Dövlət agentliyində KORRUPSİYA ƏMƏLİYYATI - Bir neçə vəzifəli şəxs saxlanıldı (YENİLƏNİB)
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Bu barədə BiG.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənovun xidməti vəzifələrinin icrası zamanı ayrı-ayrı şəxslərdən rüşvət almaları barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə Rəşad Yolçiyev və Arif Həsənovun qabaqcadan əlbir olaraq 2022-2025-ci illər ərzində ölkə ərazisinə gətirilən kənd təsərrüfatında istifadə edilən və digər təyinatlı nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, müvafiq şəhadətnamələrin təqdim edilməsi və digər məqsədlərlə onlara müraciət etmiş çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
10:45
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirilib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 974 Tarix: 03 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir
"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır. Lakin bu tolerantlıq mühitində
13.10.2026 254 Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərl
13.10.2026 192 İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara
13.10.2026 547 Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi
"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini
13.10.2026 217 Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
"Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. "Ümid edirəm ki, Bakıda keçiriləcə
13.10.2026 213 Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi
"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ
13.10.2026 227 Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
13.10.2026 219 Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə verilən rəsmi nahar maraqlı anlarla yadda qalıb. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər nazir
13.10.2026 265 "Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik
13.10.2026 354