"Aprel döyüşlərində "məğlubedilməz erməni ordusu" mifi darmadağın edildi": EMİN HƏSƏNLİ

"Aprel döyüşlərində "məğlubedilməz erməni ordusu" mifi darmadağın edildi": EMİN HƏSƏNLİAzərbaycan Ordusunun parlaq tarixi qələbələrindən biri olan şanlı Aprel döyüşlərindən doqquz il ötür. Bu döyüşlər Vətən müharibəsinə aparan yolun mühüm mərhələsi kimi tarixə düşüb. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına layiqli cavab verdi və dördgünlük müharibə zamanı böyük uğurlar qazandı. Bu döyüşlər təkcə hərbi qələbə deyil, eyni zamanda xalqımızın milli ruhunun gücünü, birliyini və ordumuzun qüdrətini nümayiş etdirdi.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Aprel döyüşlərinin hərb tariximizdə xüsusi yeri var. Aprel döyüşləri bizim ruhumuzun qələbəsidir. Bu döyüşlər bölgədəki vəziyyəti dəyişdi. Bütün dünya bildi ki, Azərbaycanın güclü ordusu var. Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edəcək və işğalla barışmayacaq:

"Aprel döyüşlərində "məğlubedilməz erməni ordusu" mifi darmadağın edildi": EMİN HƏSƏNLİ"Aprel döyüşləri Azərbaycan xalqının özgüvənini daha da artırdı, xalqın orduya inamını gücləndirdi. Xalqımız orduda aparılan işlərdən xəbərdar idi, lakin bu döyüşlərdə ordumuzun gücünü praktik olaraq gördü. Xüsusi təyinatlılarımızın şücaətini izləyə bildi. Şəhidlərimiz canları və qanları bahasına bizi qələbəyə apardılar.

1994-cü ilin may ayında razılaşdırılan atəşkəsdən sonra Aprel döyüşləri şəhid verdiyimiz ən böyük döyüş idi. Ondan əvvəl müəyyən toqquşmalar baş vermişdi, lakin şəhid sayı çox deyildi. Qarabağ müharibəsindən sonra bölgədə ən böyük toqquşma və əməliyyat məhz Aprel döyüşlərində baş verdi. Azərbaycan Ordusu Ermənistana ağır zərbə vurdu. Əli azərbaycanlıların qanına batmış Sarkisyan-Ohanyan cütlüyü vəzifədən kənarlaşdırıldı. Dırnaqarası "məğlubedilməz erməni ordusu" mifi darmadağın edildi. Bu həm Ermənistanda, həm də beynəlxalq miqyasda öz təsirini göstərdi.

2020-ci ildəki 44 günlük Qarabağ zəfərinin müjdəçisi məhz Aprel döyüşləri oldu. Bu döyüş ümumilikdə hərb tariximizdə özünəməxsus yer tutdu. Biz şəhidlərimizin əziz ruhu qarşısında baş əyirik.

Aprel döyüşlərində iştirak edən şəhid ailələri və qazilərimiz cəmiyyət üçün böyük işlər gördülər. Onlar yüksək ruh yaratdılar. Məhz bu ruh yüksəkliyinin nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu qələbə qazandı".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 874   Tarix: 02 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir

"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır. Lakin bu tolerantlıq mühitində

13.10.2026 254
.

Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərl

13.10.2026 192
.

İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara

13.10.2026 547
.

Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi

"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini

13.10.2026 217
.

Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı

"Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. "Ümid edirəm ki, Bakıda keçiriləcə

13.10.2026 213
.

Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi

"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ

13.10.2026 227
.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

13.10.2026 219
.

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə verilən rəsmi nahar maraqlı anlarla yadda qalıb. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər nazir

13.10.2026 265
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

13.10.2026 354
.