"Məktəbəqədər hazırlığın erkən akademik yüklə əvəzlənməsi uşağın psixoloji sağlamlığına ciddi təsir göstərir" - Kamran Əsədov

"Məktəbəqədər hazırlığın erkən akademik yüklə əvəzlənməsi uşağın psixoloji sağlamlığına ciddi təsir göstərir" - Kamran ƏsədovAzərbaycanda 2016-cı ildən məktəbəqədər hazırlıq icbari olub. Bəs keçmişdə uşaqların 1-ci sinifdə öyrəndiyi oxuma-yazma bacarıqlarının artıq məktəbəqədər hazırlıq dövründə öyrənməsi nə dərəcədə doğrudur?

Təhsil eksperti Kamran Əsədov BiG.AZ-a bildirib ki, məktəbəqədər hazırlığın erkən akademik yüklə əvəzlənməsi uşağın psixoloji sağlamlığına və gələcək məktəb motivasiyasına ciddi təsir göstərir:

"Məktəbəqədər hazırlığın icbari xarakter alması məsələsi müasir təhsil strategiyalarının ən çox müzakirə olunan istiqamətlərindən biridir. Bu mərhələ təhsilin təməlini təşkil edir və gələcəkdə uşağın akademik nailiyyətlərinə, sosial inteqrasiyasına və psixoloji rifahına birbaşa təsir göstərir. Azərbaycan Respublikasında məktəbəqədər hazırlığın icbari olması 2016-cı ildən tətbiq olunmağa başlanılıb və hazırda 5 yaşlı uşaqlar üçün bu mərhələ təhsil sisteminin ayrılmaz hissəsidir. Lakin bu sistemin tətbiqi və məzmunu ilə bağlı ciddi metodoloji və pedaqoji suallar hələ də açıq qalır.

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 18.2-ci maddəsinə görə, məktəbəqədər hazırlıq uşaqların məktəbə psixoloji və fiziki cəhətdən adaptasiyasını təmin etmək məqsədi daşıyır. Bu isə o deməkdir ki, məktəbəqədər mərhələnin funksiyası uşağa oxumaq, yazmaq və hesab aparmaq öyrətmək deyil, onun oyun, ünsiyyət, nitq və emosional inkişaf bacarıqlarını formalaşdırmaqdır. Lakin reallıqda bu prinsip pozulur. Bir çox məktəbəqədər hazırlıq mərkəzlərində uşaqlara artıq 1-ci sinifin məzmunu — əlifba, heca ilə oxuma, yazı yazma, riyazi əməllər — öyrədilir. Bu isə məktəbəqədər təhsilin mahiyyətinə zidd olmaqla yanaşı, uşağın inkişaf dinamikasını da pozur.

Statistik göstəricilər göstərir ki, Azərbaycanda 2023-cü ildə məktəbəqədər hazırlığa cəlb olunan uşaqların sayı təqribən 87 min nəfər olub. Lakin bu kontingentin təxminən 40%-i şəhər mərkəzlərində, qalan hissəsi isə rayon və kənd yerlərində cəmlənib. Bu isə onu göstərir ki, bölgələrdə məktəbəqədər təhsilə çıxış imkanları bərabər deyil. İnfrastruktur, müəllim çatışmazlığı və proqramların keyfiyyəti bir çox ucqar ərazilərdə uşaqların bu prosesdən kənarda qalmasına səbəb olur. Halbuki eyni qanunun 5.1-ci maddəsinə əsasən, təhsilin əlçatanlığı və bərabərliyi dövlətin əsas vəzifələrindən biridir. Mövcud vəziyyətdə isə bu prinsip pozulur.

Məktəbəqədər hazırlığın erkən akademik yüklə əvəzlənməsi uşağın psixoloji sağlamlığına və gələcək məktəb motivasiyasına ciddi təsir göstərir. Dünya Səhiyyə Təşkilatının və UNICEF-in ortaq hesabatlarına əsasən, 5 yaşlı uşaqların inkişaf göstəricilərində sosial oyun, yaradıcılıq və əməkdaşlıq bacarıqları əsas meyar kimi götürülür. Əgər uşaq məktəbəqədər mərhələdə artıq "məktəb dərsi" rejiminə salınırsa, bu, onun təbii inkişaf trayektoriyasını pozur, məktəbə marağını azaldır və psixoloji müqavimət yaradır. Bu uşaqlar 1-ci sinifə gələndə artıq "oxumağı bacarırlar", lakin bu bacarıq çox zaman mexaniki əzbərləmə və təzyiqlə formalaşdığı üçün dərin məzmun daşımır. Həmçinin bu, 1-ci sinif müəllimi üçün də pedaqoji çətinlik yaradır, çünki sinifdə səviyyələrarası uçurum artır, fərdi yanaşma çətinləşir.

Dünya təcrübəsində məktəbəqədər hazırlıq mərhələsi oyun əsaslı təlim və sosial emosional inkişaf modeli ilə həyata keçirilir. Finlandiyada uşaqlar 7 yaşına qədər rəsmi məktəbə başlamır, məktəbəqədər mərhələ yalnız təbiətlə tanışlıq, əməkdaşlıq, ritmik fəaliyyətlər, bədii ifadə və psixoloji hazırlıq üzərində qurulur. Estoniyada 6 yaşdan əvvəl uşaqlara rəsmi tədris keçmək yolverilməz sayılır və bu dövr "hazırlıq deyil, tanışlıq mərhələsi" kimi qiymətləndirilir. Bu ölkələr PISA reytinqlərində ön sıralarda yer alır. Bu isə göstərir ki, erkən yaşda oxuma-yazma öyrətmək təhsil keyfiyyətinin göstəricisi deyil.

Azərbaycanda bu sistemin tətbiqində ən ciddi problem kurikulumun və təlim metodikasının düzgün seçilməməsidir. Əgər məktəbəqədər hazırlıq mərhələsi oyun yönümlü, layihə əsaslı, tədqiqat maraqlarına əsaslanan kurikulumla təşkil olunsa, uşaqlar məktəbə həm sosial baxımdan daha hazır olar, həm də motivasiyaları daha yüksək olar. Lakin bu mərhələdə 1-ci sinifin məzmununun tətbiqi, oxuma-yazma, əzbərləmə, test mərkəzli düşüncə tərzinin aşılanması uşağı gələcəkdə ya passiv öyrənici, ya da məktəbdən erkən soyuyan fərd halına gətirir.

Əgər bu sistem dəyişməzsə, yaxın illərdə məktəbəqədər hazırlıq mərhələsi təhsilin ilk pilləsi olmaq əvəzinə, sadəcə "tədrisin başlanğıcı" rolunu oynayacaq. Bu isə uşağın uşaqlığını əlindən almaq və təhsili stress faktoruna çevirmək deməkdir. Əgər dəyişikliklər aparılarsa, o zaman məktəbəqədər mərhələ uşağın şəxsiyyət kimi formalaşmasında mühüm pilləyə çevriləcək. Bu dəyişikliklərin həyata keçməsi üçün dövlət proqramlarında kurikulumun yenilənməsi, müəllim hazırlığı, bölgələrə dəstək, ailə maarifləndirilməsi və təhsil bərabərliyi məsələləri sistemli şəkildə həll olunmalıdır.

Təhsil pillələri bir-birini tamamlamalıdır, əvəz etməməlidir. Məktəbəqədər hazırlıq məktəbə keçidin psixoloji və sosial əsaslarını formalaşdırmalıdır, onun məzmununu yükləməməlidir. Təhsil sadəcə biliyin deyil, insanın yetişdirilməsidir. Bu isə oyunun, yaradıcılığın, təbiətin, azadlığın və sevincli öyrənmənin birləşdiyi mühitdə mümkündür. Məktəbəqədər təhsil bu mühiti yarada bilməzsə, gələcəyin təhsili sarsılacaq. Ona görə də dəyişiklik qaçılmazdır və bu istiqamətdə mütəxəssislərin, valideynlərin, müəllimlərin birgə səsi eşidilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2455   Tarix: 23 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəb təbliğatın deyil, elmin və tərbiyənin ünvanıdır

Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi çox düzgün qərardır. Çünki məktəb ilk növbədə elm və təhsil ocağıdır. Burada əsas olan uşaqların geyimi deyil, aldıqları bilik, tərbiyə və gələcəyə necə hazırlanmasıdır. Vahid forma şagirdlər arasında geyimə görə fərqləri azaldır, məktəb mədəniyyətin

10:55 174
.

2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu

15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna

11:30 165
.

Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və sağlam məktəb mühitinin mühüm təminatıdır

"Təhsil yalnız şagirdlərə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət, intizam, qarşılıqlı hörmət və vətəndaşlıq dəyərlərinə yiyələndiyi mühüm tərbiyə mühitidir. Bu baxımdan vahid məktəbl

11:35 160
.

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. BİG.AZ -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-c

10:12 201
.

Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə ço

14:41 45
.

İran məktəbli forması məsələsindən ideoloji məqsədlər üçün istifadə edir

"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj

12:50 174
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

13:30 121
.

Bu ərazilərdə işıq olmayacaq

Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

10:00 145
.

Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri

"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyevi

13:31 105
.