeyini dəstəkləyərək Hindistanla münasibətlərdə mövcud problemlərin beynəlxalq qanunvericilik normalarına uyğun tənzimlənməsini müdafiə etmişdir.
Azərbaycanın öz torpaqlarının erməni işğalından azad edilməsi uğrunda apardığı 44 günlük müharibədə Pakistan qardaş Türkiyə ilə yanaşı yanımızda olmuş,bizim mübarizəmizə hərtərəfli,ilk növbədə siyasi,diplomatik dəstək vermişdir.Hər iki dövlət və xalq İslam sivilizasiyasının ayrılmaz hissəsi olduqlarından dövlətlərimiz arasında mədəni,humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf etmişdir.Bununla əlaqədar ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev fondunun Pakistanla humanitar, mədəni əlaqələrin inkişafı sahəsində gördüyü işlər xüsusilə qeyd edilməlidir.
Dövlətlərimiz beynəlxalq terrorizmə qarşı mübarizədə daim bir-birilərinə dəstək olmuşlar.
Bu gün dövlətlərarası iqtisadi,ticari münasibətlərin genişləndirilməsi işində nəqliyyat dəhlizləri ilə bağlı məsələlər xüsusilə böyük əhəmiyyət kəsb edir və bu sahədə də, dövlətlərimiz geniş əməkdaşlıq imkanlarına malikdirlər.
Azərbaycan Prezidenti dövlətlərarası iqtisadi, ticari münasibətlərin genişləndirilməsi üçün tərəflərin böyük imkanlara malik olduğunu söyləməklə, tərəflər arası iqtisadi münasibətlərin siyasi münasibətlər səviyyəsinə qaldırılmasını hər iki dövlətin qarşısında duran mühüm vəzifələrdən biri kimi xarakterizə etmiş, bununla bağlı ilk iqtisadi forumların keçirilməsi bu istiqamətdə atılacaq işlərin müjdəçisi olmuşlar, bu forumlar tərəflərin bir-birilərinin iqtisadiyyatlarına hansı həcmdə və hansı sahələrdə invenstisiyaların qoyulması ilə bağlı məsələlərə əhəmiyyətli şəkildə aydınlıq gətirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 918   Tarix: 26 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

20:24 143
.

Evində pişik saxlayan insanlarda insult və ya infarkt riski azalır - ARAŞDIRMA

Evdə pişik saxlamaq yalnız xoş əhvali-ruhiyyə və ünsiyyət demək deyil. Araşdırmalar göstərir ki, pişiklərlə yaşamaq ürək-damar sağlamlığı, uşaqların inkişafı və psixoloji vəziyyətlə müəyyən əlaqələrə malik ola bilər. xarici mediaya istinadən xəbər verir ki, Minnesota Universitetinin mütəxəssisləri təxminə

19:00 159
.

QIZ UŞAQLARININ UŞAQLIĞINI KİM ƏLİNDƏN ALIR? İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri

Azyaşlı qızların ərə verilməsi, susdurulan səslər, yarımçıq qalan təhsil və məhv edilən gələcəklər: hansı ənənə uşağın hüququndan üstün ola bilər?. Bir qız uşağı hələ məktəb partasında oturmalı, kitab oxumalı, gələcəyi barədə xəyallar qurmalı, dostları ilə oynamalı və həyatın gözəlliklərini kəşf etməlidir

14:12 222
.

Sergey Lavrov sabah Bakıya gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onu

13:08 225
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

15:11 335
.

TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"

İranın "Traktor" futbol klubunun adı ilə fəaliyyət göstərən "TRACTOR F.C." sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib. xəbə

17:14 185
.

Hakan Fidan Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Azərbaycana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, o, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM (CICA

15:30 250
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

12:36 258
.

Keyn Messini keçib Ronaldonun rekorduna yaxınlaşdı

"Bavariya"nın hücumçusu Harri Keyn Lionel Messinin rekordunu keçib və ardıcıl Çempionlar Liqası oyunlarında qol vurmaqla Kriştiano Ronaldonun tarixi göstəricisinə yaxınlaşmağa davam edir. -ın xəbərinə görə, ümumi turnirin ikinci oyununda "Bavariya" Norveç "Vikinq"i ilə 3-

19:30 157
.