"Everestə qalxmaq 60-100 min dollara başa gəlir" - Zirvəni fəth edən Vəfa danışdı (VİDEO)
Bir neçə gün öncə dünyanın ən hündür zirvəsi olan Everest (8848 m) və Lots zirvəsini fəth edən ilk azərbaycanlı qadın Vəfa Qəhrəman (Musayeva) öz təəssüratlarını bölüşüb.
V. Qəhrəman İTV-nin "Sabahın xeyir, Azərbaycan!" verilişində səfər haqda danışıb.
"Məqsədin olduqda, biləndə ki, sən ora nə üçün getmisən, bu səni zirvəyə aparıb çıxarır. Dayanmaq ağlımdan keçməyib. Səfər zamanı üçqat əlcək taxmağıma baxmayaraq barmaqlarımı don vurmuşdu. Amma bu yumşaq donvurmadı, açılacaq. Əgər təsadüfən əlcəyini itirsən, oradan barmaqsız qayıdacaqsan", - o bildirib.
Vəfa Qəhrəman həmçinin Everesti fəth etməyə xərclənən vəsaiti də açıqlayıb:
"Everesti fəth etmək 60 mindən 100 min dollara kimi başa gəlir. Zirvəyə gedib-gəlmək təxminən 18, bəzi insanlar üçün isə 24 saatı əhatə edir"./Qaynarinfo
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 655 Tarix: 23 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi
"Crocus Group" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb. "Qafqazinfo" "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. Bildirili
10:29 442 Mayda da 2 bayramı bir gündə qeyd edəcəyik - 14 gün iş olmayacaq
Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür. Belə ki, 9 May - Faşiz
16:23 221 "Günahkaram ki, kimsə 300 manat alır?" deyən deputatın nəvəsinin BAHALI MAŞINI - FOTO
Milli Məclisin deputatı Səyyad Aranın nəvəsinin sürdüyü avtomobilin fotosu yayılıb. Qeyd edək ki, həmin avtomobilin 2024-2025-ci il təxmini başlanğıc qiyməti 30-35 min dollardan başlayır. Xatırladaq ki, Səyyad Aran bir neçə gün öncə müsahibədə öz maaşı ilə 300-400 manat alan şəxslərin əməkhaqlarını qarşılaşdırara
12:16 464 Prezident 31 Mart Soyqırımı Günü ilə bağlı paylaşım etdi - Foto
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib. Axşam.az paylaşımı təqdim edir:
10:58 188 İran raketi İsrailin mərkəzinə doğru atıldı
İsrail Müdafiə Qüvvələri (İDQ) İrandan mərkəzi İsraili hədəf alan yeni ballistik raket hücumu aşkar edib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, yaxın dəqiqələrdə sirenlərin səsləndirilməsi gözlənilir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
10:39 202 Təmiz hava, çox su, az konservant - allergiyadan qorunmanın sirri
"Qışdan yaza keçid dövründə allergik xəstəliklərin artması müşahidə olunur. Bu, əsasən süni qidaların və müxtəlif qida əlavələrinin həddindən artıq qəbul edilməsindən qaynaqlanır". Bunu BİG.AZ-a açıqlamasında tibbi ekspert Adil Qeybulla bildirib. O, qeyd edib ki, bədəndə yığılmış toksik maddələrdə
14:27 187 Yaddan çıxmayan soyqırım
Tarix boyu Azərbaycan qonşu ölkələrin təcavüzünə, işğalına məruz qalıb. Təbii ki, məqsəd, türk varlığına son qoymaq, dövlətimizi parçalamaq, torpaqlarını bölüşdürmək olub. Eyni zamanda xalqımız işğallar zamanı qəddar işgəncələrə məruz qalmış, tarixi abidələrimizə, milli mədəniyyətimizə qarşı barbarlı
12:02 234 ABŞ prezidentinin təyyarəsinə yaxın naməlum dron: İran gərginliyi artırır - POLİTOLOQDAN AÇIQLAMA
Son günlər ABŞ və İran arasındakı gərginlik ciddi şəkildə artıb. ABŞ prezidentinin təyyarəsinin yaxınlığında naməlum dronun vurulması, eləcə də The Washington Post-un məlumatına görə, Marko Rubionun və ABŞ müdafiə nazirinin olduğu məkanların yaxınlığında bir neçə həftədir naməlum dronların aşkarlanmas
15:20 217 İsrail ordusunun sözçüsü: "İsrail qarşıdakı həftələrdə İrana zərbələr endirməyə hazırdır"
İsrail İranda "həftələr" davam edəcək döyüşlərə hazırdır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun müsahibəsində müharibənin "yarıdan çox" keçdiyini söyləməsindən sonra hərbi sözçü bildirib. Polkovnik-leytenant Nadav Şoşani jurnalistlər
14:16 213