İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri ictimaiyyətə təqdim olundu

İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri ictimaiyyətə təqdim olundu9 aprel, 2025-ci il tarixində JW Marriott Absheron otelində baş tutan mətbuat konfransında Nine Senses Fest 2025 – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri ictimaiyyətə təqdim olundu. Festival Azerbaijan New Skill Academy - ANSA kimi tərəfdaşlarla birlikdə təşkil olunub.

Big.az xəbər verir ki, festival Bakıda, 2–4 may 2025-ci il tarixlərində, Heydər Əliyev Fondunun vitse-prezidenti, Nine Senses Art Center-in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilir. Bu ilki festival "Ənənədən Gerçəyə" şüarı ilə devizi ilə fərqli mədəniyyətləri və praktikaları bir araya gətirir.
Festivalın baş sponsoru artıq ikinci ildir ki, Azərsun Holdinqdir.
Üç gün ərzində iştirakçıları yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, ekstatik rəqs, neyroqrafika, qadın balans təcrübələri və digər praktik sessiyalarla tanış ola biləcəklər.
Festivalın dəvət olunmuş əsas iştirakçıları:
• Perukua – Ana Torpağın səsi, müqəddəs səsləri və qadın enerjisini birləşdirən sənətçi
• Lev İvanov – şəfaçı, döyüş sənətləri ustası, "Özünü tanı" metodikasının müəllifi
• Gojun Xuan – ənənəvi Çin təbabətinin 7-ci nəsil nümayəndəsi, cən-cyu ustası
• İqor Pankov – antropoloq, tarix elmləri namizədi, sufi irsinin tədqiqatçısı
• Sudhakar Dass – Vedanta Academy India nümayəndəsi, spiker
Festivalın missiyası - İnsanın ruhani və fiziki potensialının harmonik inkişafını təşviq etmək, qədim və müasir biliklər arasında körpü yaratmaq. Festivalın əsas məqsədi isə fərqli mədəni bilikləri yerli ənənələrlə birləşdirərək müəllimlər arasında təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Nine Senses Fest 2025 çərçivəsində, Azərbaycan Tekstil Assosiasiyasının dəstəyi ilə "Made in Azerbaijan" brendli məhsulların təqdim olunacağı bir yarmarka təşkil olunacaq. Bu yarmarka Shoppingaz.az onlayn alış-veriş platforması tərəfindən təşkil olunur və 200-dən artıq yerli brendi özündə birləşdirir. Yarmarka yerli brendlər üçün tanıtım və iştirakçılarla birbaşa əlaqə yaratmaq baxımından əla fürsət olacaq.
Təşkilatçılar "Made in Azerbaijan" brendini təmsil edən istehsalçıları yarmarkada iştirak etməyə dəvət edirlər. Yarmarkada iştirak üçün [email protected] elektron poçt ünvanı və ya +994 10 252 46 00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bu unikal festivalın biletləri artıq satışdadır. Biletləri bu keçiddənəldə edə bilərsiniz.

İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri ictimaiyyətə təqdim olunduİkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri ictimaiyyətə təqdim olunduİkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri ictimaiyyətə təqdim olunduİkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri ictimaiyyətə təqdim olunduİkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri ictimaiyyətə təqdim olundu


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 09 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

11:13 188
.

Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?

"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə

12:27 201
.

Kəlağayı milli-mənəvi dəyərlərimizin yaşadılmasının gözəl nümunəsidir

"Azərbaycan xanımının kəlağayıdan istifadə etməsi milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə ehtiramın gözəl ifadəsidir. Xüsusilə, hicab örtməyən xanımlarımızın da kəlağayıya maraq göstərməsi, onu müasir geyim mədəniyyətimizin bir hissəsinə çevirməsi milli ənənələrimizi

12:56 176
.

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində

17:41 0
.

Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimdə çalışacaq

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd

12:37 209
.

Paltaryuyan maşın sıxma zamanı sıçrayır: problemin bir neçə dəqiqəyə həlli yolu

Paltaryuyan maşının güclü səs çıxarması, titrəməsi və yerindən tərpənməsi həmişə nasazlıq əlaməti deyil. Bəzən problem cihazın döşəmədə düzgün yerləşdirilməməsi ilə bağlı olur. xarici mediaya istinadən xəbər verir ki, cihazın ayaqları döşəməyə tam oturmadıqda və ya gövdəsi əyri dayandıqda sıxma zaman

18:45 1
.

Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları

Yumurtanı yalnız soyuducuda deyil, dondurucu kamerada da saxlamaq olar. Düzgün dondurulduqda yumurta bir neçə ay ərzində müxtəlif yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin yumurtanı qabıqlı halda dondurucuya qoymaq olmaz. Çünki donma zamanı içərisindəki maye genişlənir və nəticədə qabı

19:45 1
.

Bu ölkədə transyağlar məhdudlaşdırıldı - Ölümlər azaldı

Danimarkada qidalardakı sənaye mənşəli transyağların məhdudlaşdırılmasından sonra ürək-damar xəstəliklərindən ölüm göstəricilərində azalma qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, Danimarka 2003-cü ildə sənaye mənşəli transyağları qanunla məhdudlaşdıran ilk ölkə olub. Qidalarda hər 10

18:30 1
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

12:18 282
.