Naxçıvanda 7 nəfərin zəhərləndiyi dönərxana bağlandı - Fotolar-Yenilənib
Naxçıvanda kütləvi zəhərlənmə qeydə alınıb.
"Qafqazinfo" "Nuhçıxan"a istinadən xəbər verir ki, bu barədə Mərkəzin həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə məlumat verib.
Həkim bildirib ki, Naxçıvan MR-in Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsilə yeddi nəfər yerləşdirilib.
Onun sözlərinə görə, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar: "Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb".
Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli "fastfood" qidaların istehlakı olub.
Məsələ ilə bağlı Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də açıqlama verilib.
Agentliyin əməkdaşı Mirfərid Seyidov bildirib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən "Kassap dönər" adlı iaşə obyektində qeydə alınıb.
"Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - o qeyd edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub.
Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.
Şübhəli məhsul hesab edilən mayonez və toyuq dönərindən, həmçinin səthlərdən yaxma nümunələri seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 835 Tarix: 22 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəblərdə vahid formaya keçid intizam qaydasıdır
Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dini etiqad azadlığı təmin olunur. Hər kəs öz dini inancına uyğun yaşamaqda sərbəstdir. Lakin məktəb təhsil müəssisəsidir və burada şagirdlər üçün müəyyən edilmiş vahid geyim forması, daxili intizam və təhsil qaydaları mövcuddur. Şagirdlərin məktəbə gələrkə
11:45 208 Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11.10.2026 330 Vahid forma, vahid məqsəd - keyfiyyətli təhsil
Məktəbin əsas vəzifəsi şagirdlərə bilik vermək, onların düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək həyata hazırlamaqdır. Bu məqsədə çatmaq üçün məktəbdə sağlam təlim mühitinin yaradılması vacibdir. Vahid məktəbli forması da həmin mühitin formalaşmasına xidmət edən amillərdən biri hesab olunur
11:26 165 Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12:59 359 Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin
Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl
14:00 104 Zahid Oruc: "Məktəb dini qarşıdurma poliqonu deyil"
"Azərbaycan müstəqillik qazandıqdan sonra sovet dövründən miras qalmış ateist dövlət modelindən fərqli bir yol seçdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə qəbul edilən Konstitusiya ilə ölkəmiz milli-mənəvi dəyərlərinə, tarixinə və İslam sivilizasiyasının bi
13:16 154 Toyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
10:23 201 Sabah hava necə olacaq?
Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli a
12:35 143 ABŞ ilə Ukrayna təhlükəsizlik zəmanətlərini və Kiyevin Aİ-yə daxil olmasını müzakirə etdilər
Amerika və Ukrayna rəsmiləri, Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Mayamidə təhlükəsizlik zəmanətləri, Ukraynanın qışa hazırlığı və müharibədən sonrakı yenidənqurma məsələləri ilə bağlı danışıqlar aparıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəs
11.10.2026 327