Tanınmış həkim silahla tutuldu

Tanınmış həkim silahla tutulduTopçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edilib. Onun cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib və azadlığa buraxılıb.

Lent.az "Musavat.com"a istinadən xəbər verir ki, 49 yaşlı Elnur Həsənov bir neçə ay əvvəl "Fairmont" hoteldəki bərbərə gedərkən saxlanılıb.

Belə ki, həmin vaxt ölkədə COP29 layihəsi çərçivəsində Daxili Qoşunların əməkdaşları hotelin girişində onun avtomobilini yoxlayıblar. Həkimin avtomobilinin salon hissəsindən gümüşü rəngdə tapança, yük yerindən isə xeyli sayda ov zamanı istifadə olunan əşyalar tapılıb. Bundan sonra Elnur Həsənovun evinə baxış keçirilib və 9 ədəd ov bıçağı, 366 kalibrli 300 ədəd patron, 12 kalibrli 125 ədəd patron, 4 ədəd ov silahı və "beşbarmaq" müəyyən edilib.

Elnur Həsənov ov həvəskarı olduğunu bildirib. Onun sözlərinə görə, gümüşü tapançanı parkda gəzən zaman tapıb. Onun digər silahları rəsmi qaydada aldığı, şəhadətnamələrinin olduğu müəyyənləşib.

Qeyd edək ki, E.Həsənov həbs edildiyi gündən sonra uzun müddət getmədiyi üçün işdən azad edilib.

Həkim istintaq zamanı 5 aydan artıq həbsdə qalıb.

Məhkəmə onu törətdiyi əməllərdə təqsirli bilib və barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Həbsdə qaldığı müddət nəzərə alınaraq onun üzərində 2 il 1 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb və həbsdən azad edilib.

Həsənov bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1119   Tarix: 05 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir

Özbəkistanda Azərbaycan kapitallı 473 şirkət qeydiyyata alınıb. Bu barədə "Report" Özbəkistanın Milli Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir. Məlumata görə, bu il iyulun 1-nə Özbəkistanda xarici investisiyalı 20 502 müəssisə fəaliyyət göstərir. Onlardan 4 611-i birgə v

22:00 1
.

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Köhnə mesajları yenidən oxumaq vərdişiniz yalnız nostaljidən deyil, həm də beyninizin emosional tarazlıq yaratmaq cəhdindən qaynaqlana bilər. Mütəxəssislər bildirirlər ki, bu davranış beynimiz üçün emosional tamamlamanın bir formasıdır. BİG.AZ -a istinadən xəbər verir ki, çoxumuzun telefonunda silməy

22:15 1
.

Əhalinin siyahıyaalınmasına dair iclası keçirilir

"Əhalinin siyahıyaalınması əhali haqqında ən dolğun məlumat mənbəyi olmaqla ölkədə demoqrafik proseslərin öyrənilməsində, qiymətləndirilməsində və gələcək sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır". "Qafqazinfo" xəbər verir ki, bunu Baş nazi

11:56 188
.

Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı

Görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı iyunun 22-də özünün 151 illiyini qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqq

12:53 177
.

Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə hava əlaqəsi bərpa edilir

"Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkar

16:39 112
.

"Bu gün de-fakto sülh mövcuddur..." - Bayramov Moskvada bəyan etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib. "AzPolitika" xəbər verir ki, bu barədə C. Bayramov iyulun 17-si Moskvada ikitərəfli danışıqların yekunlarına dair Lavrovla birgə mətbuat konfransınd

19:15 2
.

Avropada ən təmiz və ən çirkli dənizlər haradadır?

Yay tətilində dənizə səyahət bir çox insan üçün ayrılmaz hissədir. Lakin hər çimərlik əslində istirahət üçün təhlükəsiz deyil. Qaynarinfo xəbər verir ki, "Which?" nəşri Avropadakı su hövzələrinin keyfiyyət standartlarına necə cavab verdiyini və hansı yerlərdən uzaq durmağın daha yaxşı olduğun

15:23 158
.

Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub, UKMTO məlumat verir

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) cümə günü verdiyi məlumata görə, Omanın Xasab şəhərindən 19 dəniz mili şərqdə naməlum mərmi ilə tankerin vurulması nəticəsində kiçik struktur ziyana səbəb olub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, UKMTO bildirib ki, bütün heyət təhlükəsizdi

11:43 198
.

Səhv bank kartına pul göndərmisiniz? Belə hallarda nə etməli? - VƏKİLDƏN AÇIQLAMA

Rəqəmsal bankçılıq xidmətlərinin geniş yayılması pul köçürmələrini xeyli asanlaşdırsa da, diqqətsizlikdən qaynaqlanan səhvlərin sayı da artır. Bank kartının nömrəsini yanlış daxil etmək və ya oxşar adlara görə pulu səhv hesaba göndərmək istifadəçilərin ən çox üzləşdiyi problemlərdən biridir. Belə hallard

13:27 236
.

TOP MP3