Məşhur klinika müğənni Xatunu şikəst etdi: "Ölə bilərdim" (VİDEO)

Məşhur klinika müğənni Xatunu şikəst etdi: "Ölə bilərdim" (VİDEO)Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar gündəmdən düşmür. Demək olar ki, hər gün qeyri-peşəkar müdaxilələrin qurbanı olan qadınlar barədə xəbərlər yayılır. Prosedurların düzgün aparılmaması, uyğun preparatlardan istifadə edilməməsi, habelə kosmetoloq və cərrahların səriştəsizliyi nəticəsində bədəndə çürümə, irinləmə halları yaranır və bu, insan faciələri ilə nəticələnir.

Estetik sahədə adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri də "Laser Beauty Klinikası"dır. Bu klinikada çalışan Natavan Əmirova və Rəna Soltanovanın fəaliyyəti barədə daha öncə də dəfələrlə araşdırma materialları dərc olunub. Bu dəfə isə klinikanın "Neapol" filialının sabiq baş həkimi Natavan Əmirova ilə bağlı yeni faktlar ortaya çıxıb.

Məlumata görə, Natavan Əmirovanın qurbanlarından biri də məşhur müğənni Xatun Əliyeva olub. Bu klinikaya üz tutan sənətçi Natavan Əmirovanın vurduğu ziyanı aradan qaldırmaq üçün uzun müddət olduqca ağır əməliyyatlardan keçməli olub və səhhətini qaydasına salmaq üçün külli miqdarda pul xərcləyib.

Məşhur klinika müğənni Xatunu şikəst etdi: "Ölə bilərdim" (VİDEO)Xatun Əliyeva Qaynarinfo-ya verdiyi açıqlamada baş verənləri təsdiqləyib və başına gələnlərlə bağlı bunları deyib:

"Laser Beauty Klinikası"nın Altes plaza filialında buxaq liposaksiyası etdirmişdim. Proseduru Natavan Əmirova həyata keçirdi. Kabinetdə, küçədən gəldiyim geyimdə bu proseduru etdilər. Sonra üstünü bağladılar, dedilər açmaq olmaz. Amma əslində açılmalı imiş. Buna görə də prosedurun edildiyi yerdə böyük bir yara əmələ gəldi, nekroz yarandı. Karantin dövrü idi, özüm də koronavirusa yoluxmuşdum. Heç bir kömək etmədilər. Sadəcə vəziyyəti deyirdim, dərmanlar yazırdı, vəssəlam. Onu da tanınmış şəxs olduğum üçün cavab verirdilər. Düşünürəm ki, tanınmış şəxs olmasaydım, bunu da etməzdilər. Yaranı çox çətinliklə sağaltdım. Sonra klinikaya getdim, buxaqda deformasiya yaranmışdı, uğurlu alınmamışdı. Yenidən məni klinikaya çağırıb, yaranı aparatlar vasitəsi ilə yandırdılar. Bundan sonra orda keloid əmələ gəldi, çox bərbad görünürdü. Buna görə mən uzun müddət boğazımı bağlayıb gəzdim, hər dəfə paltarlardan kəsib boğazım üçün nəsə düzəldirdilər.

Məşhur klinika müğənni Xatunu şikəst etdi: "Ölə bilərdim" (VİDEO)Daha sonra yenidən müraciət etdim ki, bu niyə belə vəziyyətdədir, siz eləmisiz, indi də düzəldin. Məni başından eləmək üçün göndərdi Orxan Abbaslının yanına. Dedi dostumdur, həll edəcək. Getdim onun yanına, yenidən əməliyyata girdim, həmin stressi yaşadım. Kəsib çıxartdılar, amma yenə nəsə qaldı. Soruşuram bu nədir, deyir bir həftə də gözləyək. Mən hər həftə əməliyyata girməliyəm, hər həftə stress yaşamalıyam? Depressiyaya düşmüşdüm, canımla əlləşirdim. Bütün prosedurlar külli miqdarda pul aparırdı. Orxan Abbaslının əməliyyatından sonra bir dənə də keloid əmələ gəldi. Çünki yenə düzgün əməliyyat olunmadı. Buna görə yenə böyük məbləğdə pul xərcləyib, başqa həkimə kökündən əməliyyat etdirdim".

Müğənni bildirib ki, Natavan Əmirovanın səbəb olduğu fəsadları aradan qaldırmaq üçün ümumilikdə 30 min manatdan çox vəsait xərcləməli olub:

"Bu prosedurlar zamanı ölə bilərdim. Həyatım təhlükədə idi. Problemləri aradan qaldırmaq üçün bir neçə kosmetoloqa müraciət etdim. Təkcə problemi tam həll edən sonuncu həkimə 10 min manat ödədim".

Xatun Əliyeva Natavan Əmirova ilə televiziya verilişlərindən birində təsadüfən qarşılaşdığını da bildirib:

"Sponsor olduğu verilişlərdən birinə dəvət olunmuşdum. Onun sponsor olduğunu bilmirdim, yoxsa getməzdim. Orada "ya mən qalacam, ya sən" dedim. Qorxudan verilişi tərk etdi. Daha sonra məni yenidən verilişə dəvət etsələr də, dedilər başqa vaxta qalsın. Sonradan məlum oldu ki, Natavan Əmirova mənim verilişə gəlməməyimi istəyib."

Məşhur klinika müğənni Xatunu şikəst etdi: "Ölə bilərdim" (VİDEO)Qeyd edək ki, Xatun Əliyevanın əməliyyat olunduğu klinikanın Altes plaza filialının bu cür əməliyyatlar aparmaq üçün müvafiq lisenziyası olmayıb. Bunu rəsmi qurumların verdiyi açıqlamalar da sübut edir.

2023-cü ildə yayılan başqa bir məlumata görə, Xalq artistlərindən birinin gəlini də klinikanda estetik əməliyyat olunduqdan sonra vəziyyəti pisləşib və koma vəziyyətinə düşüb. Pasiyent evə buraxıldıqdan bir neçə saat sonra səhhəti qəfil pisləşib və təcili Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Orada 10 gün komada qalıb.

Daha sonra məlum olub ki, həmin filialın estetik əməliyyatların aparılması üçün lisenziyası olmayıb. Bu məlumatı da Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi təsdiqləyib.

Qurbanlarının dediklərinə görə, Natavan Əmirova pasiyentlərin şikayətlərinə cavab verməyib, əksinə, məsuliyyətdən yayınmağa çalışıb. Onun sponsor olduğu verilişlər vasitəsilə ictimai imicini qorumağa çalışdığı, lakin bu cəhdlərin uğursuz olduğu bildirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1222   Tarix: 02 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adası yaxınlığında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanların episentri Kaqoşima prefekturasına aid Taneqaşima adasının şərq sahilləri yaxınlığında

17.07.2026 213
.

Əhalinin siyahıyaalınmasına dair iclası keçirilir

"Əhalinin siyahıyaalınması əhali haqqında ən dolğun məlumat mənbəyi olmaqla ölkədə demoqrafik proseslərin öyrənilməsində, qiymətləndirilməsində və gələcək sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır". "Qafqazinfo" xəbər verir ki, bunu Baş nazi

17.07.2026 215
.

Kağız dərsliklər tarixə qovuşa bilər? - Azərbaycanda rəqəmsal dərsliklərin tətbiqi müzakirə olunur

Rəqəmsal texnologiyaların sürətlə inkişafı təhsil sahəsində də yeni yanaşmaların tətbiqini zəruri edir. Dünyanın bir çox ölkəsində şagirdlər ənənəvi kağız dərsliklər əvəzinə planşet, noutbuk və digər elektron cihazlardan istifadə edir, dərs materiallarını rəqəmsal formatda əldə edirlər. Bu yanaşma hə

17.07.2026 247
.

Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə hava əlaqəsi bərpa edilir

"Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkar

17.07.2026 211
.

Trampın paylaşımlarına sürətli giriş pullu olur

ABŞ Prezidenti Donald Trampın təsis etdiyi "Truth Social" platforması maliyyə bazarlarında fəaliyyət göstərən şirkətlər üçün ödənişli məlumat xidməti təqdim etməyə hazırlaşır. "Yeni Sabah" xəbər verir ki, yeni xidmət sayəsində bazarlara təsir edə biləcək paylaşımlar institusiona

17.07.2026 163
.

Rəsmi Brüssel Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Yeni məhdudiyyətlərə beş şirkət və bir fiziki şəxs daxil edilib. rus mediasına istinadən xəbər verir ki, sanksiyaların tətbiqinə ilk dəfə Kiyevə endirilən zərbələr əsas kimi göstərilib. Söhbət iyulun 1-i və 5-i gecələrində Kiyevə həyat

17.07.2026 168
.

Yaponiyada taxt-tac qaydası dəyişmədi: Qadınlar hələ də imperator ola bilməyəcək

Yaponiya parlamenti İmperator evi haqqında qanuna bir sıra dəyişikliklər etsə də, ölkədə taxt-tacın yalnız kişi varislərə keçməsini nəzərdə tutan əsas prinsip qüvvədə saxlanılıb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, imperator nəslinin keçmiş yan qollarına mənsub ola

17.07.2026 230
.

Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan mətbuatı

151 il əvvəl 1875-ci il, iyulun 22-də Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən bütün Qafqazda böyük əks-səda doğuran "Əkinçi" qəzetinin ilk sayı işıq üzü gördü. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani

17.07.2026 203
.

Çində binaları 40 min ağacla örtüləcək "meşə şəhər" salınacaq (FOTO)

Çində müasir şəhərsalma ilə təbii mühitin birləşdirilməsini nəzərdə tutan "Liuçjou meşə şəhəri" adlı böyük layihə hazırlanır. Qaynarinfo xəbər verir ki, "Antena 3 CNN" nəşrinin məlumatına görə, ölkənin cənubundakı Liuçjou şəhərində yaradılacaq yeni rayon havanın çirklənmə səviyyəsin

17.07.2026 120
.

TOP MP3