Azərbaycana qiyməti 65 qəpiyə olan toyuqlar idxal edilir? - RƏSMİ AÇIQLAMA

Azərbaycana qiyməti 65 qəpiyə olan toyuqlar idxal edilir? - RƏSMİ AÇIQLAMA"Biri 65 qəpiyə olan toyuqların Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatlar reallıqdan uzaq və tamamilə yanlış xəbərlərdir. 2024-cü il ərzində ölkəmizə xaricdən birgünlük cücələr istisna olmaqla diri toyuq idxal olunmayıb".

BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında qeyd olunub.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının dünyada yüksək patogen quş qripi ilə bağlı vəziyyətin gərgin olması barədə rəsmi məlumatları və epizootoloji vəziyyət nəzərə alınaraq, 1 fevral 2022-ci il tarixindən ölkəmizə birgünlük cücələr istisna olmaqla diri toyuqların idxalına məhdudiyyət tətbiq olunub:

"Statistik məlumatda malın adı "Diri ev toyuqları, çəkisi 185 qramdan artıq olmayan" kimi qeyd olunub. Bu 010511 xarici iqtisadi fəaliyyətin mal nomenklatura kodu üzrə müəyyənləşmiş beynəlxalq addır. Məhsulun adından da göründüyü kimi, məlumatda 185 qramdan az çəkiyə malik və quşçuluq təsərrüfatları tərəfindən damazlıq məqsədilə gətirilmiş birgünlük cücələrdən bəhs olunur. Qeyd edək ki, birgünlük cücələr yalnız təsərrüfatlarda yetişdirilmək üçün gətirilir".

Xatırladaq ki, ötən gün müxtəlif saytlarda Dövlət Statistika Komitəsinin məlumatına istinad edilərək 2024-cü ildə Azərbaycanın xaricdən 12,9 milyon dollar dəyərində 16,5 milyon ədəd ev toyuğu idxal etməsi ilə bağlı xəbər yayılmışdı. Məlumatda ən çox toyuğun Türkiyədən (11,8 milyon ədəd), ən az isə İspaniyadan (17,3 min ədəd) gətirildiyi qeyd olunub. Bunun əksinə ən baha qiymətə İspaniyadan (11,87 manat), ən aşağı qiymətə isə Türkiyədən (65 qəpik) idxal olunduğu vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1061   Tarix: 04 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İordaniya hava hücumlarından müdafiə sistemlərinin İranın hücumlarını dəf etdiyini bildirir

İordaniya Silahlı Qüvvələrinin məlumatına görə, regional münaqişə genişləndikcə İran ordusu bu gün İordaniyaya altı raket atıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İordaniya silahlı qüvvələrinin açıqlamasında bildirilir ki, İordaniyanın hava hücumundan müdafiə qüvvələri "dörd dronu tutub vurub"

22.07.2026 181
.

"Lazeroloq üzümü yandırıb..." - Foto

"Gənclikdə yerləşən "Paris Beaute" Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır". Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Türkan Şirinova müraciət edib. Zərərçəkmişin sözlərinə görə, prosedur laze

22.07.2026 253
.

Xurma alarkən bunlara diqqət edin - Kimyəvi maddə iddiaları nə dərəcədə doğrudur? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son illər Azərbaycanda müxtəlif ölkələrdən idxal olunan xurmalar market və bazarlarda geniş satışa çıxarılır. İran, Səudiyyə Ərəbistanı, Tunis, İsrail və digər ölkələrdən gətirilən bu məhsullar həm dadına, həm də qida dəyərinə görə alıcıların marağına səbəb olur. Bununla yanaşı, istehlakçılar arasınd

22.07.2026 244
.

Günəş altında olsanız da D vitamini niyə çatışmır? - HƏKİMDƏN AÇIQLAMA

Günəş işığı D vitamininin əsas mənbəyi hesab olunsa da, bəzi insanlarda uzun müddət açıq havada olmalarına baxmayaraq D vitamini çatışmazlığı aşkarlanır. Bu, günəşə çıxmağın hər kəs üçün eyni nəticəni vermədiyini göstərir. Yaş, dəri tipi, artıq çəki, qaraciyər və böyrəklərin fəaliyyəti, bəzi həzm sistem

22.07.2026 254
.

Tarif Şurasından yeni QƏRAR: Sabahdan qüvvəyə minir

Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bugünkü iclasında qəbul edilib. İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranı

22.07.2026 267
.

Azərbaycanlı model məhkəməni uddu

Model Səmra Hüseynova Türkiyədəki məhkəmə prosesində qalib gəlib. "Yeni Sabah" xəbər verir ki, bu barədə özü "Instagram"da məlumat yayıb. O, Türkiyədə elektronika mağazalarından birinin əməkdaşı ilə dalaşmış və təhqir edildiyini bildirmişdi

22.07.2026 314
.

Yaltada yaşayış binasına PUA düşdü - Yaralıların sayı 17-yə çatdı

Krımın Yalta şəhərində çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi nəticəsində azı 17 nəfər xəsarət alıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Krımın Rusiya tərəfindən təyin olunmuş rəhbərliyinin müşaviri Oleq Kryuçkovun sözlərinə görə, hadisə gecə saatlarında baş verib. Bildirili

22.07.2026 193
.

İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi

Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Qanuna əsasən, "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçü

22.07.2026 302
.

Nigar Fərhaddan soraq yoxdur - Baş Prokurorluq və DİN-də bu barədə nə deyirlər?

Müştərilərin şikayətləri ilə diqqət mərkəzinə düşən "Aid-Group" xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad gündüz çıraqla axtarılır. Şirkət artıq fəaliyyətini dayandırdığını bildirib və bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edilib. Elanda fəaliyyətin müvəqqəti dayandırıldığı

22.07.2026 318
.

TOP MP3