Monitorinq imtahanında nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı - VİDEO

Monitorinq imtahanında nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı - VİDEOMayın 17-də 8 nömrəli məktəbin "4с" sinfinin şagirdləri saat 09:00-da monitorinq imtahanına girsələr də, imtahan vərəqələri onlara 3-4 saat sonra paylanılıb.

Bunu Baku TV-nin "qaynar xətt"inə şikayət edən valideynlər söyləyiblər.

Onların iddialarına əsasən, imtahan başlayandan 150 dəqiqə sonra bitməli olsa da, şagirdlər 4-5 saat məktəbdən buraxılmayıblar. Təhsil müəssisəsinin qarşısında gözləyən valideynlər bu haldan narahat olaraq övladlarının buraxılmasını tələb ediblər. Buna görə də onlarla məktəb işçiləri və imtahana nəzarət edən təhsil idarəsinin əməkdaşları arasında gərginlik yaşanıb. Valideynlərin tələbindən sonra uşaqlar təşviş və göz yaşları içində məktəb binasından çıxıblar.

4-cü sinif şagirdləri bildiriblər ki, imtahan vərəqələri təqdim olunana qədər sinif otaqlarında gözləməli olublar. Beləliklə də şagirdlərə sualları cavablandırmaları üçün verilən 150 dəqiqəlik imtahan müddəti tam olaraq təmin olunmayıb, onlar cəmi 60 dəqiqə ərzində imtahandan çıxmağa məcbur olublar.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, mayın 17-də 4-cü sinif şagirdləri üçün keçirilən monitorinq zamanı bir imtahan mərkəzində qısa müddət ərzində yaranan texniki məsələlərlə bağlı operativ tədbirlər görülüb. Uşaqlara optimal vaxt ərzində biliklərini nümayiş etdirmək üçün müvafiq müddətin verilməsi təmin olunub. Monitorinq şəffaf şəkildə keçirilib və heç bir əlavə ajiotaj yaranmayıb.(oxu.az)

Ətraflı süjetdə:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 942   Tarix: 17 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar

2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar

17:38 68
.

Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

15:13 224
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

10:17 187
.

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. BİG.AZ -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-c

10:12 219
.

Vahid forma, vahid məqsəd - keyfiyyətli təhsil

Məktəbin əsas vəzifəsi şagirdlərə bilik vermək, onların düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək həyata hazırlamaqdır. Bu məqsədə çatmaq üçün məktəbdə sağlam təlim mühitinin yaradılması vacibdir. Vahid məktəbli forması da həmin mühitin formalaşmasına xidmət edən amillərdən biri hesab olunur

11:26 180
.

Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə

12:56 204
.

Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri

"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevi

13:31 191
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

15:08 481
.

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliye

10:09 219
.