Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?Aprelin 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağışın intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1038   Tarix: 10 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

SEPAH polkovniki öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Ruhullah Minahani öldürülüb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, polkovnik Ruhullah Minahani İranın şimal-qərbində yerləşən Zəncan şəhərinə endirilən zərbə nəticəsində həyatını itirib

03.04.2026 439
.

Mirça Luçesku infarkt geçirdi

Bu yaxınlarda xəstəxanaya yerləşdirilən təcrübəli məşqçi Mirça Luçeskunun infarkt keçirdiyi açıqlanıb. Rumıniya milli komandasının məşq bazasında halı pisləşən və təcili xəstəxanaya aparılan Mirça Luçeskunun səhhətindəki problemlərlə mübarizə apardığı açıqlanıb. -ın xarici mediaya istinadən xəbərin

03.04.2026 335
.

1938-ci ildə balıqçılar milyonlarla il əvvəl nəsli kəsilmiş balığı necə tutmuşdu?

Cənubi Afrikada bir balıqçı qayığında təsadüfi tapıntı elm dünyasını sarsıdaraq planetin təkamül tarixini yenidən yazmağa vadar edib. Dinozavrlarla birlikdə 65 milyon ildən çox əvvəl nəsli kəsilmiş hesab edilən balıq canlı şəkildə tapılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "EcoNews" yazır

03.04.2026 467
.

Bir səhv, bütün balans: kart təhlükəsizliyinə diqqət!

"Bank kartının təhlükəsizliyi üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır. İlk növbədə, PİN kodu, CVV və digər məxfi məlumatları heç kimlə paylaşmayın və onları açıq şəkildə saxlamayın. Bu məlumatlardan yalnız etibarlı platformalarda istifadə edin". Bunu BİG.AZ-a açıqlamasında İKT üzr

03.04.2026 453
.

İntensiv yağış yağacaq

Aprelin 4-də intensiv yağış yağacaq, güclü külək əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr

03.04.2026 431
.

Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslər "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda minatəmizləmə fəaliyyətində fərqlənə

03.04.2026 338
.

Netanyahu: İsrail ABŞ-la İranı bombalamağa davam edəcək

İsrail İrana zərbələr endirməyə davam edəcək. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Mən və Prezident Tramp, eləcə də İsrail və ABŞ orduları arasında tam koordinasiya əsasında İranı vurmağa davam edəcəyik. Biz komandirləri aradan götürürük, körpülər

03.04.2026 441
.

Qızıl və gümüş ucuzlaşır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 2,77% azalaraq 4 679,7 ABŞ dollarına bərabər olub. COMEX-d

03.04.2026 466
.

Mert Hakan Yandaş azadlığa buraxıldı

"Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş "futbol mərcləri" istintaqının bir hissəsi olaraq ilk dəfə hakim qarşısına çıxıb. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, məhkəmə Yandaşın azadlığa buraxılmasına qərar verib. Ötən həftə həbsdən çıxan "Qalatasaray"ın futbolçus

03.04.2026 319
.

TOP MP3