Yeniyetmə və gənclər arasında artan aqressiya - Övladlarımızı necə qoruyaq?

Yeniyetmə və gənclər arasında artan aqressiya - Övladlarımızı necə qoruyaq?Gəncədə 18 yaşlı Elgün İbrahimovun naməlum şəraitdə ölməsi cəmiyyətdə müəyyən fərziyyələrin irəli sürülməsinə səbəb olub. Sözügedən hadisə valideynlər arasında narahatlıq yaradıb. Bir çox ziyalı, ictimaiyyət nümayəndəsi məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilən ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.

Bəs görəsən, yeniyetmə və gənclər arasında aqressiyanın artmasının səbəbləri nədir? Valideynlər övladlarını qorumaq və düzgün tərbiyə etmək üçün nə etməlidirlər?

Hadisənin ictimai rezonansa səbəb olması fonunda Oxu.Az məsələ ilə bağlı psixoloq Elmir Əkbərin fikirlərini öyrənib.

Ekspert vurğulayıb ki, yeniyetməlik dövrü həm psixoloji, həm də fizioloji baxımdan çox həssas və ziddiyyətli bir mərhələdir:

"Bu yaşda baş verən hormonal dəyişikliklər emosional tarazlığı poza bilər. Bu dəyişikliklərin şiddət və cinayət davranışlarına çevrilməsində cəmiyyətin hazırkı vəziyyətinin də rolu az deyil. Artıq hər şeyin tempi, kəmiyyəti və keyfiyyəti dəyişib. Aqressiyanın səbəblərindən biri ailə və məktəb mühitində psixoloji yanaşmanın zəifliyidir. Valideynlər övladlarını peşəkar psixoloq və psixoterapevtlərin konsultasiyasına aparmaqdan çəkinməməlidirlər".

Onun sözlərinə görə, bu məsələdə məktəb psixoloqları da vacib rol oynamalıdırlar:

"Məktəb psixoloqları klinik müalicə həyata keçirməsələr də, erkən mərhələdə riskli davranışları aşkarlayıb valideynləri xəbərdar edə bilərlər. Ağır psixi pozuntular, narkotik və qumar marağı, eləcə də cinayətə meyillilik məhz bu yaş mərhələsində başlayır.

Bəzi valideynlərin səhlənkarlığının, laqeydliyinin və biganəliyinin nəticəsidir ki, övladları cinayətlərə imza atırlar. Ona görə də düşünürəm ki, yetkinlik yaşına çatmayan uşaqların törətdiyi cinayətlərə görə ailə üzvləri də araşdırılmalıdır. Valideynlərin səhlənkarlığı, biganəliyi aşkarlanarsa, cinayət məsuliyyətinə cəlb edilməlidirlər".

Mütəxəssis bildirib ki, cəmiyyətdə ümumi biganəlik və səhlənkarlıq halları artıb, bu tendensiya gənclərin məsuliyyətsiz davranışlarına şərait yaradır:

"Əvvəllər küçədə iki adam mübahisə edəndə insanlar yaxınlaşıb aydınlaşdırırdı. İndi isə heç kimin vecinə deyil, biri yıxılıb ölsə belə, camaat baş qoşmaq istəmir".

Psixoloq aqressiyanın artmasında sosial şəbəkələrin roluna da diqqət çəkib:

"TikTok", "Instagram" və "Facebook" - bu üç sosial şəbəkə Azərbaycan gəncliyini baltalayan platformalardır. Cinayət törədənlər həmin platformalarda qəhrəmanlaşdırılırlar. Əvvəllər insanlara alimlər, astronavtlar örnək kimi göstərilirdisə, indi canilər, həbsxanaya düşənlər nümunə göstərilir".

Elmir Əkbər əlavə edib ki, hüquq-mühafizə orqanları sosial şəbəkələrə nəzarəti gücləndirməlidir:

"Qanunlar sərtləşdirilməlidir. Yüngülvari cərimələr yetərli olmur. İnkişaf etmiş ölkələrdə sosial şəbəkələrdə kiminsə saxta profillə təxribat aparması mümkün deyil, çünki hər şey nəzarətdədir. Bizdə isə bu yoxdur və nəticədə gənclər pozulur".

Psixoloq son olaraq valideynlərə çağırış edib:

"Övladının gələcəyini ilk növbədə valideyn düşünməlidir. Günahkar axtarmaq çıxış yolu deyil. Sabah uşağın başına iş gələndə onun ağrısını nə məktəb, nə də cəmiyyət yaşayacaq. Ən sonda bütün ağrını, iztirabı valideyn yaşayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 613   Tarix: 17 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

10:20 294
.

Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri

"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevi

13:31 191
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12:59 554
.

Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə

12:56 204
.

Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və sağlam məktəb mühitinin mühüm təminatıdır

"Təhsil yalnız şagirdlərə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət, intizam, qarşılıqlı hörmət və vətəndaşlıq dəyərlərinə yiyələndiyi mühüm tərbiyə mühitidir. Bu baxımdan vahid məktəbl

11:35 184
.

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind

17:20 89
.

102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar

2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar

17:38 68
.

"Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib"

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Bakı şəhərində Türk Dövlətlər

12:21 185
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

13:30 208
.