HƏQİQƏTİN MATRİSASI: və ya"pərdəarxasında" gizlədilmiş gerçəkliyin axtarışı

HƏQİQƏTİN MATRİSASI: və ya"pərdəarxasında" gizlədilmiş gerçəkliyin axtarışı"Həqiqəti üzə çıxarmaq cəsarət tələb edir, eşidib qəbul etmək isə güc".

Azərbaycan multikulturalizmi, milli multikultural təfəkkürü yüksək humanist ənənələrə söykənən nadir bəşəri fenomenlərdən biridir. Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının mənəvi keyfiyyətini əks etdərən ali mənəvi dəyəridir ki, ümumdünya mənəvi irs səviyyəsinədək yüksələ bilər. Multikulturalizmin Azərbaycan modeli qədim birgə yaşam tərzi ənənələrinə malikdir. Tarixən doğma torpaqlarımızda çoxsaylı fərqli etnik qruplar sülh, əminamanlıq, dostluq və qarşılıqlı hörmət mühitində yaşayıb və bu ənənə davam etməkdədir. 44 günlük Vətən müharibəsi dövründə və hazırda post-müharibə dönəmində Azərbaycanın avtoxton (yerli) əhali ilə allohton (gəlmə) əhalinin münbit multikultural mühitdə birgəyaşamı özünü azərbaycançılıq ideologiyasının nəzəri aspekti kimi deyil, məhz Vətən uğrunda real konkret fədakarlıq nümunələrində doğrultdu.
Tarixin müxtəlif dövrlərində torpaqlarımızda məskunlaşan allohton əhalinin (başqa sözlə, müəyyən bir ərazidə sonradan məskunlaşmış etnik qruplar – red.) tarixi vətəni Azərbaycan olmasada, gəlmə etnoslar yerli əhali ilə qurulan mədəni-mənəvi münasibətlərdə yüksək adaptasiya çevikliyini nümayiş etdirib sülh və əmin-amanlıq şəraitində birgəyaşama üstünlük vermişdilər. Təəssüf ki, nəinki Azərbaycanda, hətta bütün Qafqazda ərazi iddiaları ilə çıxış edən bədniyyətli ermənilərxalqların tolerant birgəyaşayışı və mədəni inteqrasiyasının üstünlüklərindən imtina edib monoetnik yaşam prinsipini seçmişlər. Bu yanlış yolu tutanermənilər dünya ictimaiyyəti gözü qarşısında humanizmə, insanlığa zidd bir çox bağışlanmaz tarixi cinayət əməllərinə imza atmışlar. Amma haqq-ədalət öz yerini tutdu! Müzəffər Ordumuz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Vətənimizə qarşı hərbi cinayətlər törətmiş erməni əsillilərin məhkəməsi dünyaya Azərbaycanın ədalət və həqiqət prinsiplərinə sadiqliyini nümayiş etdirdi.
Bu bir gerçəklikdir ki, fədakar tarixçi alimlərimizin "erməni falsifikasiyası"nın ifşa edilməsində çəkdikləri zəhmət haqq-ədalətin bərpa olunması yolunda danılmaz şücaətdir. Bu baxımdan, 2025-ci ilin əvvəllərində "Füyuzat" nəşriyyatında tarix elmləri doktoru Həcər Verdiyevanın "На матрице истины: армяне – аллахтоны на Кавказе" ("Həqiqətin matrisası: ermənilər – Qafqazda allohtondurlar", rus dilində) dərc olunan kitabı dünya ictimaiyyətinə həqiqətləri göstərən fundamental tədqiqat işidir. "Böyük Ermənistan" mifini geniş faktoloji baza əsasında darmadağın edən araşdırma göstərir ki, ermənilər Qafqazda yerli əhali deyil, allohton əhalidir. Arsızlıq xislətinə sadiq qalanermənilər əsrlər boyu Qafqazda avtoxtonluq iddiasını irəli sürüb, nəinki Azərbaycan xalqına, digər xalqlara və ümumiyyətlə insanlığa qarşı məkrli cinayətlərə əl atmış və Həcər Verdiyeva arxiv sənədləri və faktiki materiallar əsasında Birinci dünya müharibəsi illərində "bədbəxt-aciz" donu altındagizlənən,gözləri qan tutmuş erməni millətçilərinin Orta Şərqdən tutmuş Orta Asiyaya qədər 2 milyon dinc əhalini soyqırıma məruz qoyduğunu göstərmişdir.
Qeyd etmək lazımdır ki, sözügedən kitab müəllifin 2022-2024-cü illərdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş və "Bakinskiy raboçiy" qəzetinin səhifələrində dərc olunmuş məqalələr məcmusudur. Həmin yazılarda ermənilərin Qafqaz meqaregionuna köçlərinin coğrafi xəritəsi cızılmışdır. Nəşr olunmuş məqalələrdə əsrlər boyu davam edən "sərgərdan ermənilərin" Qafqaza köçü, Balkanlardan Kiçik Asiya – Fəratətrafı xoronim – Qafqaz sxemi üzrə, gedişi faktlar əsasında təsdiqini tapmışdır. Cəsarətlə "Qafqazda – ermənilər olmayıb!" qəti qənaətini bəyan edən Həcər Verdiyeva bu fikrinin təsdiqi olaraq ermənilərin Fərat çayı hövzəsində saldıqları qədim şəhərləri və kilsəni, Fəratətrafı məkanda yaratdıqları mərkəzdənqaçma meylli dövləti göstərmişdir.
Həcər Verdiyeva ermənilərin Qafqaz meqaregionunda gəlmə olduqlarını tibbi-anotomik və antropoloji dəlillərlə sübuta yetirmişdir. Faktiki materiallara söykənən müəllif göstərmişdir ki, ermənilərin qeyri-qafqaz antropoloji tip olduqlarına semit xalqlarına xas immun sisteminin səhvən aşkar bir infeksiya olmadan iltihabla müşahidə olunan "erməni xəstəliyi" adlanan otoinflamatuar xəstəlik işarət edir.
Tarix elmləri doktoru Həcər Verdiyeva ərsəyə gətirdiyi kitabında ermənilərin şəcərəsini izləyərək tarixi saxtakarların uydurduqları "Urartu konsepsiya"sını daifşa edir. Erməni əfsanələrini izləyən müəllif "Ararat mifi"ndə müasir sivilizasiyamızın ümumbəşəri mədəni simgələrinin mənimsəməsi faktını aşkarlayır. Məlum olur ki, sərgərdan ermənilər Nuhun gəmisinin İncildə vəsf olunan Sararad dağına deyil, Masisə qalxması kimi yalan iddialarla əsrlər boyu Avropa elminə alaq toxumunu səpmişlər. Erməniləri Qafqazaqədərki tarixini araşdıran müəllif erməni saxtakarların dinlər tarixində müqəddəs hesab olunan rəmzələrə əl atmaqdan da çəkinmədiklərini vurğulamışdır. Dünya ictimaiyyətinin ağlına gəlməzdir ki, əslində monofizit və qeyri-pravoslav olan erməni kilsəsinin həvari kilsəsi ilə heç bir əlaqəsi olmamış və erməni kilsəsinin adında "Apostol" sözünün əlavəsi feykdən başqa bir nəsnə deyil.
Problemi tədqiq edən Həcər Verdiyeva kilsə tarixini saxtalaşdıran "arqutin yalanı" fonunda Romanovlar Rusiyasında cərəyan edən hadisələri aydın şəkildə tarixi dəlillərlə oxucuya çatdıra bilmiş, erməni-qriqorian kilsəsinin Azərbaycanın maddi-mədəni irsinə əsassız iddiasını göstərmiş və XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarını zəbt edən Rusiya imperiyasının bölgədə siyasi hakimiyyətini möhkəmləndirmək üçün ermənilərdən alət kimi istifadə etdiyini diqqətə çatdırmışdır. Məhz XIX əsrin əvvəllərində rus xalqının görkəmli şairi Aleksandr Puşkinin yaradıcılığında yer alan "erməni rəzilliyinin"portreti yağlı boya ilə çəkilir: "Rədd ol.... – Sən çeçen belə deyilsən, sən qoca qarısan... sən qulsan, sən qorxaqsan, sən ermənisən" sətirləri sanki XIX əsrin 90-cı illərində "arqutin yalanı"nın ifşa olunacağına orakul öncəgörməsi kimi səslənmişdir. Puşkin erməniliyin mahiyyətini öncədən görə bilmişdir... Artıq XIX əsrin sonlarında Rusiya ermənilərin yalanlarını ifşa etdikcə onların itaətsizliyi daha da artır, "erməni məsələsi" terror və zorakılıqla müşahidə olunan "erməni sindromuna" çevrilir. Apardığı araşdırmalara söykənən müəllif göstərir ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində erməni millətçiliyi açıq terrora keçir: Rusiya hakimiyyətinə qarşı çıxır, Qafqaz meqaregionunda əhaliyə qenosid faciəsini yaşadır.
Geniş oxucu auditoriyasının diqqətinə çatdırmaq istəyirəm ki, işıq üzü görən "На матрице истины: армяне – аллахтоны на Кавказе" kitabının hər fəslində müəllif tərəfindən qaldırılan məsələlər tarixi faktlarla müşahidə olunur. İllər boyu ictimaiyyətdən arxivlərin "dəmir sandıqlarında" gizlədilən "tam məxfi" qrifli sənədlər Həcər Verdiyevanın müəllifi olduğu sətirlərdə həqiqət carçısına çevrilir. Əsərinin sonunda Həcər Verdiyeva Qalib xalqın nümayəndəsi kimi "Böyük Ermənistan" ideyasının məhvə məhkum olub farsa çevrildiyini bəyan edir. 44 günlük Vətən müharibəsi dövründə ermənilər döyüş meydanında ədalətin hökmü qarşısında aciz olduğu kimi, mübariz tarixçi qadın-alimimiz Həcər Verdiyevanın 276 səhifəlik kitabının hər sətrində erməni "yalan-mifoloji təfəkkürü" təkzib olur. Həcər Verdiyevanın qələminin həqiqət qüvvəsi qarşısında məğlub olan "erməni yalanı" ifşa edilir.
Qələmə aldığım qeydlərin sonunda xüsusi ilə vurğulayım ki, tarix elmləri doktoru Həcər Verdiyevanın "На матрице истины: армяне – аллахтоны на Кавказе" kitabı yalnız elmi elit dairələr üçün deyil, xalqımızın qan yaddaşını yaşatmaq əzmində olan ölkəmizin hər bir vətəndaşı üçün gərəkli bir mənbəolub, eyni zamanda Azərbaycanın mədəni-tarixi matrisasını, real tarixi öyrənən geniş spektrli mütəxəssislər üçün peşəkar fəaliyyətlərində gərəkli ola biləcək tədqiqat işidir.

Yeganə Əliyeva - AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,
İMİSCOE Miqrasiya Araşdırmaları Mərkəzinin
(Migration Research Hub by İMİSCOE İD 4941 ) eksperti,
kulturologiya üzrə fəlsəfə doktoru, dosent

HƏQİQƏTİN MATRİSASI: və ya"pərdəarxasında" gizlədilmiş gerçəkliyin axtarışı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 650   Tarix: 23 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi

"Crocus Group" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb. "Qafqazinfo" "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. Bildirili

10:29 442
.

Mayda da 2 bayramı bir gündə qeyd edəcəyik - 14 gün iş olmayacaq

Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür. Belə ki, 9 May - Faşiz

16:23 221
.

"Günahkaram ki, kimsə 300 manat alır?" deyən deputatın nəvəsinin BAHALI MAŞINI - FOTO

Milli Məclisin deputatı Səyyad Aranın nəvəsinin sürdüyü avtomobilin fotosu yayılıb. Qeyd edək ki, həmin avtomobilin 2024-2025-ci il təxmini başlanğıc qiyməti 30-35 min dollardan başlayır. Xatırladaq ki, Səyyad Aran bir neçə gün öncə müsahibədə öz maaşı ilə 300-400 manat alan şəxslərin əməkhaqlarını qarşılaşdırara

12:16 464
.

Prezident 31 Mart Soyqırımı Günü ilə bağlı paylaşım etdi - Foto

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib. Axşam.az paylaşımı təqdim edir:

10:58 188
.

İran raketi İsrailin mərkəzinə doğru atıldı

İsrail Müdafiə Qüvvələri (İDQ) İrandan mərkəzi İsraili hədəf alan yeni ballistik raket hücumu aşkar edib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, yaxın dəqiqələrdə sirenlərin səsləndirilməsi gözlənilir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

10:39 202
.

Təmiz hava, çox su, az konservant - allergiyadan qorunmanın sirri

"Qışdan yaza keçid dövründə allergik xəstəliklərin artması müşahidə olunur. Bu, əsasən süni qidaların və müxtəlif qida əlavələrinin həddindən artıq qəbul edilməsindən qaynaqlanır". Bunu BİG.AZ-a açıqlamasında tibbi ekspert Adil Qeybulla bildirib. O, qeyd edib ki, bədəndə yığılmış toksik maddələrdə

14:27 187
.

Yaddan çıxmayan soyqırım

Tarix boyu Azərbaycan qonşu ölkələrin təcavüzünə, işğalına məruz qalıb. Təbii ki, məqsəd, türk varlığına son qoymaq, dövlətimizi parçalamaq, torpaqlarını bölüşdürmək olub. Eyni zamanda xalqımız işğallar zamanı qəddar işgəncələrə məruz qalmış, tarixi abidələrimizə, milli mədəniyyətimizə qarşı barbarlı

12:02 234
.

ABŞ prezidentinin təyyarəsinə yaxın naməlum dron: İran gərginliyi artırır - POLİTOLOQDAN AÇIQLAMA

Son günlər ABŞ və İran arasındakı gərginlik ciddi şəkildə artıb. ABŞ prezidentinin təyyarəsinin yaxınlığında naməlum dronun vurulması, eləcə də The Washington Post-un məlumatına görə, Marko Rubionun və ABŞ müdafiə nazirinin olduğu məkanların yaxınlığında bir neçə həftədir naməlum dronların aşkarlanmas

15:20 217
.

İsrail ordusunun sözçüsü: "İsrail qarşıdakı həftələrdə İrana zərbələr endirməyə hazırdır"

İsrail İranda "həftələr" davam edəcək döyüşlərə hazırdır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun müsahibəsində müharibənin "yarıdan çox" keçdiyini söyləməsindən sonra hərbi sözçü bildirib. Polkovnik-leytenant Nadav Şoşani jurnalistlər

14:16 213
.

TOP MP3