Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
Amerikalı kult rok qrupu 3 Durs Daun, solisti və qurucusu Bred Arnolda dördüncü mərhələdə böyrək xərçəngi diaqnozu qoyulduqdan sonra yay turunu rəsmi şəkildə ləğv edib.
Bu barədə Lent.az xarici mediaya istinadən məlumat verir.
"Bu gün sizə heç də xoş xəbərlərim yoxdur", – deyə 46 yaşlı Arnold videoda pərəstişkarlarına müraciət edib.
Musiqiçi bildirib ki, yaxın vaxtlarda xəstəxanaya yerləşdirilib və daha sonra ona şəffaf hüceyrəli böyrək xərçəngi (renal hüceyrəli karsinoma) diaqnozu qoyulub. Xəstəlik ağciyərlərə yayılıb və metastaz verib.
"Bu, dördüncü mərhələdir və deyək ki, vəziyyət yaxşı deyil", – deyə Arnold qeyd edib. O əlavə edib ki, inancına güvənir və bu diaqnozdan qorxmur.
Bred Arnold emosional şəkildə fanatlara "birlikdə yaşadığımız bütün xatirələr üçün" təşəkkür edib.
"İndi doğrudan da inanıram ki, ‘It's Not My Time’ mahnısı məhz mənim haqqımdadır", – deyə o, qrupun 2008-ci ildəki məşhur hitinə istinad edib.
"Qarşıda çətin bir mübarizə var, dualarınıza ehtiyacım var! Siz dünyanın ən möhtəşəm fanatlarısınız. Sizi sevirik!" – paylaşımda belə deyilir.
3 Durs Daun qrupu haqqında nə bilinir?
3 Durs Daun qrupu 1996-cı ildə Missisipi ştatında vokalist Bred Arnold, bas gitarist Todd Harrell və gitaraçı Matt Roberts (o, 2016-cı ildə 38 yaşında reseptlə verilən dərmanların həddindən artıq dozasından vəfat edib) tərəfindən yaradılıb.
Qrup "The Better Life" (2000) adlı debüt albomundan sonra geniş şöhrət qazanıb. Bu alboma daxil olan "Kryptonite" mahnısı dünya miqyasında hitə çevrilib və Spotify platformasında bir milyarddan çox dinlənmə toplayıb. Daha sonra 3 Doors Down uğurlu albomlar olan "Away from the Sun", "Seventeen Days" və "Time of My Life" albomlarını təqdim edib.
Qrupun musiqi tərzi alternativ rok, post-qranj və hard-rok üslublarını birləşdirir.
3 Doors Down-un yay turu 15 mayda Daytona Beach şəhərində başlamalı idi. Daha sonra qrup ölkə boyu turneyə çıxmağı və Creed qruppu ilə bir neçə birgə çıxış etməyi planlaşdırırdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 794 Tarix: 09 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865