Pekində Azərbaycan-Çin sənədləri imzalanıb

Pekində Azərbaycan-Çin sənədləri imzalanıbAprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev və Sədr Si Cinpin "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ı imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i və "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə"ni Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Agentliyinin direktoru Çen Siadon imzalayıblar.

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin elm və texnologiya naziri Yin Hecun imzalayıblar.

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin ədliyyə naziri Xı Ron imzalayıblar.

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin mədəniyyət və turizm naziri Sun Yeli imzalayıblar.

"Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Çin Xalq Respublikasının Milli Əqli Mülkiyyət Administrasiyası arasında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin Milli Əqli Mülkiyyət Administrasiyasının rəhbəri Şen Çanyu imzalayıblar.

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çin Milli Kosmik İdarəsinin rəhbəri Şan Conde imzalayıblar.

"Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və Çinin İnvestisiya Korporasiyasının sədri və icraçı direktoru Can Çinson imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "Bir kəmər, bir yol" təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı"nı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıblar.

"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıblar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin sənaye və informasiya texnologiyaları naziri Li Lıçen imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş"i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çinin nəqliyyat naziri Liu Vey imzalayıblar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumu"nu və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin kommersiya naziri Van Ventao imzalayıblar.

"Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər mübadiləsi və əməkdaşlıq haqqında müqavilə"ni Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Sinxua İnformasiya Agentliyinin prezidenti Fu Xua imzalayıblar.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Media Qrupu arasında Əməkdaşlıq Sazişi"ni Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çin Media Qrupunun prezidenti Şen Haysion imzalayıblar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Məlumat Administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin Milli Məlumat Administrasiyasının rəhbəri Lyu Lyehon imzalayıblar.

"Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu"nu Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və Çinin Urumçi şəhərinin meri Yakub Paydulla imzalayıblar.

Pekində Azərbaycan-Çin sənədləri imzalanıbPekində Azərbaycan-Çin sənədləri imzalanıbPekində Azərbaycan-Çin sənədləri imzalanıbPekində Azərbaycan-Çin sənədləri imzalanıbPekində Azərbaycan-Çin sənədləri imzalanıbPekində Azərbaycan-Çin sənədləri imzalanıbPekində Azərbaycan-Çin sənədləri imzalanıbPekində Azərbaycan-Çin sənədləri imzalanıbPekində Azərbaycan-Çin sənədləri imzalanıbPekində Azərbaycan-Çin sənədləri imzalanıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 660   Tarix: 23 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12.10.2026 288
.

Boşandıqdan bir həftə sonra eks-xanımının toyuna getdi

Hollivud aktyoru, "Hörümçək-adam" filminin ulduzu Tobi Maquayr keçmiş həyat yoldaşı Cennifer Meyerin toy mərasimini idarə edib. Axşam.az xəbər verir ki, Cennifer milyarder Ceffri Oqunlesi ilə nikah masasına əyləşib. Mərasim Cenniferlə Tobinin rəsmi boşanmalarından cəmi bir həftə sonra olub

12.10.2026 350
.

Madyar gələn həftə Zelenski ilə görüşəcək

Macarıstan Baş naziri Peter Madyar gələn həftənin əvvəlində Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Teleqraf xəbər verir ki, bu barədə o, Finlandiyanın "Helsingin Sanomat" qəzetinə verdiyi müsahibədə bildirib. Madyar qeyd edib ki, Macarıstan və Ukrayna arasında tədricə

12.10.2026 224
.

Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?

Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd

12.10.2026 295
.

Dörd divarın içində yaşamağın sağlamlığa 4 ciddi TƏHLÜKƏSİ

Günün böyük hissəsini evdə və ya ofisdə keçirmək, təbii işıqdan az yararlanmaq və saatlarla ekrana baxmaq insanın özünü yorğun hiss etməsinə təsir göstərə bilər. Zəif havalandırma və nizamsız yuxu rejimi də bu vəziyyəti ağırlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, kaliforniyalı həkim Co

12.10.2026 276
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12.10.2026 743
.

Bu vəziyyətdə yatmaq bel və boyun ağrılarına səbəb ola bilər

Üzüstə yatmaq səhərlər boyun tutulmasına, bel ağrılarına və çiyinlərdə narahatlığa səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətdə uzun müddət qalmaq onurğanın təbii formasını qorumasını çətinləşdirir və əzələlərə əlavə yük salır. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisləri

12.10.2026 256
.

Zahid Oruc: "Məktəb dini qarşıdurma poliqonu deyil"

"Azərbaycan müstəqillik qazandıqdan sonra sovet dövründən miras qalmış ateist dövlət modelindən fərqli bir yol seçdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə qəbul edilən Konstitusiya ilə ölkəmiz milli-mənəvi dəyərlərinə, tarixinə və İslam sivilizasiyasının bi

12.10.2026 348
.

Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri

"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevi

12.10.2026 309
.