26 Fevral Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

26 Fevral Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiribXocalı soyqırımının 33-cü ildönümü münasibətilə təşkil olunan tədbirlər, faciə qurbanlarının əziz xatirəsini anmaq məqsədilə "Ana Harayı" abidəsində keçirilən yürüşlə başlayıb. Yürüşdə gənclər, gənclər təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də Tələbə Gənclər Təşkilatlarının üzvləri iştirak edib. İştirakçılar Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini dərin hörmət və ehtiramla yad edərək, "Ana Harayı" abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirlər silsiləsi çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan "Xocalı: Unudulmayan tarix" adlı anım tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Milli Məclis sədrinin müavini Musa Qasımlı, Milli Məclisin deputatı Naqif Həmzəyev, Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi Fondunun müdiri Şəfa Mövsümov, "Böyük Qayıdış" Gənclər Təşkilatının sədri Nail Şükürov, Gənclər Təşkilatlarının Milli Şurasının baş katibi Nərminə Hüseynzadə və Vətən müharibəsi qazisi Müseyib Qəhrəmanov çıxış edərək 1992-ci ilin qanlı gecəsində erməni qəsbkarları tərəfindən törədilən amansız faciədən, bu soyqırımının bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri, misli görülməmiş qırğın olduğu haqqında geniş məlumat verib, xalqımızın sarsılmayan mübarizə ruhundan, Zəfərə inamından söz açıblar. Həmçinin, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Xocalıya Ədalət" kampaniyası çərçivəsində görülən işlər və bu kampaniyanın soyqırım həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasındakı mühüm rolundan danışılıb. Qeyd olunub ki, kampaniya çərçivəsində Xocalı həqiqətlərinin dünyaya çatdırılması, tarixi ədalətin bərpası və insanlığa qarşı törədilən bu cinayətin tanıdılması məqsədilə müxtəlif ölkələrdə sərgilər, konfranslar, yürüşlər və digər tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı Həqiqətləri Rəqəmsal Sənətdə" adlı foto müsabiqə də başa çatıb. Müsabiqə çərçivəsində iştirakçılar süni intellekt və rəqəmsal alətlərin köməyi ilə faciənin xatirəsini yaşadan, yaddaşlara həkk olunan vizual əsərlər yaradıblar. Müsabiqənin məqsədi, Xocalı soyqırımının dərin emosional təsirini sənət vasitəsilə çatdırmaq, tarixi həqiqətləri yeni nəsillərə innovativ üsullarla ötürmək və vizual ifadənin gücünü nümayiş etdirmək olub. Seçilmiş əsərlər sərgilənib və ən yaxşı üç əsərin müəllifi Nahid Xəlilov, Nəzrin Bayramova, Əminə Süleymanzadə mükafatlandırılıb.

Tədbirlər sırasında "Azadlıq Salnaməsi" adlı intellektual yarış olub. Yarışın məqsədi 26 Fevral tarixini dərindən öyrənmək, milli yaddaşı qorumaq və gənclər arasında tarixi maarifləndirməni gücləndirmək olub. İştirakçılar Xocalı hadisələri, Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və ümumilikdə tarixi faktlar haqqında biliklərini sınayaraq yeni məlumatlar əldə ediblər. Yarışın qaliblərinə sertifikat və mükafatlar təqdim edilib. Qeyd edək ki, intellektual yarış Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA və "Xəzər İntellektual Gənclər Klubu" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

26 Fevral Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib26 Fevral Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib26 Fevral Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib26 Fevral Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib26 Fevral Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib26 Fevral Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib26 Fevral Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 820   Tarix: 27 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keyn Messini keçib Ronaldonun rekorduna yaxınlaşdı

"Bavariya"nın hücumçusu Harri Keyn Lionel Messinin rekordunu keçib və ardıcıl Çempionlar Liqası oyunlarında qol vurmaqla Kriştiano Ronaldonun tarixi göstəricisinə yaxınlaşmağa davam edir. -ın xəbərinə görə, ümumi turnirin ikinci oyununda "Bavariya" Norveç "Vikinq"i ilə 3-

19:30 157
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

22:30 1
.

"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi

İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind

21:15 116
.

Rusiyadan gətirilən minlərlə bioloji həb məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində "Nord Star Pharma" MMC tərəfindən Rusiyadan idxal olunan "Biokor" istehsal müəssisəsinə məxsus "Qlisin Вiоkоr" əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029

21:45 103
.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

20:30 162
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec

13:06 217
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

15:11 335
.

QIZ UŞAQLARININ UŞAQLIĞINI KİM ƏLİNDƏN ALIR? İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri

Azyaşlı qızların ərə verilməsi, susdurulan səslər, yarımçıq qalan təhsil və məhv edilən gələcəklər: hansı ənənə uşağın hüququndan üstün ola bilər?. Bir qız uşağı hələ məktəb partasında oturmalı, kitab oxumalı, gələcəyi barədə xəyallar qurmalı, dostları ilə oynamalı və həyatın gözəlliklərini kəşf etməlidir

14:12 222
.

Uşaqlığı əlindən alınan qızlar: İran, Əfqanıstan və ərəb cəmiyyətlərində erkən nikahın acı reallığı

Erkən nikah müasir dünyanın ən ağrılı sosial problemlərindən biri, uşaqların hüquqlarını, azadlığını və gələcəyini təhdid edən ciddi insan hüquqları pozuntusudur. Azyaşlı qızın öz uşaqlığını yaşamadan həyat yoldaşı, ana və ailənin bütün məsuliyyətlərini daşımağa məcbur edilməsi sadəcə ailədaxili qəra

14:20 208
.