Nəzakət Teymurovanın solo konserti baş tutub - FOTOLAR
Heydər Əliyev Sarayında Xalq artisti Nəzakət Teymurovanın "Qal, sənə qurban" adlı solo konserti baş tutub.
BiG.AZ xəbər verir ki, milli musiqimizin saf duyğulu incilərinə və muğam sənətinə həsr olunan bu gecə dinləyicilərə unudulmaz sənət anları yaşadıb.
Tədbir iki hissədən ibarət idi. Hər iki hissədə Teymurovanın səsi ilə muğamın dərinliklərinə enən tamaşaçılar, sənətin paklığına, musiqinin ruh oxşayan gücünə şahid oldular.
Gecə boyunca sənətkara Xalq artisti Fərhad Bədəlbəylinin rəhbəri olduğu Bakı Kamera Orkestri, Əməkdar artist Əliağa Sədiyevin bədii rəhbəri olduğu "Xarı Bülbül" muğam qrupu və baş dirijor, Əməkdar artist Fuad İbrahimov yoldaşlıq edirdi.
Tamaşaçılar arasında Azərbaycan ədəbiyyatının və sənət aləminin tanınmış simaları — Xalq şairi Ramiz Rövşən, professor Rafiq Əliyev, Xalq artisti Aygün Bayramova, Əməkdar artist Dilarə Əliyeva, Əməkdar mədəniyyə işçisi Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva və bir sıra sənət nümayəndələri yer alıb.
Konsertin aparıcısı Leyla Quliyeva olub. Tədbirdə yeganə qonaq qiraətçi Xəzər Süleymanlı olub. O, "Qal, sənə qurban" ifası zamanı şeir səsləndirib. Onun səhnəyə gətirdiyi poetik ruh, gecənin emosional tonunu daha da gücləndirib.
Teymurova səhnədə iki fərqli libasda görünüb — onun bu gecəyə xüsusi hazırlanmış zərif tərzi üzərində tanınmış stilist Elnur Həsənov çalışmışıb. İncə zövq və sadə dəbdə olan bu libaslar ifaçının bənzərsiz səsi ilə vəhdət təşkil edib.
Konsertin kulminasiya nöqtəsi isə "Qarabağ şikəstəsi" ilə baş verib. Teymurovanın səsinin titrəyişi Qarabağ həsrətindən doğan o böyük nisgili səhnədən zala, zalın ürəyindən Vətən torpaqlarına qədər daşıyıb.





BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bir aparıcıya bunu yaraşdırmadım"
Aparıcı Elnarə Təhməzova radio həmkarlarının efirdə səsləndirdiyi fikirlərə irad bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə yayımladığı videoda tıxaclarla bağlı danışan bir radio aparıcısının fikirlərini tənqid edib. E.Təhməzova həmin şəxsin adını və çalışdığı radionu açıqlamayıb. Aparıc
10.10.2026 226 Bir-birini izləmədən çıxartdılar
Müğənni Kərim Abasov dostlarından gileylənib. Axşam.az-ın məlumatına görə, sənətçiyə verilişlərin birində dostları ilə bağlı sual ünvanlanıb. Kərim söhbət zamanı həmkarı Əminə Şirinin adını çəkdiyi üçün bir dostunun ondan incidiyini bildirib. "Sevilən səhər" proqramında yer alan Kərim həmi
03.10.2026 277 Colinin malikanəsini Madonna alıb?
Hollivud ulduzu Ancelina Colinin Los-Ancelesdəki məşhur malikanəsini müğənni Madonnanın aldığı barədə yayılan məlumatlar təsdiqini tapmayıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. Bildirilir ki, 51 yaşlı aktrisa sentyabrın sonunda vaxtilə rejissor Sesil B. DeMill
10.10.2026 174 Bu da 3-cü dəfə evlənən Azərin AİLƏSİ - FOTOLAR
Aparıcı Azər İsmayılov sosial mediada paylaşım edib. xəbər verir ki, aparıcı ailəsi ilə olan görüntülərini paylaşıb. Paylaşımda onun qızları da yer alıb. Azərin paylaşımı izləyicilərin marağına səbəb olub. Sözügedən fotoları təqdim edirik:
03.10.2026 966 "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser
04.10.2026 338 Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis
11.10.2026 217 Yenidən eyni layihədə rol alacaqlar
Türkiyəli aktyor Onur Seyit Yaranın "Yörük kızı" serialındakı tərəf müqabili bəlli olub. Axşam.az xəbər verir ki, ekran işində Mina Demirtaş rol alacaq. O, layihədə "Güneş" obrazını canlandıracaq. Qeyd edək ki, aktyorlar daha əvvəl "Yaz evi" filmində birlikdə rol almışdıla
03.10.2026 263 Tarkanın əkizi kimi tanınan "Popstar" qalibi indi nə işlə məşğuldur?
200-ci illərin əvvəllərində Türkiyədə milyonlarla insanı ekran qarşısına toplayan "Popstar Türkiye" musiqi yarışmasının ilk qalibi Abidin Özşahin illər sonra tamamilə fərqli sahəyə yönəlib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarışmanın münsiflər heyətində Deniz Seki, Armağan Çağlayan
03.10.2026 317 Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - VİDEO
Müğənni Ayaz Babayevlə bloqer Mehin Məclislərdən birində səmimi görüntüləri ilə diqqət çəkiblər. xəbər verir ki, məclis zamanı ikilinin birlikdə romantik rəqs etdiyi anlar bloqer Əfruzə tərəfindən lentə alınıb. Sözügedən görüntülər daha sonra sosial şəbəkədə paylaşılıb. Əfruzə paylaşımında Ayaz Babaye
04.10.2026 686