"Avant Group" rəhbəri Əli Hüseynov haqqında cinayət işi başlanır?

"Avant Group" rəhbəri Əli Hüseynov haqqında cinayət işi başlanır?Bakı şəhəri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

XALQ.AZ xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Ağacların "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 100 min manatdan çox ziyan vurulduğu müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib.

Qeyd edək ki, Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan vurulduğu bildirilmişdi.

Faktla bağlı akt tərtib edildiyi, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materialların Baş Prokurorluğa göndəriləcəyi açıqlanmışdı.

"Avant Group" rəhbəri Əli Hüseynov haqqında cinayət işi başlanır?Qeyd edək ki, "Avant Group"un rəhbəri Əli Hüseynov ölkədən valyuta çıxarması ilə bağlı məhkəməsi keçirilmişdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1263   Tarix: 22 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müştəridən "Kontakt Home"a ETİRAZ: "Qızıl zəmanətlə məhsul almışam, amma…" - Foto

"Kontakt Home" mağazalar şəbəkəsindən alınan daha bir məhsulun yararsız olduğu məlum olub. xəbər verir ki, bu barədə sosial şəbəkədə vətəndaş Ülfət Talıbova yazıb. O, "Kontakt Home" mağazalar şəbəkəsindən aldığı məhsulla bağlı narazılığını sosial şəbəkədə ictimailəşdirib. Bildiri

17.07.2026 300
.

Rutte bildirib ki, NATO heç kimə hücum etmək niyyətində deyil

Şimali Atlantika Alyansının heç kimə hücum etmək niyyəti yoxdur. xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte DPA xəbər agentliyinə verdiyi müsahibədə bildirib. "Biz müdafiə ittifaqıyıq. Bu o deməkdir ki, biz heç vaxt heç kimə hücum etməyəcəyik", - deyə o bildirib. Bu, onun Almaniyanı

17.07.2026 273
.

Əvvəl arvadını sonra özünü bıçaqlamaqda şübhəli bilinir

Ağcabədi rayonunda ər-arvad bıçaq xəsarətləri alıblar. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndində baş verib. 33 yaşlı Əlimərdan Ağayev əvvəlcə 27 yaşlı həyat yoldaşı Mehparə Ağayevaya daha sonra özünə bıçaqla xəsarə yetirməkdə şübhəli bilinir. Yaralı ər-arvad xəstəxanay

17.07.2026 370
.

Rusiyanın Ukraynaya hücumları davam edir: Ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın müxtəlif bölgələrinə endirdiyi son raket və pilotsuz uçuş aparatı zərbələri insan tələfatına səbəb olub. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Ukrayna mənbələrinin məlumatına görə, hücumlar nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib, daha 22 nəfər yaralanıb

17.07.2026 297
.

Rusiyada YDM-lər kütləvi şəkildə satışa çıxarıldı - Siyahıda "Qazprom" da var

Rusiyada son bir ay ərzində onlayn ticarət platformalarında və şirkətlərin rəsmi saytlarında 150-dən çox yanacaqdoldurma məntəqəsinin (YDM) satışı ilə bağlı elan yerləşdirilib. "AzPolitika" xəbər verir ki, satışa çıxarılan obyektlər arasında həm müstəqil YDM-lər, həm də "Qazprom"

17.07.2026 266
.

ARB TV onun yerinə Esra Ezmecini gətirir? - Türk mediasından iddia

Türkiyəli psixoloq və aparıcı Esra Ezmecinin yeni televiziya mövsümü üçün Azərbaycandan təklif aldığı iddia edilib. Axşam.az xəbər verir ki, bu barədə "Snob Magazin" məlumat yayıb. Bildirilib ki, mövsüm finalından sonra fəaliyyətinə ara verməyən Esra Ezmeci hazırda yutub layihəsi ilə izləyicilərini

17.07.2026 370
.

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü: Nələr müzakirə olundu?

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində həmkarı Sergey Lavrov ilə görüşündə iki ölkənin münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat, humanitar, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərin

17.07.2026 289
.

İsrail Hizbullahın mövqelərinə hava zərbələri endirdi

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullaha məxsus olduğunu bildirdiyi bir sıra hərbi obyektlərə hava zərbələri endirib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, əməliyyat zamanı Hizbullahın hərbi infrastrukturu və silah anbarları hədəfə alınıb. Bildirili

17.07.2026 232
.

Yaponiyada taxt-tac qaydası dəyişmədi: Qadınlar hələ də imperator ola bilməyəcək

Yaponiya parlamenti İmperator evi haqqında qanuna bir sıra dəyişikliklər etsə də, ölkədə taxt-tacın yalnız kişi varislərə keçməsini nəzərdə tutan əsas prinsip qüvvədə saxlanılıb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, imperator nəslinin keçmiş yan qollarına mənsub ola

17.07.2026 236
.

TOP MP3