İtaliya Ukraynaya 400 silinmiş zirehli transportyor verəcək

İtaliya Ukraynaya 400 silinmiş zirehli transportyor verəcəkİtaliya Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə "Il Messaggero" və "Defense Express" nəşrləri məlumat yayıb.

Yardımın M113 tipli tırtıllı zirehli transportyorların İtaliya versiyası olan "VCC-2 Camilino"nu əhatə edəcəyi gözlənilir.

"Il Messaggero" nəşrinin yazdığına görə, İtaliya həmçinin Ukraynaya əməliyyatların planlaşdırılmasına kömək edəcək "peyk müşahidə sistemi" ilə yardım edə bilər. Lakin bu bənd haqqında ətraflı məlumat verilmir.

"Defense Express" qeyd edib ki, "VCC-2 Camilino" amerikan maşını M113A1-in İtaliya modernizasiyasıdır. O, yan tərəflərdə əlavə zirehli müdafiə və açıq qüllə əldə edib.

Açıq mənbələrdən əldə edilmiş məlumatlara görə, İtaliya ordusu üçün 1 200-ə qədər M113 ZTR "VCC-2 Camilino" versiyasına modernizasiya edilə bilərdi. Eyni zamanda, bu ZTR-lər artıq bir müddətdir ki, İtaliya ordusunun silahlanmasında deyil. Son on maşının dörd il əvvəl silindiyı məlumdur.

Lakin "Defense Express"in fikrincə, İtaliyanın Ukraynaya verəcəyi 400 maşının hamısı döyüş qabiliyyətli vəziyyətdə olmayacaq. Ola bilsin ki, bir hissəsi ehtiyat hissələri üçün istifadə olunacaq, digər hissəsi isə əsaslı təmir tələb edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 18 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

10:20 292
.

Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 23 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsin

11:24 160
.

Məktəb təbliğatın deyil, elmin və tərbiyənin ünvanıdır

Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi çox düzgün qərardır. Çünki məktəb ilk növbədə elm və təhsil ocağıdır. Burada əsas olan uşaqların geyimi deyil, aldıqları bilik, tərbiyə və gələcəyə necə hazırlanmasıdır. Vahid forma şagirdlər arasında geyimə görə fərqləri azaldır, məktəb mədəniyyətin

10:55 191
.

2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu

15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna

11:30 182
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11.10.2026 414
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşlar

11.10.2026 421
.

Vahid məktəbli forması - bərabər təhsilin rəmzi

"Təhsil hər bir uşağın gələcəyini formalaşdıran mühüm amillərdən biridir. Məktəb isə yalnız bilik əldə edilən məkan deyil, həm də uşaqların şəxsiyyət kimi yetişdiyi, dostluq və qarşılıqlı hörmət münasibətlərini öyrəndiyi bir mühitdir. Bu mühitdə vahid məktəbli formasının tətbiqi xüsusi əhəmiyyə

11:02 177
.

Bu ərazilərdə işıq olmayacaq

Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

10:00 160
.

İran məktəbli forması məsələsindən ideoloji məqsədlər üçün istifadə edir

"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj

12:50 237
.