Dələduzluq cinayətlərində artım müşahidə olunur – Statistika narahat edir
Son illərdə Azərbaycanda dələduzluq cinayətlərinin sayında ciddi artım müşahidə olunur. Məlumata görə, hazırda ibtidai araşdırma mərhələsində olan işlərin əksəriyyəti məhz bu kateqoriyaya aiddir.
Hazırda təhqiqat və istintaq orqanlarının, eləcə də məhkəmələrin icraatında olan cinayət işlərinin böyük qismi dələduzluq halları ilə bağlıdır.
Hüquqşünaslar bildirirlər ki, dələduzluq cinayətləri təkcə maddi ziyana deyil, eyni zamanda ictimai etimad mühitinə də ciddi zərbə vurur. Onların sözlərinə görə, bu halların artmasında həm hüquqi savadsızlıq, həm də sosial şəbəkələrdə yayılan saxta elanlar və vədlər mühüm rol oynayır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, əgər vətəndaşlara qarşı hər hansı formada dələduzlq əməli baş veribsə, hüquq-mühafizə orqanları müvafiq araşdırma ilə dəymiş zərərin məbləğinə uyğun olaraq əməli torətmiş şəxsin məsuliyyətə cəlb edilməsini təmin edir. Belə ki, dələduzluq - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb olur. Əgər ələ keçirilən məbləğ 500 manatdan azdırsa, bu, inzibati xəta hesab edilir və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyət yaradır:
"Ələ keçirilən əmlak 500 manatdan yuxarı olduqda cinayət məsuliyyəti nəzərdə tutulur və məbləğdən asılı olaraq Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanılır. Zərərçəkmiş şəxs həm istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs mülki iddia verə bilər. Məhkəmə şəxsin cinayət əməlinə hüquqi qiymət verir, yəni onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tətbiq edir, həm də mülki iddia əsaslıdırsa, məbləğin zərərçəkmişə geri qaytarılması ilə bağlı qərar çıxarır. Dələduzluq edən şəxs həbs olunsa belə, onun zərərçəkmişin borcunu ödəmək öhdəliyi aradan qalxmır. Həbsdən çıxdıqdan sonra da borcu ödəməlidir. Məhkəmə qərarını icra etməsə, buna görə də ayrıca məsuliyyət daşıyacaq.
Zərərçəkmiş şəxsə dəymiş zərər ödəndikdə və tərəflər araında barışıq əldə edildikdə təqsirləndirilən şəxs məsuliyyətdən azad oluna bilir: "İstintaq və ya məhkəmə dövründə dəymiş ziyanı ödəyirsə, eyni zamanda məbləğ xeyli miqdardırsa, 25%-i, külli miqdardırsa, 50%-i qədər dövlət nəfinə pul ödəyirsə, məsuliyyətdən azad edilə bilir. Əks halda, onun cəzası təyin olunur, cəzasını çəkməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 674 Tarix: 16 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKüçələrdə insan sürmədən hərəkət edən velosiped hazırlandı
İsveçrədə tələbələr insan idarə etmədən hərəkət edən velosiped hazırlayıblar. Avtopilotla təchiz olunan velosiped yoldakı maneələri tanıyır, onların yanından keçir və lazım gəldikdə əyləci işə salır. xarici mediaya istinadla xəbər verir ki, layihəni Sürix Federal Texnologiya İnstitutunun tələbələri hazırlayıb
19:00 1 Məktəblərdə vahid formaya keçid intizam qaydasıdır
Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dini etiqad azadlığı təmin olunur. Hər kəs öz dini inancına uyğun yaşamaqda sərbəstdir. Lakin məktəb təhsil müəssisəsidir və burada şagirdlər üçün müəyyən edilmiş vahid geyim forması, daxili intizam və təhsil qaydaları mövcuddur. Şagirdlərin məktəbə gələrkə
11:45 249 Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl
10:20 297 Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin
Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl
14:00 201 102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar
2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar
17:38 103 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava
13:02 182 İordaniyaya getmək istəyənlərin nəzərinə!
"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb
17:52 82 Vahid məktəbli forması və xarici ideoloji təsirlər: Azərbaycan təhsilinin qarşısında duran strateji çağırışlar
"Təhsil sisteminin inkişafı yalnız dərsliklərin yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması və müasir texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu proses eyni zamanda məktəblərdə sosial bərabərliyin təmin olunmasını, uşaqların psixoloji təhlükəsizliyinin qorunmasını, milli-mənəvi dəyərləri
11:13 166 İran məktəbli forması məsələsindən ideoloji məqsədlər üçün istifadə edir
"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj
12:50 245