Mehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - Fotolar

Mehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - FotolarAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva bu gün ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüblər.

"Qafqazinfo" xəbər verir ki, söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Azərbaycan və Mərakeş arasında tarixi, mədəni və dini yaxınlığa əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.

Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.

Görüşdə digər istiqamətlərlə yanaşı, humanitar və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Bu xüsusda, Azərbaycan mədəniyyət günlərinin Mərakeşdə, Mərakeş mədəniyyət günlərinin isə ölkəmizdə keçirilməsi məmnunluqla xatırlanıb, həmin tədbirlərin xalqlarımızın zəngin mədəniyyəti ilə qarşılıqlı şəkildə yaxından tanış olmasına geniş imkan yaratdığı qeyd edilib.

Azərbaycanın mənzil-qərargahı Mərakeşdə yerləşən ISESCO ilə əməkdaşlığına toxunulub, bu il Bakıda ISESCO-nun ölkəmizdə regional ofisinin yaradıldığı vurğulanıb. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman dövlətləri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub.

Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Mərakeşə səfəri və bu çərçivədə keçirilmiş görüşlər xatırlanıb. Həmin görüşlərdə Heydər Əliyev Fondunun sosial sahədə fəaliyyəti, uşaqlara qayğı ilə bağlı məsələlərin müzakirə edildiyi vurğulanıb.

Xanım Şahzadə Lalla Hasnaanın ölkəmizə səfərinin onun Azərbaycanla daha yaxından tanış olması baxımından yaxşı imkan yaradacağına və əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Mehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - FotolarMehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - FotolarMehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - FotolarMehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - FotolarMehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1162   Tarix: 05 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çin və Pakistan ABŞ-la İrana çağırış etdi: Atəşkəsə əməl edin, dialoqu bərpa edin

Çin və Pakistan Yaxın Şərqdə gərginliyin yenidən artmaması üçün ABŞ və İrana atəşkəs rejiminə riayət etməyə və diplomatik danışıqları bərpa etməyə çağırış ediblər. Məlumata görə, Çinin xarici işlər naziri Van İ pakistanlı həmkarı İshaq Darla telefon danışığı zamanı tərəflərin üzərinə götürdükləri öhdəliklər

12:11 191
.

Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir

Özbəkistanda Azərbaycan kapitallı 473 şirkət qeydiyyata alınıb. Bu barədə "Report" Özbəkistanın Milli Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir. Məlumata görə, bu il iyulun 1-nə Özbəkistanda xarici investisiyalı 20 502 müəssisə fəaliyyət göstərir. Onlardan 4 611-i birgə v

22:00 1
.

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü: Nələr müzakirə olundu?

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində həmkarı Sergey Lavrov ilə görüşündə iki ölkənin münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat, humanitar, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərin

17:54 0
.

Azərbaycan-Rusiya baş nazirlərinin müavinləri GÖRÜŞƏCƏK

Azərbaycan və Rusiya arasında müntəzəm təmasların və mövcud əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini nəzərə alaraq, Baş nazir müavinləri arasında ilkin razılıq əldə olunub və cari ilin sentyabr ayında Şahin Mustafayevlə Aleksey Overçukun görüşünün keçirilməsi planlaşdırılır. xəbər verir ki, bunu xaric

20:45 1
.

ABŞ İranın dəniz nəzarət qülləsinə üçüncü dəfə hücum edib, dövlət mediası xəbər verir

İran dövlət mediasının məlumatına görə, ABŞ qüvvələri bu həftə İranın Çabahar şəhərindəki dəniz nəzarət qülləsinə üçüncü dəfə hücum edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, dövlət Fars News və IRIB-in məlumatına görə, hücum qülləyə raket zərbəsi endirilib. Qüllə əsasən dənizdə balıqçıların iştira

11:32 194
.

Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır

Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız çoxillik şərəfli yol keçib, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb. Keçən il apreli

12:59 167
.

II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı

II və II ixtisas qrupları üzrə 5 iyul 2026-cı ildə keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçini

17:04 93
.

Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlığında yenilik

Daşkənddə Azərbaycan-Özbəkistan əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. xəbər verir ki, iclasda iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, investisiya əməkdaşlığının genişləndirilməsi və nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

21:00 1
.

"Məqsəd mənim ağzımı yummaqdır" - Putinin keçmiş rəqibini Duma seçkisinə buraxmırlar

Rusiyanın Dolqoprudnı şəhər məhkəməsi prezidentliyə keçmiş namizəd Boris Nadejdini "ekstremist simvollar nümayiş etdirməkdə" günahkar bilib və ona 100 rubl cərimə kəsib. "AzPolitika" xəbər verir ki, bu barədə "Mediazona" xəbər yayıb. İnzibati Xətalar Məcəlləsinin 20.3-c

19:00 1
.

TOP MP3