Münasibətlərin əsasında iqtisadi əlaqələr üstünlük təşkil edir

Münasibətlərin əsasında iqtisadi əlaqələr üstünlük təşkil edirXXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı öz gücünü daha da artırır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından Türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Bu il təşkilatın tarixində ilk dəfə olaraq Zirvə görüşü, bir müşahidəçi ölkənin - Macarıstanın ev sahibliyi ilə keçiriləcək. Bu, Macarıstanın Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu göstərir. Bununla yanaşı, sammitin "Şərq və Qərbin Görüş Nöqtəsi" şüarı altında baş tutacaq olması mahiyyət etibarilə Türk Dövlətləri Təşkilatının məqsədinin, gələcək hədəfinin Şərq və Qərb arasında körpü rolunu oynamaqdan ibarət olduğunu göstərir.
Bu mötəbər görüş ərəfəsində mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gəlib. Macarıstanın paytaxtı Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniş tərkibdə tərkibdə görüşləri keçirilib. Görüşlərdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə başçısı cənab İlham Əliyev öz bəyanatında xüsusi olaraq vurğulayıb ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq.
Dövlətimizin başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib. Prezident İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesinə toxunub. Dövlətimizin başçısı bununla bağlı bildirib: "İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib".
Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə artan və inkişaf edən bir sahə olaraq diqqət çəkir. Hər iki ölkə, xüsusilə enerji, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. Azərbaycan təbii resursları, müasir nəqliyyat infrastrukturu və strateji coğrafi mövqeyi ilə Macarıstanın iqtisadi maraqlarına uyğun olan müxtəlif sahələrdə təkliflər irəli sürür.
İki ölkə arasındakı iqtisadi əlaqələr, strateji tərəfdaşlıq, dostluq qarşılıqlı hörmətə əsaslanır və hər il daha da möhkəmlənir. 2024-cü ilin sonuna olan göstəricilərə əsasən ölkələrimiz arasındakı ticarət dövriyyəsində 29 faiz artım müşahidə edilib ki, bu da əlaqələrin möhkəmlənməsinin və inkişafının əhəmiyyətli göstəricisidir. Bu artım Azərbaycanın Avropa bazarlarında daha çox yer tutmasının və Macarıstanla ticarət əlaqələrinin genişlənməsinin nəticəsidir.
Bundan başqa, ötən il Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib. Bu, Macarıstanın Azərbaycanın iqtisadiyyatına olan marağını və hər iki ölkənin qarşılıqlı investisiya əlaqələrinin inkişafını göstərir. Azərbaycanlı investorlar isə Macarıstanda kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə böyük sərmayələr qoyurlar və bu da iqtisadi tərəfdaşlığı daha da gücləndirir.
Macarıstanın iqtisadiyyatına yönəldilən bu yatırımlar, sadəcə, maddi baxımdan deyil, həm də müxtəlif sahələrdə texnoloji inkişafın və yeniliklərin gətirilməsi baxımından vacibdir. Bu əməkdaşlıq yalnız iqtisadi artımı təmin etmir, eyni zamanda, ölkələr arasında strateji əlaqələrin dərinləşməsinə və qarşılıqlı fayda əsasında yeni layihələrin həyata keçirilməsinə imkan yaradır.
Macarıstan davamlı olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib. Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlıdır. "KÉSZ" şirkətlər qrupu Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasını həyata keçirir. Macarıstan hökumətinin vəsaiti hesabına Soltanlı kəndində məktəbəqədər və ümumi təhsil müəssisələri üçün binalar inşa ediləcək. Bakıda keçirilən Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgilərində ənənəvi olaraq Macarıstan şirkətləri iştirak edirlər.
Son illərdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı istiqamətində də böyük uğurlara imza atılıb. Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları illik əsasda keçirilir. Hər iki paytaxtda müntəzəm şəkildə birgə biznes-forumlar təşkil olunur. Birgə Komissiyanın növbəti 11-ci iclasının 2025-ci ilin iyun ayında Budapeştdə keçirilməsi nəzərdə tutulub.
Enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. "MOL" şirkətlər qrupu "Azəri-Çıraq-Günəşli" yatağında 9.57 faiz, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində isə 8.9 faiz paya sahibdir. 2023-cü il yanvarın 30-da Budapeştdə imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu" bu istiqamətdə növbəti uğurlar üçün zəmin yaradıb. 2023-cü il iyunun 2-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə "MVM" şirkətlər qrupu arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. 2024-cü il iyunun 5-də "MVM" şirkətlər qrupu ilə "Şahdəniz" layihəsində pay alışı, sentyabrın 20-də isə "MOL" şirkətlər qrupu ilə Şamaxı-Qobustan sahəsində kəşfiyyat, işlənmə və hasilatla bağlı sənədlər imzalanıb.
"Həmrəylik Halqası" təşəbbüsü çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan), "Eustream" (Slovakiya) və SOCAR arasında anlaşma memorandumu imzalanıb.
Macarıstan hökuməti "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" əsasında yaşıl enerji dəhlizinin yaradılmasına dəstək verir.
Sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. 2023-cü il iyulun 10-da "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə Macarıstanın "Hell Energy" şirkəti arasında Birgə İştirak Müqaviləsi, iyulun 31-də isə "Scandens Pharmaceutical Industries Ltd" MMC ilə "Gedeon Richter" şirkəti arasında Azərbaycanda dərman vasitələrinin birgə istehsalı haqqında Müqavilə imzalanıb. 2025-ci il aprelin 24-də "Azərkosmos" ilə "4iG Space and Defence Ltd." şirkəti arasında anlaşma memorandumu imzalanıb. Həmçinin 2022-ci ilin yanvar ayında Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.
Macarıstan paytaxtında iki dövlət başçılarının görüşü zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd edilb ki, hər iki dövlət energetika sahəsində uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində - "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında pay sahibidir. Gələn ilin əvvəlində isə növbəti kontrakt imzalanacaqdır.
"Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik", - deyə dövlətimizin başçısı əlavə edib.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 21 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib"

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Bakı şəhərində Türk Dövlətlər

12:21 169
.

İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:43 163
.

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub. "Qafqazinfo" Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) istinadən xəbər verir ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindək

15:01 142
.

Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin

Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl

14:00 156
.

Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 23 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsin

11:24 155
.

Sabah hava necə olacaq?

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a

12:35 167
.

Bu ərazilərdə işıq olmayacaq

Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

10:00 149
.

İran məktəbli forması məsələsindən ideoloji məqsədlər üçün istifadə edir

"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj

12:50 207
.

2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu

15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna

11:30 175
.