"Torpaq var, məhsul yoxdur" – Ekspert kənd təsərrüfatında məhsuldarlığın azalmasından danışdı
Son vaxtlar ölkəmizdə qeydə alınan güclü yağışlar kənd təsərrüfatına ciddi ziyan vurub. Bir çox bölgələrdə əkin sahələri, meyvə bağları və heyvandarlıq təsərrüfatları sel, torpaq sürüşməsi və nəmlik səbəbindən ağır ziyan görüb. Yağıntının təsiri ilə bağlı kənd təsərrüfatı məhsullarının itirilməsi, torpaq eroziyası və məhsuldarlığın azalması kənd təsərrüfatında fəaliyyət göstərənlər üçün böyük problemlər yaradıb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirib ki, son dövrlərdə baş verən təbiət hadisələri kənd təsərrüfatında məhsuldarlığa mənfi təsir edib:
"Dünyada baş verən kataklizmlər – quraqlıqlar, intensiv yağışlar, iqlim dəyişiklikləri kənd təsərrüfatına ciddi ziyan vurur. Elə ölkələr var ki, davamlı yağışlar məhsulların məhv olmasına səbəb olub. Avropa ölkələrində isə quraqlıq nəticəsində fəsadlar yaşanıb. Buna baxmayaraq, həmin ölkələr bu şəraitdən səmərəli şəkildə istifadə edərək kənd təsərrüfatında inkişaf göstəricilərini qoruyurlar. Çünki onlar qlobal istiləşmənin doğurduğu vəziyyətdən fayda çıxarmağı bacarırlar".
Ekspert qeyd edir ki, Azərbaycanda isə bu imkanlar reallaşdırılmır. Halbuki ölkənin 2 milyon hektara yaxın əkin sahəsi, 2 milyon 200 min hektar isə örüş sahəsi var. Bu rəqəmlər İsraillə müqayisədə 5 dəfə çoxdur:
"Lakin təəssüf ki, biz bu torpaqlardan səmərəli istifadə edə bilmirik. Fermerlər aqrotexniki qaydalara əməl etmirlər. Maarifləndirmə yoxdur, əksəriyyət iqlim dəyişikliyi qarşısında sadəcə gözləmə mövqeyi tutur".
Vahid Məhərrəmli həmçinin heyvandarlıq sektorunda da geriləmənin müşahidə olunduğunu bildirib:
"Son 8 ildə Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 1 milyon 600 min baş azalıb. Halbuki dünyada bu dövrdə qoyunların sayı artıb. Əvvəlki 7 illə müqayisədə bizdə azalma tempi daha sürətlidir."
Mütəxəssis bu problemlərin əsas səbəblərindən birini də peşəkar kadr çatışmazlığı ilə əlaqələndirir:
"Avropada aqronomluq biliyi olmayan şəxsə torpaq sahəsi verilmir. Xüsusi komissiyadan keçərək seçim aparılır. Azərbaycanda isə kəndlərdə torpaqlar paylanıb, amma bu sahədə heç bir təcrübəsi və biliyi olmayan insanlar kənd təsərrüfatı ilə məşğuldurlar. Təəssüf ki, bu gün savadlı, bacarıqlı şəxslər sistemin kənarında qalıb. Nazirlikdə və yerli strukturlarda çalışanların əksəriyyəti qeyri-peşəkardır. Bu səbəbdən də kənd təsərrüfatında məhsuldarlıq son dərəcə aşağı səviyyədədir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 622 Tarix: 21 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib"
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Bakı şəhərində Türk Dövlətlər
12:21 169 İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
11:43 163 Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub. "Qafqazinfo" Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) istinadən xəbər verir ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindək
15:01 142 Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin
Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl
14:00 156 Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 23 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsin
11:24 155 Sabah hava necə olacaq?
Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a
12:35 167 Bu ərazilərdə işıq olmayacaq
Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
10:00 149 İran məktəbli forması məsələsindən ideoloji məqsədlər üçün istifadə edir
"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj
12:50 207 2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu
15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna
11:30 175