"Avropa qurumları itirilməkdə olan nüfuzlarını ermənipərəst bəyanatlarla bərpa etməyə çalışırlar"-ELÇİN XALİDBƏYLİ
Avropa İttifaqı Ermənistan Parlament Tərəfdaşlığı Komitəsi Azərbaycana qarşı qərəzli bəyanat qəbul edib. Sənəddə tarixi faktlar təhrif edilib, erməni xalqı qurban kimi göstərilib. Bəyanatda Azərbaycan əleyhinə əsassız ittihamlar irəli sürülüb.
Bu birtərəfli bəyanatın arxasında nələr dayanır?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa qurumlarının mütləq əksəriyyəti ermənipərəst mövqedədir. Bu qurumların rəhbərliyini edən şəxslər erməni diasporası tərəfindən satın alınanlardır. Yürüdükləri siyasət daxilindəki tezisləri də onlara erməni diasporası verir:
"Hazırda Avropa İttifaqı gülünc vəziyyətə düşüb. ABŞ-ın vitse-prezidenti Avropada keçirilən sammitdə birliyin liderlərinin üzünə açıq şəkildə bildirdi ki, Avropa demokratik dəyərlərdən imtina edib və avtoritar rejimə meyl göstərir. Bütün bunlardan sonra Avropa İttifaqının hansısa dövlətə, xüsusilə Azərbaycana hər hansı bir məsələdə irad bildirməsi, beynəlxalq hüquqdan danışması yersizdir. Bütün məsələləri öz maraqları çərçivəsində yozurlar. Ədalət və hüquqa bağlı yanaşma Avropa İttifaqında mövcud deyil. Belə bir situasiyada Avropa təşkilatlarının haqq və hüquq mövzusunda irad bildirməsi məntiqsiz və absurddur.
Azərbaycan öz ərazisində etnik təmizləmə aparmayıb. Bunu Azərbaycan xalqı yaşayıb. Ermənilər Qarabağa qayıtsalar, o zaman Qərbi azərbaycanlılar da öz ata-baba torpaqlarına qayıtmalıdırlar. Avropa İttifaqı ədalət istəyirsə, sayı ermənilərdən qat-qat çox olan Qərbi azərbaycanlıların etnik təmizləməyə məruz qalaraq zorakılıqla Ermənistandan qovulmasını danışmalı idilər. Ermənilərin cinayətləri ilə bağlı Avropa qurumları 30 il ərzində hər hansı bir irad və tələbi irəli sürməyib. Belə olan təqdirdə Avropa qurumlarının Azərbaycana irad bildirməyə heç bir hüququ yoxdur. Bütün dünyada biyabır olmuş Avropa qurumları itirilməkdə olan nüfuzlarını ermənipərəst bəyanatlarla bərpa etməyə çalışırlar. Bu da reallıqdan uzaq yanaşmadır.
Avropa siyasi sisteminə elə bir zərbə vurulub ki, onu bundan sonra dirçəltmək asan olmayacaq. Bəzi avropalı siyasətçilər ermənilərin verdiyi rüşvət hesabına öz gələcək həyatlarını təmin etmək üçün qondarma bəyanatlarla çıxış edirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 817 Tarix: 03 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-Laos arasında yeni əməkdaşlıq imkanları və perspektivlər
Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməs
12:00 186 Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec
13:06 203 300 il əvvəlki romanda süni intellektin yaranacağı proqnozlaşdırlıb: məşhur yazıçı nəyi təsvir edib?
Conatan Sviftin 300 il əvvəl nəşr olunan "Qulliverin səyahətləri" romanı müasir süni intellekt texnologiyalarını xatırladan bir ixtiranın təsvirinə görə yenidən diqqət mərkəzinə düşüb. xarici mediaya istinadən xəbər verir ki, 1726-cı ildə ilk dəfə nəşr olunan əsərdə təsvir edilən qurğularda
18:45 116 İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri
2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind
11:40 162 Evində pişik saxlayan insanlarda insult və ya infarkt riski azalır - ARAŞDIRMA
Evdə pişik saxlamaq yalnız xoş əhvali-ruhiyyə və ünsiyyət demək deyil. Araşdırmalar göstərir ki, pişiklərlə yaşamaq ürək-damar sağlamlığı, uşaqların inkişafı və psixoloji vəziyyətlə müəyyən əlaqələrə malik ola bilər. xarici mediaya istinadən xəbər verir ki, Minnesota Universitetinin mütəxəssisləri təxminə
19:00 98 Vahid məktəbli forması ətrafında kampaniya: YAP-ın mövqeyi və Azərbaycan-Türkiyə parlamentlərarası həmrəyliyinin siyasi mesajı
"Vahid məktəbli formasının tətbiqi ətrafında aparılan müzakirələr artıq təkcə təhsil məsələsi deyil, cəmiyyətdə sosial bərabərlik, milli-mənəvi dəyərlər, uşaqların gələcəyi və informasiya təhlükəsizliyi baxımından da diqqət mərkəzindədir. Yeni Azərbaycan Partiyasının (YAP) mövqeyi və Milli Məclisi
11:28 175 ChatGPT artıq hər fikrinizlə razılaşmayacaq
OpenAI ChatGPT-nin istifadəçilərlə avtomatik razılaşmasını və onları yersiz tərifləməsini azaltmaq istəyir. Məqsəd çat-botun səhv fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və daha obyektiv cavablar verməsidir. xarici mediaya istinadla xəbər verir ki, şirkət süni intellektin istifadəçiyə həddində
19:45 1 Ankaradan gələn "fərmana" Bakıdan cavab: Kimsə sultan deyil!
"Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Azərbaycanda hicabla bağlı vəziyyətə münasibət bildirərək "hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbulolunmazdır" deyib. Oktay Saral sıradan bir şəxs deyil. Onun Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsində təmsil olunmas
11:27 255 "Yuventus" Ronaldoya borcunu ödəmək istəmir: Ali Məhkəməyə ŞİKAYƏT
İtaliyanın "Yuventus" klubu Kriştiano Ronaldoya ödənilməmiş əməkhaqqına görə 9,8 milyon avro verilməsi barədə qərardan İtaliyanın Ali Məhkəməsinə şikayət edib. xəbər verir ki, klub kassasiya şikayəti təqdim edib və məhkəmə iclasının tarixinin təyin olunmasını gözləyir. Bu, 2021-ci ildən dava
18:30 124