Alimlər Ayın gizli hərəkətini üzə çıxardılar - Təəccübləndirən kəşf
Uzaqdan baxanda Ay tamamilə sakit və hərəkətsiz görünür. Çünki milyardlarla il əvvəl o demək olar ki, bütün geoloji aktivliyini itirib. Amma alimlər təəccüblü bir fakt aşkarlayıblar: Ay hələ də müntəzəm olaraq "əsir" - özü də gündə iki dəfə!
Oxu.Az-ın pravda.ru-ya istinadla verdiyi məlumata görə, bu fakt Kaliforniya Texnologiya İnstitutunun (Caltech) araşdırması ilə məlum oldu.
Bildirilir ki, bu sirli hadisənin səbəbi isə Ayın səthində tapılıb.
"Ayın zəngli saatı" nədir?
"Apollo" missiyaları zamanı astronavtlar Ayda bir neçə seysmometr (zəlzələləri ölçən cihaz) quraşdırmışdılar. Uzun illər bu cihazlardan alınan məlumatlar köhnəlmiş hesab olunurdu. Lakin Kaliforniya Texnologiya İnstitutunun (Caltech) alimləri bu məlumatlara - bu dəfə süni intellekt və müasir maşın öyrənməsi alqoritmlərinin köməyi ilə yenidən baxmaq qərarına gəlirlər.
Nəticə heyrətamiz olub: Ayda hər gün, eyni saatlarda, kiçik titrəyişlər - yəni mikro əsmələr baş verir!
Səbəb Günəşdə gizlənir
Araşdırmalar göstərdi ki, bu "Ayın zəngli saatı" Günəşin doğması və batması anlarında baş verir. Səbəbi isə çox sadədir: temperaturun sərt dəyişməsi!
Ayda atmosfer yoxdur, ona görə də, temperatur birdən-birə dəyişir. Gündüzlər səthin temperaturu +120°C-yə qədər qalxır, gecələr isə -133°C-yə qədər düşür. Bu kəskin istilik fərqləri Ay səthindəki qayaların genişlənib-daralmasına səbəb olur, bu da mikroskopik titrəyişlərə yol açır.
Bu hal gələcək Ay missiyaları üçün niyə vacibdir?
Baxmayaraq ki, bu titrəyişlər insanın hiss edə bilməyəcəyi qədər zəifdir, gələcəkdə Ayda qurulacaq bazalar və avadanlıqlar üçün təhlükə yarada bilər. Alimlər vurğulayırlar ki, bu kiçik, amma davamlı "Ay titrəyişi" gələcək layihələrin dizaynında və istifadə olunacaq materialların seçimində mütləq nəzərə alınmalıdır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1179 Tarix: 27 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən və bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər. Səhərlər halsız oyanan insanla
26.09.2026 177 Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20.09.2026 222 Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq
"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd
27.09.2026 335 Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
İdmanın bütün faydaları əslində məşq bitən kimi ortaya çıxır. İnsan bədəni yaşlandıqca əzələlər əzələ yaradan siqnallara və zülala qarşı daha dözümlü olur. xəbər verir ki, xüsusilə 30 yaş və üzəri şəxslərdə əzələ kütləsini qorumaq, toxuma bərpasını təmin etmək və keyfiyyətli yaşlanmaq tamamilə məşqdə
27.09.2026 246 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
27.09.2026 922 Sabunun məişətdə 10 faydalı istifadə üsulu
Adi təsərrüfat sabunu təmizlik və paltar yuma üçün istifadə olunan bir çox vasitəni əvəz edə bilər. Onun əsas üstünlüyü yağ və çirklə yaxşı mübarizə aparmasıdır. -ın xarici mediaya istinadən xəbərinə görə, sabunun tərkibindəki maddələr həm su, həm də yağ hissəcikləri ilə qarşılıqlı təsir göstərdiyində
27.09.2026 218 Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
Qısqanclıq sosial əhatədən dostluqlara, iş həyatından ailə və romantik münasibətlərə qədər bir çox sahədə davranışlarımıza təsir edə bilən duyğulardan biridir. Bəzən açıq şəkildə büruzə çıxan bu duyğu, bəzi hallarda isə olduqca məsum görünən sözlərin arxasında gizlənə bilir. xəbər verir ki, psixologiyay
27.09.2026 384 Qayğanağa bu məhsulu əlavə edin - səhər yeməyiniz daha faydalı olsun
Qayğanağa avokado əlavə etməklə adi səhər yeməyini lif, vitamin və minerallarla daha zəngin etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, qayğanaq səhər yeməyi üçün ən sadə və qidalı seçimlərdən biri sayılır. Lakin mütəxəssislər bildirirlər ki, yumurtanın tərkibində demək olar ki, lif yoxdur
27.09.2026 188 Evakuator xidməti və daşınma xidməti
Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət
22.09.2026 2745