Misir Mərdanov maaşını açıqladı
"Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq əməkhaqqım 1370 manatdır, digərlərinin əməkhaqqı 600-900 manatdır".
BiG.AZ xəbər verir ki, bunu keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov "AzPolitika"ya müsahibəsində deyib.
O qeyd edib ki, hazırda İnstitutda 180 nəfər çalışır, onlardan 117 nəfəri elmi işçi, qalanları isə köməkçi heyətə daxildirlər:
"Professorların maaşı 1000 manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz, ona görə də onlara qanunvericiliyin tələbinə uyğun olaraq digər müəssisələrdə yarım ştat işləməyə imkan verilir.
Onu da qeyd edim ki, son bir ildə Elm və Təhsil Nazirliyi çox vacib və müsbət bir qərar qəbul edib. Nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrə görə alimlərə aylıq mükafatlar verilir. A, B, C kateqoriyalı sistem formalaşıb. A qrupuna düşən alimə ayda 1300 manat, B qrupuna görə 1000 manat, C qrupuna görə isə 650 manat əlavə ödəniş edilir. Təbii ki, bu məqalələr nüfuzlu bazalarda yer alan jurnallarda çap olunmalıdır. Bu sahədə institutumuz ilk sıralardadır. Məsələn, son aylarda 30-dan çox əməkdaş bu mükafata layiq görülüb".
Misir Mərdanov təhsil naziri Emin Əmrullayevin "İndiki problemlər 20 il əvvəl yol verilən nöqsanlarla bağlıdır" fikrinə belə münasibət bildirib:
"Bu məsələni nazirlə müzakirə etmişik. Dediyinə görə, jurnalistlər onun fikrini təhrif ediblər. 20 il əvvəl ölkəmizdə bütün sahələrdə, o cümlədən təhsil sahəsində də çox ciddi problemlər var idi. Azərbaycanda 50-dən çox özəl universitet var idi. O zaman ümummilli lider məni nazir təyin edəndə demişdi ki, bu sahədə nizam-intizam yaratmaq lazımdır. Mənə qədər həmin universitetlər artıq fəaliyyətə başlamışdılar, onlara lisenziya verilmişdi. Amma mənim nazirliyim dövründə onların sayı 12-yə endirildi. Bu, çox çətin idi. Çünki hər birinin arxasında nüfuzlu və imkanlı şəxslər dayanırdı. Onlara qarşı mübarizə aparmaq asan deyildi, amma biz bu sayı minimuma endirə bildik. Həmin universitetləri bitirənlərin diplomlarının qanunsuz olması ilə bağlı konkret qərar yox idi. Biz qərara gəldik ki, diplom yalnız TQDK-nın yolu ilə qəbul olunan tələbəyə verilsin. O vaxtlar bəzi universitetlər özləri imtahansız tələbə qəbul edirdilər. Eyni zamanda, o dövrdə Qərbi Azərbaycandan təxminən 300 min insan köç etmişdi. Onların içində müəllim də vardı, şagird də. Onların yerləşdirilməsi məsələsi asan deyildi. Həmçinin, Qarabağdan da 700 minə yaxın insan məcburi köçkün düşmüşdü.
Hesab edirəm ki, bu gün yaranmış imkanlardan səmərəli istifadə etməli, problemlərin həlli üzərində dayanmalıyıq. Yoxsa keçmişə dönüb kiminsə günahını axtarmaqla heç nəyə nail olmaq olmaz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1183 Tarix: 18 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə ço
14:41 167 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind
17:20 89 Toyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
10:23 213 Azərbaycanın qazandığı qələbələrin memarı - Prezident İlham Əliyev
15 oktyabr 2003-cü il müstəqil Azərbaycan Respublikasının tarixinə yazılmış ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan üçün o baxımdan əlamətdardır ki, xalqımız öz dövlətçiliyinin gələcəyi, rifahının yüksəkliyinə doğru inamlı bir addım atdı. Belə ki, müdrik Azərbaycan xalqı 2003-cü il 15 oktyabrd
11:27 160 Əliyev İspaniya Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adında
11:57 170 Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə
12:56 204 Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər
"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"
13:09 159 Məktəb təbliğatın deyil, elmin və tərbiyənin ünvanıdır
Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi çox düzgün qərardır. Çünki məktəb ilk növbədə elm və təhsil ocağıdır. Burada əsas olan uşaqların geyimi deyil, aldıqları bilik, tərbiyə və gələcəyə necə hazırlanmasıdır. Vahid forma şagirdlər arasında geyimə görə fərqləri azaldır, məktəb mədəniyyətin
10:55 192 Vahid məktəbli forması - bərabər təhsilin rəmzi
"Təhsil hər bir uşağın gələcəyini formalaşdıran mühüm amillərdən biridir. Məktəb isə yalnız bilik əldə edilən məkan deyil, həm də uşaqların şəxsiyyət kimi yetişdiyi, dostluq və qarşılıqlı hörmət münasibətlərini öyrəndiyi bir mühitdir. Bu mühitdə vahid məktəbli formasının tətbiqi xüsusi əhəmiyyə
11:02 177