"Prosedurdan sonra mənə dedilər ki, o həkim yox, bərbərdir"
Bakıda qadın etdiyi estetik prosedurdan sonra üzünün pis vəziyyətə düşdüyünü deyir.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. "Qafqazinfo" həmin qadını taparaq problemi ilə maraqlanıb.
Çimnaz Nəhmədova saytımıza açıqlamasında bildirib ki, prosedur üçün "SG Estetik Mərkəzi"nin kosmetoloqu Əmrah Mehdiyevə "MayoMed" klinikasında müraciət edib. Qadının sözlərinə görə, adıçəkilən həkimin yanlış müalicəsi və uğursuz proseduru səhhətinə ziyan vurub: "Əslində, o həkimi 3 ildir, izləyirdim. Əl işlərini bəyənirdim, öz instaqram hesabında tək diqqətimi çəkən şərh bölməsini bağlı saxlaması olub. Ancaq aprelin 30-u dərialtı çapıqların təmizlənməsi prosedurunu etdirmək üçün yanına getdim. Ona ağrıya qarşı çox həssas olduğumu dedim. Ancaq həkim heç bir ağrının olmayacağını bildirərək prosesə başladı. Lakin mənim həmin anda vəziyyətim pisləşdi, prosedur yarımçıq qaldı. Bu prosesi etdikdən sonra tanışlarım dedi ki, o həkim yox, bərbərdir".
Şikayətçi, həmçinin qeyd edib ki, bu proses üçün həkimə ümumilikdə 1045 manat ödəniş edib: "Mənə əvvəl məbləği aşağı demişdi. Sonra dəyişdi, nəticədə 1045 manat ödəniş elədim. Hətta ödənişin kartına göndərilməsini istəyərək terminalın işləmədiyini bildirdi. Ödənişə dair qəbzlər məndə mövcuddur. Hazırda üzüm iltihablı və şişkindir, yaşayacağım belə bəlli deyil. Mən üzümü əvvəlki vəziyyətinə qaytarmaq üçün ödənişi geri tələb edirəm. Başqa insanlar da görməlidir ki, onların başına da bu hal gəlməsin".
Fotoda: Əmrah Mehdiyev
İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Əmrah Mehdiyevlə əlaqə saxladıq. Kosmetoloq saytımıza açıqlamasında iddiaları təkzib edib: "Biz bu məsələni hüquqi müstəvidə həll edəcəyik. Həmin xanım klinikamızda iki dəfə olub. İlk dəfə gəldikdə biz onu uzaqlaşdırmışdıq. İkinci dəfə gəldi, indi də belə problemlə üzləşirik. Dedikləri əsassızdır və bu, sadəcə şər-böhtandır. Müalicənin isə dərhal effekt verməsi təbii ki, qeyri-mümkündür.
Otaqda kamera var. Onun dediklərini sübut kimi təqdim edə bilərik. Prosedura başlamazdan əvvəl ağrıya həssas olduğu üçün bütün tibbi hazırlığı gördük. Bərbər işləmək məsələsinə gəldikdə isə həmin peşə sahiblərinə hörmət edirəm. Ancaq mənim öz sənətim var, bu iddialarda heç bir əsas yoxdur".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, istənilən həkimdən şikayət edilməsi mexanizmi üçün şikayətçinin rəsmi müraciəti daxil olmalıdır: "Şikayətçi həmin klinika (həkimlə) ilə münasibətləri təsdiqedici sənədlərlə birgə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət edərək göndərməlidir. Yalnız bu halda işçi qrupu tərəfindən araşdırma aparılır və ehtiyac yarandıqda plandankənar yoxlama açılır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1700 Tarix: 02 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874