Politoloq: "Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsində əsas rol oynayır"

Politoloq: "Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsində əsas rol oynayır""Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin".

Bu fikirləri Prezident İlham Əliyev 14 fevralda keçirilən andiçmə mərasimindəki çıxışı zamanı səsləndirib.

Bəs türk birliyi doğrudan da regional və qlobal gücə çevrilə bilərmi?

Mövzu ilə bağlı BİG.A-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün zirvə toplantılarının uğurlu keçməsində maraqlı olan əsas dövlətdir:

"Türk Dövlətləri Təşkilatının fəaliyyətinin intensivləşdirilməsi və daha yüksək səviyyəyə çatdırılması Azərbaycan və Türkiyənin ortaq strateji planıdır. Bu baxımdan hər iki ölkə təşkilatın avanqard – yəni aparıcı – qüvvələri hesab olunur".

Elçin Xalidbəylinin sözlərinə görə, rəsmi Bakı bu təşkilatın güclənməsini özünün əsas prioritetlərindən biri kimi müəyyənləşdirib:
Politoloq: "Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsində əsas rol oynayır""Əgər təşkilat ortaq inteqrasiya və inkişaf proseslərini daha da gücləndirərsə, bu, dünya miqyasında yeni bir iqtisadi və siyasi güc mərkəzinin formalaşmasına səbəb olacaq. Bu baxımdan atılan hər bir addım yalnız təşkilatın deyil, bütövlükdə türk dünyasının güclənməsi baxımından önəm daşıyır".

Politoloq hesab edir ki, bundan sonra Türk Dövlətləri Təşkilatı çərçivəsində atılacaq prinsipial iqtisadi və siyasi addımlar ümumi maraqlara xidmət edəcək:

"Bu proses həm Azərbaycan, həm də digər türk dövlətləri üçün strateji əhəmiyyət daşıyır. Nəticədə Türk Dövlətləri Təşkilatı dünyada yeni və güclü siyasi iradə mərkəzi kimi qəbul edilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 702   Tarix: 22 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər

"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"

13:09 114
.

Bu ərazilərdə işıq olmayacaq

Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

10:00 145
.

Vahid məktəbli forması və xarici ideoloji təsirlər: Azərbaycan təhsilinin qarşısında duran strateji çağırışlar

"Təhsil sisteminin inkişafı yalnız dərsliklərin yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması və müasir texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu proses eyni zamanda məktəblərdə sosial bərabərliyin təmin olunmasını, uşaqların psixoloji təhlükəsizliyinin qorunmasını, milli-mənəvi dəyərləri

11:13 152
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

10:17 176
.

Məktəblərdə vahid formaya keçid intizam qaydasıdır

Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dini etiqad azadlığı təmin olunur. Hər kəs öz dini inancına uyğun yaşamaqda sərbəstdir. Lakin məktəb təhsil müəssisəsidir və burada şagirdlər üçün müəyyən edilmiş vahid geyim forması, daxili intizam və təhsil qaydaları mövcuddur. Şagirdlərin məktəbə gələrkə

11:45 208
.

Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

15:13 0
.

ABŞ ilə Ukrayna təhlükəsizlik zəmanətlərini və Kiyevin Aİ-yə daxil olmasını müzakirə etdilər

Amerika və Ukrayna rəsmiləri, Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Mayamidə təhlükəsizlik zəmanətləri, Ukraynanın qışa hazırlığı və müharibədən sonrakı yenidənqurma məsələləri ilə bağlı danışıqlar aparıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəs

11.10.2026 327
.

İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:43 142
.

Vahid məktəbli forması - bərabər təhsilin rəmzi

"Təhsil hər bir uşağın gələcəyini formalaşdıran mühüm amillərdən biridir. Məktəb isə yalnız bilik əldə edilən məkan deyil, həm də uşaqların şəxsiyyət kimi yetişdiyi, dostluq və qarşılıqlı hörmət münasibətlərini öyrəndiyi bir mühitdir. Bu mühitdə vahid məktəbli formasının tətbiqi xüsusi əhəmiyyə

11:02 166
.