Məktəb direktorlarının işdən azad edilməsi problemləri həll edəcəkmi? – Ekspertdən sərt açıqlama

Məktəb direktorlarının işdən azad edilməsi problemləri həll edəcəkmi? – Ekspertdən sərt açıqlamaSon günlər Azərbaycanda bir neçə məktəb direktorunun işdən azad edilməsi cəmiyyətin diqqətini cəlb edib. Qeyd edək ki, direktorların vəzifədən kənarlaşdırılması onların fəaliyyətində yol verdikləri nöqsanlarla əsaslandırılıb. Lakin ictimaiyyətdə bu tədbirlərin məktəblərdəki real problemləri həll edib-etməyəcəyi ilə bağlı suallar yaranıb.

BiG.AZ mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, ümumtəhsil müəssisələrinin çoxunda ciddi nöqsanlar var və bu nöqsanların kökündə təkcə direktorlar deyil, onları təyin edən təhsil idarəetmə strukturları dayanır:

"Son vaxtlar məktəblərdəki neqativ halların sosial mediada yayılması adi hal alıb. Bu isə təkcə direktor problemi deyil. Problem daha dərin və sistemlidir – birbaşa Bakı şəhəri üzrə Təhsil İdarəsində cəmlənib. Bu qurumun tabeliyində olan 350-yə yaxın məktəbin əksəriyyətində vəziyyət nəzarətdən çıxıb."

Elşən Qafarovun sözlərinə görə, təhsil sahəsində idarəetmə praktiki olaraq iflic olub:

Məktəb direktorlarının işdən azad edilməsi problemləri həll edəcəkmi? – Ekspertdən sərt açıqlama"İstər məktəbəqədər müəssisələrdə, istərsə də ümumi təhsil məktəblərində ciddi idarəetmə böhranı yaşanır. Bu gün imtahanla vəzifəyə gələn direktorların belə işində ciddi boşluqlar var. Deməli, burada kadr seçimində və təyinat prosesində fundamental problemlər var."

Ekspert əlavə edib ki, son zamanlar məktəblərdə tərbiyə məsələləri, qeyri-qanuni pul yığımı və zorakılıq halları narahatedici həddə çatıb:

"Artıq məktəblərdə 12-13 yaşlı yeniyetmələrin bir-birini bıçaqlaması halları yaşanır. Bu o deməkdir ki, biz məktəbdə təkcə akademik deyil, sosial və psixoloji nəzarəti də itirmişik. Təhsillə heç bir əlaqəsi olmayan şəxslərin – şərab zavodundan və digər sənaye müəssisələrindən gətirilən işçilərin məktəblərə rəhbər təyin edilməsi bugünkü xaotik vəziyyətin əsas səbəbidir."

Elşən Qafarovun qənaətinə görə, direktorların işdən azad edilməsi problemin həlli deyil:

"Məktəb direktorlarının vəzifədən uzaqlaşdırılması səthi tədbirdir. Təhsil sistemində köklü islahatlara və səriştəli, təhsillə bağlı peşəkar kadrlara ehtiyac var."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1943   Tarix: 23 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və sağlam məktəb mühitinin mühüm təminatıdır

"Təhsil yalnız şagirdlərə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət, intizam, qarşılıqlı hörmət və vətəndaşlıq dəyərlərinə yiyələndiyi mühüm tərbiyə mühitidir. Bu baxımdan vahid məktəbl

11:35 160
.

Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb

Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat

11.10.2026 330
.

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. BİG.AZ -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-c

10:12 201
.

Məktəblərdə vahid formaya keçid intizam qaydasıdır

Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dini etiqad azadlığı təmin olunur. Hər kəs öz dini inancına uyğun yaşamaqda sərbəstdir. Lakin məktəb təhsil müəssisəsidir və burada şagirdlər üçün müəyyən edilmiş vahid geyim forması, daxili intizam və təhsil qaydaları mövcuddur. Şagirdlərin məktəbə gələrkə

11:45 208
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12:59 359
.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

14:14 95
.

İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi

İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili

11.10.2026 267
.

Diz ağrısına qarşı yeni üsul: Yerimə tərzinizi dəyişin

Diz ağrısından əziyyət çəkən insanlar üçün yerimə tərzinin dəyişdirilməsi yeni müalicə imkanlarından biri ola bilər. Alimlərin apardığı klinik sınaq göstərib ki, ayağın yeriyərkən hansı istiqamətə yönəldilməsi diz oynağına düşən yükə və ağrı səviyyəsinə təsir edə bilər. BİG.AZ xarici mediaya istinadl

14:00 104
.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

10:20 271
.