Sosial şəbəkələrdə TƏHQİR və BÖHTANA yol verən şəxsləri hansı cəzalar gözləyir?
Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə alətinə çevrilmişdir.
Cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar.
Günümüzdə olan ən önəmli məsələlərdən biri sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtana görə nəzərdə tutulan məsuliyyətlə bağlıdır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, hər bir şəxs təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb oluna bilər. "Xüsusi ittiham" adlanan icraat qaydası mövcuddur ki, əgər şəxs təhqir və böhtana məruz qalıbsa, birbaşa məhkəməyə şikayət ərizəsi təqdim edərək həmin şəxsləri məsuliyyətə cəlb edə bilər. Bu, sosial şəbəkələrdə şəxslərin təhqir və böhtana məruz qalması hallarına da aiddir:
"Məhz bu maddələrin fəlsəfəsi ondan ibarətdir ki, təhqir və böhtan ictimai şəkildə baş verməlidir. Lakin bəzi hallarda feyk və ya naməlum hesablardan istifadə edilərək digər şəxslər təhqir və böhtana məruz qoyulur. Bu hallarda təhqir edən şəxsi vətəndaşın özünün müəyyən etməsi olduqca çətindir. Çünki xüsusi ittiham qaydasında şikayət verilərkən, şikayətçi qarşı tərəf haqqında – onun ünvanı, şəxsiyyət vəsiqəsi və pasport məlumatları da daxil olmaqla – dəqiq məlumatları məhkəməyə təqdim etməlidir. Bundan əlavə, şikayət qarşı tərəfin qeydiyyatda olduğu ünvana uyğun olan məhkəməyə verilməlidir.
Amma saxta paylaşımlardan istifadə edərək təhqir və böhtana yol verən şəxsi müəyyən etmək demək olar ki, qeyri-mümkündür. Belə hallarda, şikayətçi şəxs məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Hüquq-mühafizə orqanları araşdırma apararaq həmin saxta hesabların kim tərəfindən idarə edildiyini müəyyən edə bilər. Hesab idarəçiləri müəyyən edildikdən sonra, əldə olunmuş məlumatlar əsasında təhqir və böhtana məruz qalmış şəxs məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 741 Tarix: 07 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi
"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini
12:46 203 Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə
12:27 237 Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər
Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər. Teleqraf xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdül Ati "Bloomberg"ə bildirib. "Misir avqust ayında Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış regional müdafiə sazişinə qoşulmaq məsələsini cidd
20:45 62 Azərbaycan-Kamboca münasibətləri: çoxşaxəli əməkdaşlığın yeni perspektivləri
Prezident İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini, Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi strategiyasını və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modelin
11:49 209 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
12:18 323 Azərbaycan-Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti
"Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin mina çirklənməsinin ağır nəticələri ilə üzləşməsi bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsini, texnoloji yeniliklərin tətbiqini və beynəlxalq həmrəyliyi
11:55 223 Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
"Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. "Ümid edirəm ki, Bakıda keçiriləcə
15:03 194 "Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"
"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki
15:10 173 Diabet xəstələri bal yeyə bilərmi? Qan şəkəri səviyyəsinə təsiri haqqında bunları bilməlisiniz
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu istehlak edərkən xüsusilə diqqətli olmalıdırlar. Bunun əsas səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin yüksək miqdarda olmasıdır
20:15 118