ATƏT-in 37 üzvü Gürcüstanla bağlı bəyanat yaydı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) 37 üzvü Gürcüstanla bağlı bəyanat yayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "1tv.ge" nəşri məlumat verib.
Qeyd edilib ki, bəyanatda imzalayan dövlətlər Gürcüstanda insan haqlarının vəziyyətinin pisləşməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər.
"Fevraldakı son müzakirələrimizdən sonra, təəssüf ki, Gürcüstan hakimiyyətinin getdikcə daha çox öz demokratik və insan haqları öhdəliklərindən uzaqlaşdığının şahidi olduq. Bizim əsas narahatlıqlarımız üç istiqaməti əhatə edir: qanunvericilik səviyyəsində vətəndaş məkanının məhdudlaşdırılması; müstəqil KİV-ə qarşı yönəlmiş hərəkətlər, polis tərəfindən həddindən artıq güc tətbiq edilməsi, naməlum qruplar tərəfindən dinc nümayişçilərə qarşı zorakılıq; həmçinin əsassız olaraq ilkin həbslərin uzun müddət davam etməsi və ilkin həbsdə olanlara qarşı mümkün kobud rəftar edilməsi", - deyə məlumatda bildirilib.
Bəyanata əsasən ki, 37 ATƏT-ə üzv dövlət Gürcüstan hakimiyyətini bütün siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatları ilə inklüziv dialoqa başlamağa çağırır.
Bəyanat aşağıdakı dövlətlər adından verilib: Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Moldova, Rumıniya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və Almaniya.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 587 Tarix: 13 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVahid məktəbli forması ətrafında müzakirələr: təhsilin inkişafı, milli maraqlar və xarici təsir iddiaları
Vahid məktəbli formasının tətbiqi yalnız şagirdlərin geyimi ilə bağlı məsələ deyil. Bu, məktəbdə sosial bərabərliyin qorunması, intizamın möhkəmləndirilməsi, uşaqlar arasında maddi fərqlərin qabardılmasının qarşısının alınması və vahid məktəb kollektivinin formalaşdırılması baxımından mühüm əhəmiyyə
11:22 156 Meteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12.10.2026 356 Azərbaycan-Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti
"Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin mina çirklənməsinin ağır nəticələri ilə üzləşməsi bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsini, texnoloji yeniliklərin tətbiqini və beynəlxalq həmrəyliyi
11:55 212 Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən BİG.AZ-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ d
10:27 148 Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
11:50 219 Kəlağayı - milli-mənəvi irsimizin və Azərbaycan qadınının zəriflik rəmzi
"Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni dəyərlər ölkəmizin tarixi yaddaşının, mənəvi zənginliyinin və özünəməxsusluğunun mühüm göstəricisidir. Bu dəyərlər sırasında xüsusi yer tutan kəlağayı xalqımızın qədim sənətkarlıq ənənələrini, Azərbayca
13:03 225 "Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib
"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə
12:57 155 "Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"
"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki
15:10 130 İlham Əliyevin adından rəsmi nahar verildi - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummill
15:24 149