Ernest Heminqueyin nəvəsi kimdir? - Evində ölü tapılan model
O, Cek Heminquey və Bira Luizin ailəsində doğulmuşdu. Xarici görünüşü sayəsində – uzun boylu, arıq və sarı saçlı klassik Amerika gözəli tərzində dünyanın ən məşhur jurnallarının üz qabığında yer alırdı.
Lent.az xarici mediaya istinaən xəbər verir ki, 1970-ci illərdə Marqo 1 milyon dollarlıq qonorar alan ilk model olub.
Lakin şöhrət öz "şeytanlarını" da gətirib. 1970-ci illərin Nyu-Yorkunda məşhur olan hər kəs kimi Marqo da Endi Varhol, Biansa Yager və Liza Minnelli ilə "Studio 54" klubuna gedirdi. Elə orada onun kokain və alkoqol asılılığı başlayıb. Bu isə nəticədə depressiyasını daha da ağırlaşdırıb.
Marqo həm də kinoda rol alırdı. Onun debüt rolu "Pomada" (1976) adlı zorlanma və intiqam haqqında olan filmdə olub. Bu filmdə o, 14 yaşlı bacısı Mariyel və aktrisa Ann Benkroft ilə birgə rol almışdı. O illərdə film layiqincə qiymətləndirilməmişdi, amma sonralar uğur qazandı və hətta kult film adlandırılıb.
Marqo həmçinin dəbli jurnallar üçün, o cümlədən Playboy üçün çəkilişlər edib. Onun sağlamlığına ciddi zərbə vuran hadisə isə xizək qəzası olub. Bu qəza nəticəsində çəkisi 91 kiloqrama qədər artıb.
Heminquey həm də qidalanma pozuntuları ilə mübarizə aparıb. Ailə üzvləri ilə münasibətləri gərgin olub, xüsusən də 1990-cı illərdə atasının – Cekin onu uşaqlıqda istismar etdiyini iddia etdikdən sonra. Ailə bu iddianı inkar edib və onunla əlaqəni kəsib.
İki uğursuz evlilik, iflasa uğrayan kino karyerası və reabilitasiya mərkəzlərində keçən vaxtdan sonra Heminquey 1996-cı ildə faciəvi şəkildə vəfat edib – cəmi 42 yaşında.
İyulun 1-də Santa Monikadakı mənzilində ölü tapılıb. Ölüm tarixi dəqiq müəyyənləşdirilməyib. Toksikoloji hesabatda onun ölümcül doza dərman qəbul etdiyi bildirilib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1190 Tarix: 04 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHonkonqlu milyarderin varisi nəvəsi rusiyalı modellə evlənir
Honkonqun nüfuzlu biznes ailəsinin varisi, 43 yaşlı Erik Fokun 29 yaşlı rusiyalı model Narana Erdıneyeva ilə evlənəcəyi iddia olunur. Axşam.az xəbər verir ki, Çin mediasında cütlüyün qonaqlara göndərdiyi bildirilən toy dəvətnaməsinin fotosu yayılıb. Məlumata görə, toy dekabrın 12-də Honkonqdakı beşulduzl
16.11.2026 537 Pomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14.11.2026 348 Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14.11.2026 355 Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15.11.2026 290 Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15.11.2026 446 Estetik əməliyyata 100 min dollar xərclədi - FOTOLAR
Sosial media fenomeni Eylül Öztürk estetik əməliyyat etdirmək üçün Amerikadan Türkiyəyə gəlib. 6 saatlıq əməliyyat üçün 100 min dollar ödəyib. Bunu Türkiyə mediasına istinadən bildirib. Öztürk əməliyyatdan sonra çəkilmiş fotolarını yayımlayıb. Fotolarda fenomenin alnındakı sarğılar və üzündəki əməliyya
12.11.2026 642 Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15.11.2026 308 Körpəsinin öldüyü deyilən anaya 42 il sonra oğlundan mesaj gəldi
Avstraliyada yaşayan baytar həkim Dayan Şihan 1976-cı ildə doğuşdan sonra xəstəxana əməkdaşlarının ona körpəsinin öldüyünü söylədiyini danışıb. Lakin 2018-ci ildə aldığı bir elektron poçt onun oğlunun başqa ailəyə övladlığa verildiyini və artıq nənə olduğunu üzə çıxarıb. Şihan sonradan məcburi övladlığ
17.11.2026 311 Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12.11.2026 496