Ermənistan Konstitusiyası dəyişdiriləcək?

Ermənistan Konstitusiyası dəyişdiriləcək?Böyük Britaniyadan olan jurnalist, analitik Onnik Krikoryan bildirib ki Ermənistan Konstitusiyası dəyişdiriləcək.Onun sözlərinə görə, konstitusiya islahatı ideyası baş nazir Nikol Paşinyan tərəfindən hələ 2020-ci ildə Azərbaycanla münaqişədən əvvəl səsləndirilib.Ekspert qeyd edib ki, İrəvandakı analitiklər arasında yayılmış fikrə görə, N.Paşinyan ölkə Konstitusiyasının preambulasının mətninin çıxarılmasına və ya dəyişdirilməsinə meyillidir.

Politoloq Elşən Manafov BiG.AZ-a açıqlamasında bildirib ki, Ermənistanı özünün əsas qanunda dəyişikliklər etmək istəyi qlobal və regional geosiyasi reallıqlarla yanaşı,bu ölkənin Avropa Birliyinə inteqrasiya proseslərini sürətləndirmək istəyindən də irəli gəlir:

"Ölkə qanunvericiliyinin Avropa qanunvericiliyinin standarları çərçivəsinə gətirilməsi AB-nin Ermənistan qarşısında irəli sürdüyü şərtlərdən biridir.Bu qanunvericiliyə dəyişiklik zərurətini doğuran geosiyasi faktorlardandır. Ermənistan bunu etiraf edir, halbuki regional təhlükəsizlik və bölgənin geosiyasi konfiqurasiyası ilə bağlı ciddi amillər də var və Paşinyan iqtidarı bu amillərin ölkənin əsas qanunda dəyişikliklərin edilməsi zərurətini doğurması faktorunu rəsmən etiraf etmək istəmir. Bu, rəsmi Bakının tələbi ilə ölkə konstitusiyasının mətnindən Azərbaycana yönəli ərazi iddialarının çıxarılması tələbidir. Paşinyan ölkənin siyasi reallıqlarından və hakimiyyətin korporativ maraqlarından irəli gələrək Bakının tələbinin də ölkə konstitusiyasına dəyişikliklərin edilməsinə səbəb amillər sırasında olduğunu görməzdən gəlir. Bu isə onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul olunmalıdır və məhz bu qeyri-səmimiliyə görə dövlət başçısı İlham Əliyev ona etimadln 0 dərəcə olduğunu bildirib.
Ermənistan Respublikası bəyan edib ki, o, Ermənistan SSR-nin hüquqi varisi olmadığı halda rəsmi İrəvanın Ermənistan SSR Ali Sovetinin 1989-cu ilin 1 dekabrlnda qeyri-qanuni sayılan Artsax Milli Şurasının qərarına istinad etməsi beynəlxalq hüquq baxımından nonsensdir və heç bir saglam məntiqə sığmır.Ermənistan Azərbaycanla sülh müqaviləsinin qısa bir zamanda imzalanmasını istəyirsə, bu hüquqi reallıqları nəzərə almalı,münasibətlərin nizama salınması üçün lazım olan addımları siyasi deyil. Hüquqi müstəvidə atmalıdır.Böyük Britaniya və İrlandiya arasında 1921-ci ildə imzalanmış Belfast müqaviləsinə gəlincə, bu müqavilə müstəmləkəçi dövlət və onun müstəmləkə boyunduruğuna düşmək istəməyən İrlandiya arasında imzalanmışdı. Böyuk Britaniyanın postsovet məkanında yeni müstəqillik əldə etmiş dövlətlərlə Rusiya arasında geosiyasi anlamda problemləri dərinləşdirmək üçün çalışdığını nəzərə alsaq, istisna deyil ki,Belfast təcrübəsinə söykənərək "sülhə nail olmaq"istəyinin arxasında "ingilis barmağı"siyasətinin perspektivdə region üçün doğura biləcəyi fəsadlar var".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 980   Tarix: 22 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" gəlir - Mərhum senatorun layihəsi dəstəklənir

Mərhum senator Lindsi Qrem tərəfindən irəli sürülən Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" kimi tanınan qanun layihəsinin Senatda artıq 60-dan çox tərəfdarı var. Bu da onun Senatdan keçməsi üçün kifayətdir. "AzPolitika" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Vəziyyətl

17.07.2026 248
.

Rayonlara dolu düşəcək

Ölkə ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündüz 30-35 isti olacaq

17.07.2026 324
.

Onların cəbhədəki ömrü yarım saatdan çox çəkmir - ABŞ kəşfiyyatının şefi açıqladı

Ukrayna qüvvələrinin süni intellektlə təchiz olunmuş hücum dronlarından kütləvi istifadə etməsi səbəbindən Ukraynadakı döyüş meydanında yeni rus əsgərinin orta ömrü 20-30 dəqiqədir. "AzPolitika" xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Pensilvaniyada keçirilə

17.07.2026 229
.

İspaniyada güclü meşə yanğını: 12 min hektar ərazi külə döndü, yaşayış məntəqələri təxliyə edildi

İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsində baş verən meşə yanğını sürətlə genişlənərək 12 min hektar ərazini əhatə edib. Yerli KİV-in məlumatına görə, alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən Sinko-Vilyas bölgəsində yerləşən Ores, Asin, Luesiya, Malpika-de-Arba və Unkastily

17.07.2026 230
.

Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı

Görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı iyunun 22-də özünün 151 illiyini qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqq

17.07.2026 218
.

Yaponiyada taxt-tac qaydası dəyişmədi: Qadınlar hələ də imperator ola bilməyəcək

Yaponiya parlamenti İmperator evi haqqında qanuna bir sıra dəyişikliklər etsə də, ölkədə taxt-tacın yalnız kişi varislərə keçməsini nəzərdə tutan əsas prinsip qüvvədə saxlanılıb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, imperator nəslinin keçmiş yan qollarına mənsub ola

17.07.2026 236
.

Rusiyanın Ukraynaya hücumları davam edir: Ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın müxtəlif bölgələrinə endirdiyi son raket və pilotsuz uçuş aparatı zərbələri insan tələfatına səbəb olub. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Ukrayna mənbələrinin məlumatına görə, hücumlar nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib, daha 22 nəfər yaralanıb

17.07.2026 297
.

Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə hava əlaqəsi bərpa edilir

"Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkar

17.07.2026 266
.

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü: Nələr müzakirə olundu?

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində həmkarı Sergey Lavrov ilə görüşündə iki ölkənin münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat, humanitar, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərin

17.07.2026 289
.

TOP MP3