Vegisini ödəyə bilməyən sahibkarlara hansı güzəştlər edilir?-VƏKİLDƏN AÇIQLAMA

Vegisini ödəyə bilməyən sahibkarlara hansı güzəştlər edilir?-VƏKİLDƏN AÇIQLAMAVergi Məcəlləsinin 85.1-ci maddəsində hər bir verginin ödənilmə müddətləri müəyyən edilib. Vergilərin müəyyən edilmiş müddətlərinin dəyişdirilməsi yalnız bu Məcəllədə qeyd olunmuş qaydada həyata keçirilə bilər.
Vergi ödəyiciləri yəni sahibkarlar müflis olubsa, qanun hansı güzəştləri edir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, "Müflisləşmə və iflas haqqında" Qanunun 3-cü maddsində ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu verilmişdir. Bu normaya əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır:

Vegisini ödəyə bilməyən sahibkarlara hansı güzəştlər edilir?-VƏKİLDƏN AÇIQLAMA"Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki:
a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir;
b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir;
c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.
İflas haqqında iş üzrə ərizəyə məhkəmə baxır və müvafiq qərar çıxarır. Borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur, borcluya qarşı tələblər yalnız həmin Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Həmçinin qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır. Əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir. Borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir.
Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir və təsisçi yalnız nizamnamə kapitalına qoyduğu əmlak qədər müsuliyyət daşıyır. Təsərufat ortaqlıqlarında isə təsisçilərin əmlak məsuliyyəti daha böyük həcmdədir.
Borclunun əmlakını təşkil edən aktivlər növbəlik qaydasında bölünməlidir. Bbirinci növbədə iflas prosesinə çəkilən bütün məsrəflər və xərclər, ikinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması barəsində tələbləri ödənilir. Üçüncü növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi barədə tələblər ödənilir, həm də bu tələblər borclunun müflisolma məqamından əvvəlki 6 ayadək müddətlə məhdudlaşdırılır.
Dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişlər isə dördüncü növbədə ödənilir. Bu tələblər borclunun müflis elan olunması tarixindən əvvəlki bir il ərzində yaranmış öhdəlikləri əhatə edir. Daha sonra kredit təşkilatlarının, o cümlədən qeyri-rezidentlərin təminatsız borcları və onların faizləri barəsində tələbləri, təminatsız kreditorların tələbləri, sonda isə borclu müəssisənin mülkiyyətçilərinin tələbləri ödənilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 865   Tarix: 04 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

13:03 210
.

Azərbaycan-Laos münasibətlərində yeni impuls

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı

11:51 173
.

Azərbaycan-Laos arasında yeni əməkdaşlıq imkanları və perspektivlər

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməs

12:00 176
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

11:40 159
.

Azərbaycan ətrafında yeni təzyiq dalğası: İran və Türkiyədəki dairələrin rolu

Oktyabrın 12-də Bakı və ətraf qəsəbələrdə keçirilən hicabla bağlı aksiyalar bir sıra sualları gündəmə gətirdi. Aksiyaların keçirildiyi ərazilər, iştirakçıların mütəşəkkil şəkildə iştirakı və əvvəlcədən hazırlanmış plakatlar müəllifin fikrincə, prosesin arxasında xarici təsirlərin ola biləcəyini göstərə

11:18 187
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib

17:39 106
.

İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?

Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu

15:38 182
.

Paşinyan tarix və keçmişlə bağlı fikirlərini bölüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş anlayışları ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında yazıb. "Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə

10:39 157
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

12:39 311
.