"Blok imtahanları ən həssas mərhələdir"-EKSPERTDƏN AÇIQLAMA

"Blok imtahanları ən həssas mərhələdir"-EKSPERTDƏN AÇIQLAMA"Blok imtahanları dövrü abituriyentlərin psixoloji baxımdan ən həssas mərhələlərindən biridir. Bu mərhələdə göstəriciləri aşağı olan şagirdlər, yalnız nəticəyə görə deyil, həm də ailə, qohum, müəllim və sosial çevrənin təzyiqinə görə ciddi emosional gərginlik yaşayırlar. Bu gərginlik çox zaman uşaqlarda özünəgüvənsizliyə, aqressiyaya, depressiyaya, sosial izolyasiyaya və ya, daha ağır hallarda, intihar düşüncələrinə qədər gedib çıxa bilər. Belə vəziyyətdə valideynin davranışı həlledici rol oynayır və düzgün yanaşma uşağın gələcək həyatına müsbət və ya mənfi iz buraxa bilər".

Bunu mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, əvvəla, valideynlər övladlarının imtahanda əldə edəcəyi nəticəni onların insan kimi dəyəri ilə eyniləşdirməməlidir. Uğur əldə etməyən abituriyenti "bacarıqsız", "alınmaz səndən", "falanın oğlu kimi ola bilmədin" kimi ifadələrlə təhqir etmək, onunla müqayisələr aparmaq və təhqiramiz yanaşmaq, yalnız nəticəni daha da pisləşdirir. Bu, uşağın həm oxumaq həvəsini, həm də ailəyə bağlılığını sarsıdır. İmtahan nəticəsi yalnız həmin anda akademik bilik göstəricisidir, lakin həyat bacarıqları, insani keyfiyyətlər, sosial zəkalar və şəxsiyyətin bütövlüyü imtahandan daha əhəmiyyətlidir:

"Blok imtahanları ən həssas mərhələdir"-EKSPERTDƏN AÇIQLAMA"İkincisi, valideynlər motivasiyanı daxildən oyatmağa çalışmalı, sadəcə nəticə deyil, prosesin özü üçün övladlarını təşviq etməlidirlər. "Sənin səy göstərməyin mənim üçün daha dəyərlidir", "bir nəticə alınmadısa, başqa yollar var" kimi ifadələr uşağa həm məsuliyyət, həm də dəstək hissini verir. Bu mərhələdə uşağın yanında olan, ona psixoloji təhlükəsizlik yaradan valideyn gələcəkdə həm daha uğurlu, həm də ailəsinə bağlı gəncin formalaşmasına zəmin yaradır.

Üçüncü vacib məqam – uşaqla ünsiyyətin tənqidi yox, açıq və anlayışlı olmasıdır. Valideyn hər gün "nə qədər hazırlaşdın?", "neçənci sınaqda neçə bal yığdın?" tipli sorğularla uşağı "suallı divara" çevirməməlidir. Bunun əvəzinə onun nə hiss etdiyini, nədən narahat olduğunu, necə kömək edə biləcəyini soruşmaq daha doğrudur. Bu, ailənin "nəzarətçi" yox, "müttəfiq" olduğunu göstərir.

Təəssüf ki, Azərbaycanda təhsil sistemi nəticəyönümlü olduğu üçün valideynlər də övladlarına sadəcə balla baxmağa öyrəniblər. Lakin bu yanaşma dəyişməlidir. Məsələn, Finlandiyada valideynlər uşağın nə bal topladığını deyil, nəyi daha yaxşı anladığını və hansı sahəyə maraq göstərdiyini önə çəkirlər. Cənubi Koreya və Yaponiya kimi rəqabətli təhsil sistemlərində belə artıq ailə psixologiyası sahəsində dövlət dəstəyi genişlənib və valideyn maarifləndirilməsi vacib hesab olunur. Azərbaycanda isə bu sahədə ciddi boşluq var. Valideynlər nəinki maarifləndirilməyib, əksinə, çox vaxt cəmiyyətin sosial təzyiqini öz uşaqlarına yönəldirlər.

Bu dövrdə valideynin davranışı övladın təkcə bu ilki imtahan nəticəsinə deyil, həyatına, peşə seçiminə, özünə münasibətinə və gələcək ailə münasibətlərinə təsir edir. Əgər valideyn indi anlayış, mərhəmət və inam göstərsə, uşaq uduzduğu imtahanı qələbəyə çevirməyi bacarar. Amma əgər valideyn onu təhqir etsə, dəyərsiz hiss etdirsə, həmin uşaq nəinki universitetə qəbul olunmayacaq, bəlkə də öz ailəsinə belə daha heç vaxt güvənməyəcək.

Valideyn övladını nəticəsinə görə yox, səylərinə görə dəyərləndirməyi öyrənməli, bu çətin dönəmdə onu yük yox, həyat yoldaşı kimi görməlidir. Çünki hər bir uşaq qazanmaq istəyir. Ona güvənən, arxasında dayanan bir valideyn varsa, o uşaq yalnız bal yox, həyatın özünü də qazanacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2456   Tarix: 02 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri

"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevi

12.10.2026 243
.

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - Fotolar - Yenilənib

Azərbaycan və Kamboca arasında imzalanmış sənədlərin bu gün Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliy

12.10.2026 187
.

102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar

2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar

12.10.2026 233
.

Bu məhsulları heç vaxt dondurucuya qoymaq olmaz - SƏBƏB

Ərzaqları dondurmaq onların saxlanma müddətini uzatmağın rahat yoludur. Lakin bəzi məhsulların donu açıldıqdan sonra dadı, görünüşü və quruluşu dəyişir. Onlar sulanır, yumşalır və əvvəlki keyfiyyətini itirir. xarici mediaya istinadla xəbər verir ki, dondurulması məsləhət görülməyən məhsulların siyahısın

12.10.2026 200
.

Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə ço

12.10.2026 198
.

Tualet kağızını necə asmaq lazımdır?

Tualet kağızının düzgün yerləşdirilməsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, rulonun hansı istiqamətdə asılması həm istifadə rahatlığına, həm də gigiyenaya təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, tualet kağızının sərbəst ucunun divara tərəf

12.10.2026 214
.

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So

12.10.2026 139
.

Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə

12.10.2026 241
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12.10.2026 256
.