Tələbə təqaüdləri artırılmalıdır: Ekspertin rəyinə görə, artıq gecikib

Tələbə təqaüdləri artırılmalıdır: Ekspertin rəyinə görə, artıq gecikibAzərbaycanda tələbə təqaüdləri tələbələrin sosial rifahı, təhsilə marağı və akademik fəaliyyətlərdə iştirakı birbaşa onların maddi təminatı ilə bağlıdır. Təqaüd yalnız maliyyə dəstəyi deyil, həm də təhsilalanın dövlət tərəfindən tanınması və stimullaşdırılması kimi simvolik mahiyyət daşıyır. Bu baxımdan, hazırkı təqaüd mexanizminin həm maliyyə baxımından reallığa uyğunlaşdırılması, həm də funksional məqsədlərini yerinə yetirməsi məsələsi aktualdır.

Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən, dövlət ali təhsil müəssisələrində təhsil alan və yüksək göstəriciləri olan tələbələrə dövlət təqaüdü verilir. Eyni zamanda 18.2-ci maddədə göstərilir ki, sosial müdafiəyə ehtiyacı olan təbəqəyə aid tələbələrə əlavə sosial dəstək mexanizmləri tətbiq edilə bilər. Yəni təqaüd həm akademik müvəffəqiyyətin tanınması, həm də sosial dəstək vasitəsidir. Lakin bu hüquqların real həyata keçirilməsi üçün ayrılan məbləğlərin inflyasiya, yaşayış xərcləri və təhsil mühitinin reallıqları ilə uyğunlaşdırılması zəruridir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, 2023-cü il yanvar ayından qüvvədə olan qərara əsasən, bakalavr səviyyəsində təhsil alan tələbələr üçün aylıq təqaüdlər aşağıdakı şəkildədir: yüksək bal toplayanlar üçün 175 manat, orta bal aralığında olanlar üçün 145 və daha aşağı aralıq üçün 100 manat. Magistratura səviyyəsində bu göstəricilər müvafiq olaraq 195, 160 və 110 manat təşkil edir. Prezident təqaüdü isə 275 manatdır. Bu rəqəmlər səthi baxışda qənaətbəxş görünsə də, mövcud iqtisadi reallıqlar fonunda kifayət qədər qeyri-adekvatdır:

Tələbə təqaüdləri artırılmalıdır: Ekspertin rəyinə görə, artıq gecikib"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə aylıq orta inflyasiya göstəricisi 9.2 faiz olub. Bu isə tələbənin aldığı 100-175 manatlıq təqaüdün alıcılıq qabiliyyətinin ildən-ilə azaldığını göstərir. Bakıda tələbənin minimal yaşayış xərcləri – kirayə, nəqliyyat, gündəlik qida, dərslik və internet daxil olmaqla – aylıq ortalama 400-500 manat arasında dəyişir. Bu şəraitdə dövlət təqaüdü tələbənin yalnız müəyyən bir ehtiyacını qarşılaya bilir, halbuki məqsəd onun ümumi inkişafını dəstəkləməkdir.

Müqayisə üçün, dünyanın inkişaf etmiş ölkələrində təqaüd yalnız akademik müvəffəqiyyətə görə verilmir, həm də tələbənin sosial rifahını və tədrisə fokuslanmasını təmin edən əsas vasitə kimi çıxış edir. Məsələn, Almaniyada dövlət universitetlərində təhsil ödənişsiz olduğu kimi, ehtiyac əsasında aylıq 400-700 avro arasında dəyişən "BAföG" adlı dövlət təqaüd proqramı mövcuddur. Bu proqram həm kredit, həm də qrant əsaslıdır və tələbənin sosial statusuna görə tənzimlənir. İsveçdə isə tələbələrə həm təqaüd, həm də təhsil krediti şəklində ümumilikdə 900-1000 avroya qədər aylıq maliyyə dəstəyi təqdim olunur. Kanada və Niderlandda tələbələrə fərdi təhsil ehtiyaclarına uyğunlaşdırılmış maliyyə paketləri təqdim edilir ki, bu da onların əlavə iş axtarışına çıxmadan yalnız akademik fəaliyyətə fokuslanmasına şərait yaradır.

Azərbaycanla bu ölkələr arasındakı əsas fərq odur ki, həmin ölkələrdə təqaüd sadəcə rəmzi mükafat deyil, real yaşamaq vasitəsi, motivasiya və sosial bərabərlik alətidir. Bizdə isə təqaüd hələ də daha çox "simbolik mükafat" olaraq qalır və tələbənin həyat keyfiyyətinə real təsir mexanizmi daşımaqdan uzaqdır. Nəticədə bir çox tələbə dərs vaxtı əlavə iş axtarır, vaxtının və enerjisinin əhəmiyyətli hissəsini maddi ehtiyaclarını ödəməyə yönəltməli olur ki, bu da onun həm akademik nəticələrinə, həm də psixoloji durumuna mənfi təsir göstərir".

Ekspert qeyd etdi ki, təqaüdlərin artırılması yalnız tələbənin rifahı üçün deyil, həm də ümumi təhsil sisteminin səmərəliliyi baxımından zəruridir. Yüksək təqaüd yalnız şagirdin və tələbənin təhsilə olan marağını artırmır, həm də onları ölkədə qalmağa, təhsilini davam etdirməyə və gələcəkdə bu cəmiyyətə töhfə verməyə stimullaşdırır. Eyni zamanda, bu artım dövlətin təhsilə və insan kapitalına verdiyi dəyərin praktik ifadəsi kimi çıxış edir. Təqaüdlərin artırılması, həm də regionlarda yaşayan az təminatlı ailələrin övladlarının ali təhsilə çıxış imkanlarını genişləndirəcək, təhsil bərabərliyini daha real hala gətirəcək:
Tələbə təqaüdləri artırılmalıdır: Ekspertin rəyinə görə, artıq gecikib"Yaxın gələcəkdə tələbə təqaüdlərinin artırılması ilə bağlı dəqiq tarix və məbləğ açıqlanmasa da, mövcud iqtisadi göstəricilər, sosial tələbat və beynəlxalq müqayisələr bu qərarın artıq gecikdiyini göstərir. Əgər 2025-ci ilin dövlət büdcəsində bu istiqamətdə əlavə vəsait ayrılarsa, bu təkcə tələbənin rifahını yaxşılaşdırmayacaq, həm də təhsil sisteminə ümumi etimadı gücləndirəcək. Təqaüdlərin mərhələli şəkildə 50-100 faiz arası artırılması real ehtiyaclara daha uyğun olacaq və tələbənin sadəcə dərsə deyil, tədqiqata, yaradıcılığa, ictimai fəaliyyətə də cəlb olunmasını stimullaşdıracaq.

Nə dəyişməlidir sualının cavabı aydındır: təqaüd sistemi yenidən dizayn olunmalı, tələbələrin real yaşayış xərcləri və sosial durumları nəzərə alınmalıdır. Mövcud təqaüd məbləğləri inflyasiya indeksi ilə indeksləşdirilməli, əlavə olaraq tədqiqat fəaliyyəti, könüllü fəaliyyət, ictimai fəallıq və layihə iştirakçılığı da təqaüd alma meyarlarına daxil edilməlidir. Bu yanaşma tələbənin təkcə akademik deyil, sosial və intellektual inkişafını da təşviq edəcək.

Təhsil sadəcə dərsə gedib gəlmək deyil, bir gəncin cəmiyyətə yararlı şəxsiyyət kimi formalaşması prosesidir. Bu prosesdə maddi təminat zəmin rolunu oynayır. Əgər zəmin möhkəm deyilsə, üzərində qurulan nə qədər möhtəşəm sistem olsa da, dayanıqlı olmayacaq. Tələbə təqaüdləri bu zəminin möhkəmləndirilməsi üçün artıq təxirəsalınmaz şəkildə artırılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 15 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küçə və prospektlərdə su basması: Texniki vasitələrlə idarə etmək mümkündür

"Yağış yağan zaman su basan ərazilərin müxtəlif üsullarla nəzarətə götürülməsi vacibdir. Bu, həm şəhər infrastrukturunun qorunması, həm də vətəndaşların rahat hərəkəti üçün zəruridir. Problemin tam həlli üçün drenaj quyularının qazılması və ümumi kanalizasiya sisteminin qurulması labüddür. Bu tədbirlə

01.04.2026 283
.

Tofiq Musayev Bakıda belə qarşılandı - Video

Mütləq Döyüş Çempionatında (UFC) qələbə qazanan Azərbaycan təmsilçisi Tofiq Musayev Bakıda çoşqu ilə qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, o, bu gün səhər saatlarında döyüşün keçirildiyi ABŞ-dən ölkəmizə qayıdıb. T.Musayevi hava limanında azarkeşlər və federasiya rəsmiləri qarşılayıb. Qey

01.04.2026 287
.

ABŞ və İsrail İranın polad sənayesini bombaladı

ABŞ və İsrail qüvvələri İranın mərkəzi və cənub-qərb bölgələrində yerləşən bir neçə poladtökmə kompleksinə zərbə endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, İsfahan əyalətində fəaliyyət göstərən və ölkənin ən böyük polad şirkətlərindən biri sayılan Mobarakeh Stee

01.04.2026 254
.

Nizami rayonunda aparılan tikinti narazılığa səbəb oldu - Video

Nizami rayonunda piyada səkisinin dağıdılaraq böyük tikinti işinin aparılması narazılığa səbəb olub. -a bu barədə məlumat verən sakinlər bildirib ki, rayonun Elşən Süleymanov küçəsində bir müddətdir tikinti işləri aparılır. Sakinlərin narazılığına səbəb olan tikinti piyada səkisinin bir hissəsinin dağıdılmas

01.04.2026 322
.

MSK sədrinin eks-gəlininə veriləcək 300 minlik əmlakın - Siyahısı

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi başa çatıb. Teleqraf-a istinadən xəbər verir ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi qadına çatmalı olan əmlakın ona qaytarılması barədə qərar çıxars

01.04.2026 503
.

Çin sürətlə su anbarları inşa edir: Bunun arxasında nə dayanır?

Çin elektrik enerjisini toplamaq məqsədilə yeni su anbarlarını sürətlə inşa edir. Ölkə külək və günəş enerjisini sürətlə inkişaf etdirir, lakin Pekinin əsas məqsədi bu enerjinin günəş olmadığı və külək əsdiyi vaxtlarda da əlçatan olmasını təmin etməkdir. Məhz buna görə Çin hidroakkumulyasiya elektri

01.04.2026 377
.

İctimai Wi-Fi istifadə edənlər üçün vacib xəbərdarlıq

"Parkda, kafedə və ya ticarət mərkəzlərində təqdim olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı deyil. Bunun əsas səbəbi bu tip şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərl

01.04.2026 282
.

"Banklar bizi məcbur edirlər ki, "MilliÖn"dən istifadə olunmasın"

Aparıcı İlahə Şıxlınskaya "MilliÖn" terminallarından şikayətlənib. OLAY yazır ki, bu barədə o, feysbukda status paylaşıb:. "Xəbəriniz var ki, artıq MilliÖn terminalları ilə bank hesabınıza qoyduğunuz istənilən məbləğdən faiz çıxılır?! Yəni tutalım, qoyduğunuz 500 manatdan əlavə üstəli

01.04.2026 547
.

Masallıda ev yandı, baba və nəvə öldü

Xəbərə Masallıda baş verən faciədə ölən baba və nəvənin fotosu əlavə edilib. *. Masallıda evdə yanğın olub. APA-ya istinadən xəbər verir ki, hadisə Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş verib. Yanğın zamanı evdə olan azyaşlı 2 yaşlı Məhərrəm Məmmədzadə və onun babası, 59 yaşl

01.04.2026 423
.

TOP MP3