Dinozavrlar yox olmasaydı nə baş verərdi və ya insanlar meydana çıxardımı?

Dinozavrlar yox olmasaydı nə baş verərdi və ya insanlar meydana çıxardımı?Təxminən 66 milyon il əvvəl Yerə çırpılan nəhəng asteroid planetin tarixini sonsuza qədər dəyişdi. Bugünkü Meksikanın Yukatan yarımadasına düşən 15 kilometr diametrindəki bu göy cismi sunamilərə, yanğınlara və turşu yağışlarına səbəb olaraq qlobal bir fəlakət yaratdı. Günəşi örtən nəhəng toz və tüstü buludları ekosistemləri alt-üst etdi və dinozavrlar da daxil olmaqla Yer üzündəki canlıların 75%-nin məhv olmasına gətirib çıxardı.

Bəs o asteroid heç çırpılmasaydı? Dinozavrlar hələ də Yer üzünün əsas hökmranı olardımı, yoxsa bir şəkildə yox olub, yerlərini məməlilərə verərdilər?

Dinozavrların təkamülü davam edə bilərdimi?

Qaynarinfo "LiveScience" jurnalına istinadən xəbər verir ki, dinozavrlar 165 milyon il boyunca Yer kürəsinə hakim olub və müxtəlif ekoloji dəyişikliklərə uyğunlaşa bilib. Buna görə də bəzi paleontoloqlara görə, asteroid çırpılmasaydı, dinozavrlar təkamül etməyə davam edərək ekosistemin zirvəsində qala bilərdi.

Edinburq Universitetindən paleontoloq Stiv Brusattın fikrincə, dinozavrlar məhv olmadan öncə də olduqca müxtəlif və dominant bir canlı qrupu idi: "Dinozavrların son fosillərinə baxdığımızda, onların dünya miqyasında geniş yayıldığını və olduqca fərqli növlərə sahib olduğunu görürük. Bu səbəbdən asteroid çırpılmasaydı, çox güman ki, uzun müddət daha üstünlük təşkil edərdilər".

Bununla belə, bəzi alimlər bu fikrə qarşı çıxır. Onlar hesab edir ki, dinozavrların son dövründə yeni növlərin meydana gəlmə sürəti, yox olma sürətindən aşağı olub. Yəni, asteroid çırpılmasa belə, təbii proseslər nəticəsində dinozavrların müəyyən bir mərhələdə tədricən yox olması mümkündür. Lakin dəqiq nəticəyə gəlmək çətindir. İndiyə qədər toplanmış məlumatlar göstərir ki, dinozavrların məhvinin əsas səbəbi məhz asteroid çarpması olub.

Dinozavrlar ağıllı canlılara çevrilə bilərdimi?

Buz dövrləri və iqlim dəyişiklikləri kimi sərt şərtlər dinozavrları necə təsir edə bilərdi? Brusatt bəzi dinozavrların tüklərlə örtülü olduğunu və bəlkə də isti qanlı növlərin mövcudluğunu vurğulayır. Bu isə o deməkdir ki, onların bəziləri soyuq iqlimə uyğunlaşa bilərdi. Məsələn, mamontların təkamül prosesi nəticəsində qalın yun inkişaf etdirərək soyuğa uyğunlaşdığı kimi, dinozavrlar da yeni xüsusiyyətlər qazana bilərdi.

Lakin ən maraqlı suallardan biri budur: Dinozavrlar zamanla daha ağıllı canlılara çevrilə bilərdimi?

1982-ci ildə paleontoloq Deyl Rassel troodontid dinozavrlarının təkamül keçirərək insanabənzər ağıllı varlıqlara ("dinozauroidlərə") çevrilə biləcəyini irəli sürüb. Troodontidlərin böyük beyinləri, stereoskopik görmə qabiliyyətləri və tutucu barmaqları olduğu bilinir. Lakin bu nəzəriyyə zamanla elmi dairələrdə tənqid olunub və həddən artıq "insansı" olduğu üçün geniş qəbul görməyib.

2023-cü ildə aparılan bir araşdırma isə heç bir dinozavr növünün insan səviyyəsində zəka inkişaf etdirmə potensialına malik olmadığını ortaya qoyub. Bununla belə, bu gün yaşayan dinozavr nəsilləri – yəni quşlar – olduqca ağıllıdır. Brusatt bildirir: "Hazırda mövcud olan dinozavrlar, yəni quşlar, əslində olduqca zəkalıdır. Orta hesabla, məməlilərdən daha çox beyin neyronlarına sahibdirlər".

Lakin quşların insan səviyyəsində zəka inkişaf etdirib-etdirməyəcəyi hələ də naməlumdur.

İnsanlıq heç mövcud olmaya bilərdi

Asteroid Yerə çırpılmasaydı, məməlilərin təkamül prosesi də tamamilə fərqli bir istiqamət ala bilərdi. Kiçik, gəmirici bənzər məməlilər, nəhəng dinozavrların hökmranlığı altında heç vaxt inkişaf edib müxtəlifləşmə şansı tapa bilməzdi.

Brusatt deyir: "Əgər böyük dinozavrlar sağ qalsaydı, məməlilər çox güman ki, milyonlarla il ərzində kiçik qalmağa davam edərdi".

Çikaqo Universitetindən paleontoloq Pol Sereno da bu fikirlə razıdır: "İnsanlıq, tamamilə məməlilərin üstünlük təşkil etdiyi bir dünyada təkamül etdi. Nəhəng dinozavrların sağ qaldığı bir ssenaridə biz, çox güman ki, heç vaxt mövcud olmazdıq".

Nəticə

Əgər asteroid Yerə çırpılmasaydı, planetin təkamül tarixi tamamilə fərqli bir yol izləyə bilərdi. Dinozavrların hələ də dünyaya hakim olduğu bir dünyada, insan kimi düşünə bilən bir növ meydana çıxardımı? Yoxsa təbiət başqa bir canlı qrupunu üstün mövqeyə gətirərdi?

Bu sualların qəti cavabı yoxdur, lakin bir şey aydındır: biz insanlar, mövcudluğumuzu böyük ölçüdə 66 milyon il əvvəl baş verən o qlobal fəlakətə borcluyuq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1217   Tarix: 27 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keyn Messini keçib Ronaldonun rekorduna yaxınlaşdı

"Bavariya"nın hücumçusu Harri Keyn Lionel Messinin rekordunu keçib və ardıcıl Çempionlar Liqası oyunlarında qol vurmaqla Kriştiano Ronaldonun tarixi göstəricisinə yaxınlaşmağa davam edir. -ın xəbərinə görə, ümumi turnirin ikinci oyununda "Bavariya" Norveç "Vikinq"i ilə 3-

19:30 157
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

22:30 1
.

"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi

İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind

21:15 116
.

Rusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində "Nord Star Pharma" MMC tərəfindən Rusiyadan idxal olunan "Biokor" istehsal müəssisəsinə məxsus "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029

21:45 103
.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

20:30 162
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec

13:06 217
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

15:11 335
.

QIZ UŞAQLARININ UŞAQLIĞINI KİM ƏLİNDƏN ALIR? İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri

Azyaşlı qızların ərə verilməsi, susdurulan səslər, yarımçıq qalan təhsil və məhv edilən gələcəklər: hansı ənənə uşağın hüququndan üstün ola bilər?. Bir qız uşağı hələ məktəb partasında oturmalı, kitab oxumalı, gələcəyi barədə xəyallar qurmalı, dostları ilə oynamalı və həyatın gözəlliklərini kəşf etməlidir

14:12 222
.

Uşaqlığı əlindən alınan qızlar: İran, Əfqanıstan və ərəb cəmiyyətlərində erkən nikahın acı reallığı

Erkən nikah müasir dünyanın ən ağrılı sosial problemlərindən biri, uşaqların hüquqlarını, azadlığını və gələcəyini təhdid edən ciddi insan hüquqları pozuntusudur. Azyaşlı qızın öz uşaqlığını yaşamadan həyat yoldaşı, ana və ailənin bütün məsuliyyətlərini daşımağa məcbur edilməsi sadəcə ailədaxili qəra

14:20 208
.