Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır

Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır28 may 1918-ci il xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunduğu bir tarixdir. Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Bununla da Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çox əsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, bir sıra görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları da xalqımızın yaddaşına əbədi həkk olunub.
Prezident İlham Əliyevin Sərəncamı əsasında Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması çətin şəraitdə demokratik dövlət qurmağa cəhd edən, fədakarlıq göstərənlərə hörmət və ehtiramın ifadəsidir.
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi tarixi paralellər fonunda müstəqillik tariximizin vərəqlənməsində, hər bir səhifəsinin oxunmasında, müstəqillik yolumuzun heç də hamar olmadığının indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadı. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair kimi mühüm işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə ictimai-siyasi durumun gərginləşməsinə, xaosun, anarxiyanın, özbaşınalıqların baş alıb getməsinə səbəb olmuşdu. Ölkə vətəndaş qarşıdurmasını yaşayır, sabaha olan ümidlər tamamilə itirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümum milli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin yeni, parlaq səhifəsini açdı.
1993-2003-cü illər həll edici illər oldu. Həmin illərdə Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna başlanıldı. Nizami ordunun yaradılması, kadrların yetişdirilməsi istiqamətində önəmli addımlar atıldı. O kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrinin inkişafına öz töhfələrini verirlər. Heç də təsadüfi deyil ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır.
2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi və İlham Əliyev xalqın yekdil səsi ilə Prezident seçildi. Həyat onu göstərdi ki, son 22 il ərzində doğrudan da tarixi uğurlara imza atılıb, Heydər Əliyev siyasəti bütün istiqamətlərdə uğurla davam etdirilib.
Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildən başlanan yolun mahiyyətini ətraflı şəkildə təhlil edərək o dövrü istər ictimai-siyasi sabitliyin qorunması, istər dayanıqlı iqtisadi inkişafın təmin olunması, istərsə də ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi baxımından hazırlıq dövrü kimi xaraterizə etmişdir. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə dövrü üçün görüləcək işlər üçün təməl rolunu oynadı. Ən başlıcası isə 44 günlük İkinci Vətən müharibəsində şanlı Qələbə qazanıldı.
Bu gün işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, sodaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur.
Ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Son günlər beynəlxalq maliyyə qurumlarının hesabatlarına diqqət yetirmək kifayətdir. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər.
Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. Son 21 ilin bu sahədə əldə edilən uğurlara diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edib. Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır. Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib.
Təhlillər bu ümumiləşdirməni aparmağa əsas verir ki, möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsi olaraq qarşıya qoyulan hər bir hədəf gerçəkləşəcək, ölkəmizin qarşısında yeni imkanlar açılacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur: Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.
Artıq soydaşlarımızın Böyük Qayıdışının və işğaldan azad edilmiş ərazilərimizin cənnətməkana çevrilməsinin, bu torpaqlara yeni nəfəsin verildiyinin şahidi olmağa başlamışıq. "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin icrası uğurla həyata keçirilir, infrastruktur layihələrinin icrası, ən əsası dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşanın Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının bərpa olunması sahibinə qayıdan torpaqlarımızda yeni həyatın başlandığını, diqqət və qayğıdan ruhlanaraq qonaqlarını böyük sevinclə qarşıladıqlarını nümayiş etdirir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 20 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a

12:35 167
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşlar

11.10.2026 411
.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava

13:02 158
.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

10:20 283
.

Toyda qohumlar dalaşdı, xəsarət alan var

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb

10:23 206
.

Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə

12:56 145
.

Qanunun aliliyi və məktəbin missiyası: mübahisədən hüquqi həllə

Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da böyük əhəmiyyət kəsb edir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Eyni zamanda dövlətin dünyəvi xarakteri, təhsilin mahiyyəti

13:21 193
.

Zahid Oruc: "Məktəb dini qarşıdurma poliqonu deyil"

"Azərbaycan müstəqillik qazandıqdan sonra sovet dövründən miras qalmış ateist dövlət modelindən fərqli bir yol seçdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə qəbul edilən Konstitusiya ilə ölkəmiz milli-mənəvi dəyərlərinə, tarixinə və İslam sivilizasiyasının bi

13:16 193
.

Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 23 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsin

11:24 155
.