Kərə yağı istehlakı ölüm riskini artıra bilər
JAMA Internal Medicine" jurnalında dərc olunan yeni araşdırma kərə yağının bitki mənşəli yağlarla müqayisədə daha yüksək ölüm riski ilə əlaqəli olduğunu ortaya qoyub.
Publika.az "euronews.com" telekanalına istinadla xəbər verir ki, ABŞ-da 221 min orta yaşlı və yaşlı insanın 30 illik qidalanma vərdişləri təhlil edilərək aparılan tədqiqatın nəticələrinə görə, kərə yağını daha çox istehlak edən fərdlərin ölüm riski 15 faiz daha yüksəkdir. Əksinə, bitki mənşəli yağları daha çox istehlak edənlərdə bu risk 16 faiz daha aşağı olub.
Brigham və Qadın Xəstəxanasının tədqiqatçısı Yu Zhang bu nəticələrin sağlamlıq üçün əhəmiyyətli təsirə malik olduğunu vurğulayıb. Xüsusilə, zeytun yağı, soya yağı, kolza yağı və kanola yağı ürək-damar xəstəlikləri və xərçəngdən ölüm riskini azalda bilər. Lakin qarğıdalı və zəfəran yağlarında eyni təsir müşahidə edilməyib.
Mütəxəssislər qeyd edirlər ki, doymamış yağlarla zəngin bitki yağları (zeytun və kolza yağı kimi) sağlamlıq üçün faydalı olsa da, doymuş yağlarla zəngin olan kərə yağı, palma yağı və kokos yağı ürək-damar xəstəlikləri riskini artıra bilər. Bundan əlavə, bitki yağlarının tərkibindəki omeqa-3 yağ turşuları iltihabı azaltmağa kömək etdiyi halda, omeqa-6 yağ turşuları isə bəzi hallarda iltihab riskini artıra bilər. Araşdırmada bəzi məhdudiyyətlər mövcuddur. Belə ki, iştirakçıların əksəriyyəti tibb işçiləri olub və ümumi əhalini tam təmsil edə bilməzlər. Bundan əlavə, kərə yağı istehlak edənlər arasında piylənmə və siqaret çəkmə hallarının daha çox olması nəticələrə təsir edə bilər.
London Kral Kollecinin professoru Tom Sanders bu araşdırmanın bitki yağları ilə bağlı yayılan yanlış məlumatlara qarşı elmi sübutlar təqdim etdiyini bildirib. Ümumilikdə, nəticələr kərə yağı əvəzinə doymamış bitki yağlarının daha sağlam seçim olduğunu göstərir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAxşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 906 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 1084 Hər gün üzüm yesək, nə olar?
Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır
01.11.2026 797 Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa
15.11.2026 310 Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm
31.10.2026 788 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 824 İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi
İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur
08.11.2026 525 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 659 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 700