Azad söz təzyiq altında: Avropa fikir azadlığında yeni məhdudiyyətlərlə qarşılaşır
İfadə azadlığının rəsmi olaraq ayrılmaz hüquq kimi qəbul edildiyi Avropada fikirləri əsas cərəyana uyğun gəlməyənlərə qarşı təzyiq halları getdikcə artır. Finlandiya və Böyük Britaniyadan daxil olan hallar dövlət qurumlarının son vaxtlara qədər demokratik cəmiyyətdə ağlasığmaz görünən tədbirlərə necə əl atmağa başladığını göstərir.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Economist" jurnalı yazıb.
Finlandiyada sabiq daxili işlər naziri və parlament üzvü Pyayvi Ryasyanen sosial şəbəkələrdə ölkənin lüteran kilsəsinin LGBT paradında iştirakını tənqid etdiyinə görə illərlə davam edən cinayət təqibinə məruz qalıb. O, bu mövqeyini günah və utancla bağlı İncil mətnlərinə istinad edərək əsaslandırmışdı. 2019-cu ildəki bu paylaşım, polis dindirilmələrindən tutmuş, Ali Məhkəmədə işin yenidən baxılması ehtimalına qədər gedən 6 illik məhkəmə çəkişməsinin başlanğıcı olub. Halbuki birinci və apellyasiya instansiyaları onun lehinə qərar vermişdi.
Oxşar narahatlıq doğuran tendensiyalar İngiltərədə də yaranır. 2024-cü ilin yanvarında polis Maksi Allen və onun həyat yoldaşını qızlarının ibtidai məktəbini tənqid edən elektron məktublara görə həbs edib. Cütlük səkkiz saat saxlanılıb, evləri isə axtarışa məruz qalıb. Bu vəziyyət nə qədər absurd görünsə də, "təhqiramiz davranış" anlayışının necə geniş şərh olunduğunu və şəxsi yazışmalara polisin müdaxiləsinin mümkünlüyünü nümayiş etdirir.
Avropanın bir çox ölkəsində söz azadlığı faktiki olaraq "məsuliyyətlilik" və "başqalarını təhqir etməmək" kimi qeyri-rəsmi çərçivələrlə məhdudlaşdırılır. Qanunvericilik təkcə azlıqları deyil, həm də siyasi liderləri qoruyur: məmurların tənqidi bəzən cinayət məsuliyyəti yarada bilər. Məsələn, Almaniyada iqtisadiyyat naziri Robert Habek ünvanına deyilmiş təhqirlərə görə təxminən 800 şikayət ərizəsi yazıb.
Avropa İttifaqı (Aİ), həmçinin Rəqəmsal Xidmətlər Aktı (DSA) vasitəsilə onlayn məzmun üzərində nəzarəti gücləndirir və əsas platformalardan "vətəndaş müzakirəsinə potensial mənfi təsirləri" nəzərə almağı tələb edir.
Avropada söz azadlığı hələ də qanunla təsbit olunub, amma reallıqda o, fikir bildirmək hüququ ilə "təhqir etməmək" hüququ arasında məhdudlaşdırılır. ABŞ daha mütləq yanaşmaya əl atsa da, Avropa modeli getdikcə daha çox nizama salınır, bu isə açıq dialoqa ziyan verir. Pyayvi Ryasyanen qeyd edib: "Biz razılaşmamağı öyrənməliyik - bu, demokratiyadır."
Qəribəsi odur ki, Almaniya, Fransa və Skandinaviya ölkələri də daxil olmaqla bir çox Avropa hökumətləri söz azadlığının məhdudlaşdırılmasını başqa ölkələrdə sərt şəkildə qınayır və beynəlxalq aləmdə özlərini demokratik dəyərlərin müdafiəçiləri kimi təqdim edirlər. Lakin eyni hökumətlər öz vətəndaşlarına qarşı fərqli fikirlərə görə cinayət işləri açır, cərimələyir, həbs edir və hətta azadlıqdan məhrumetmə cəzaları verirlər. Bu ikili yanaşma Avropanın söz azadlığına və fikir plüralizminə nə dərəcədə sadiq olduğu ilə bağlı getdikcə daha çox sual doğurur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 587 Tarix: 18 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMasazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl
10:20 292 Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 23 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsin
11:24 160 Məktəb təbliğatın deyil, elmin və tərbiyənin ünvanıdır
Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi çox düzgün qərardır. Çünki məktəb ilk növbədə elm və təhsil ocağıdır. Burada əsas olan uşaqların geyimi deyil, aldıqları bilik, tərbiyə və gələcəyə necə hazırlanmasıdır. Vahid forma şagirdlər arasında geyimə görə fərqləri azaldır, məktəb mədəniyyətin
10:55 191 2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu
15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna
11:30 182 Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?
Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans
11.10.2026 414 Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşlar
11.10.2026 421 Vahid məktəbli forması - bərabər təhsilin rəmzi
"Təhsil hər bir uşağın gələcəyini formalaşdıran mühüm amillərdən biridir. Məktəb isə yalnız bilik əldə edilən məkan deyil, həm də uşaqların şəxsiyyət kimi yetişdiyi, dostluq və qarşılıqlı hörmət münasibətlərini öyrəndiyi bir mühitdir. Bu mühitdə vahid məktəbli formasının tətbiqi xüsusi əhəmiyyə
11:02 177 Bu ərazilərdə işıq olmayacaq
Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
10:00 160 İran məktəbli forması məsələsindən ideoloji məqsədlər üçün istifadə edir
"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj
12:50 237