Baş Prokurorluq və DİN Elgün İbrahimovun ölümü ilə bağlı məlumat yaydı
Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb.
BiG.AZ xəbər verir ki, birgə məlumatda mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işinin başlandığı və intensiv ibtidai istintaq tədbirlərinin aparıldığı qeyd olunub.
Hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir, habelə hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib.
Bununla belə, təəssüf hissi ilə qeyd olunur ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırkı mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır.
Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı, ictimaiyyətdə süni ajiotaja səbəb olur.
Bildiririk ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilmiş ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha xatırladır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında aparılmalı, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.
Odur ki, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur.İbtidai istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1597 Tarix: 17 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"1500 manatımı qaytar" - Hüseyndən Zaura tələb
Aparıcı Zaur Kamal oğlu Bartunun adından dələduzluğa sənət aləmi də rəy bildirib. "Yeni Sabah" xəbər verir ki, aparıcı sosial şəbəkədə övladının adından tanınmış şəxslərə mesajlar göndərilərək pul istənildiyini bildirib. Zaurun paylaşımına klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da şərh yazıb
16.07.2026 444 SON DƏQİQƏ! İran BƏƏ-ni raket və dronlarla hədəfə aldı - Gərginlik daha da artır
ABŞ-ın İrana endirdiyi son zərbələrdən sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. İran bu dəfə Birləşmiş Ərəb Əmirlikləridə daxil olmaqla bir sıra Körfəz ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib. BİG.AZ Reuters-ə istinadən xəbər verirki, hücumlar nəticəsində BƏƏ-nin hava hücumunda
16.07.2026 366 Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adası yaxınlığında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanların episentri Kaqoşima prefekturasına aid Taneqaşima adasının şərq sahilləri yaxınlığında
12:32 87 Qətər, Bəhreyn, Küveyt və İordaniya yeni hücumlar barədə məlumat veriblər
ABŞ-ın hərbi obyektlərinin olduğu dörd ölkə - Qətər, Bəhreyn, Küveyt və İordaniya - cümə gününə keçən gecə İranın atəşinə məruz qalıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Qətər Müdafiə Nazirliyi cümə günü səhər bildirib ki, günün ikinci hava hücumunun qarşısını alır. İran Bəhreyn, Küveyt və İordaniyadak
11:53 118 Vens: Ağ Ev Epşteyn işi ilə bağlı ictimaiyyətlə əlaqələr işində uğursuz olub
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin açıqlanması zamanı Ağ Evin ictimaiyyətlə əlaqələr işini lazımi səviyyədə qura bilmədiyini etiraf edib. xəbər verir ki, Vens bu barədə amerikalı podkast aparıcısı Coy Roqanın proqramında danışıb
16.07.2026 250 Avropa İttifaqında Rusiyaya tur paketləri qadağan edilib
Avropa İttifaqında (Aİ) Rusiyaya tur paketlərinin satışı, eləcə də ölkənin turizm istiqaməti kimi tanıdılması qadağan edilib. Bu barədə portuqaliyalı analitik və hüquqşünas Aleşandri Gerreyru Rusiya KİV-ə müsahibəsində bildirib. "Bütün tur operatorlarına və turizm agentlikləri ilə əlaqəli bütü
16.07.2026 305 Rusiyanın büdcə kəsiri proqnozdan təxminən 1 trilyon rubl çox ola bilər
Rusiyanın federal büdcəsində 2026-cı il üzrə xərclər təsdiqlənmiş plandan 1 trilyon rubldan (təqribən 13 milyard dollar) çox arta bilər. xəbər verir ki, bu barədə "Reuters" Rusiya hökumətinin büdcə portalının məlumatlarına istinadən xəbər yayıb. Məlumata görə, federal büdcə xərcləri hazırk
16.07.2026 238 Ukraynada hava həyəcanı: Ursula fon der Lyayen sığınacaqda gizləndi
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevə səfəri zamanı hava həyəcanı səbəbindən mətbuatla görüşünü yarımçıq qoyaraq sığınacağa enmək məcburiyyətində qalıb. "AzPolitika" xəbər verir ki, bu barədə "Euractiv" nəşri məlumat yayıb. Bildirilib ki, Kiyev və Ukraynanın dah
16.07.2026 238 Süni intellektin gəldiyi son mərhələ: Saxta simalara daha çox etibar edirik
İnsan beyni qarşısındakı şəxsin dürüstlüyünü qiymətləndirmək üçün əsrlər boyu üz cizgilərinə diqqət yetirib. Lakin texnologiyanın inkişafı bu təbii müdafiə mexanizmini manipulyasiya etməyə imkan verir. Qaynarinfo-nun məlumatına görə, Lankaster Universiteti tərəfindən aparılan yeni araşdırma göstəri
16.07.2026 237