Münaqişələrdə tərəfsizlik: Qərb və region mediasının fərqi - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Münaqişələrdə tərəfsizlik: Qərb və region mediasının fərqi - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAQərb mediası İsrail-Fələstin və Rusiya-Ukrayna münaqişələrini işıqlandırarkən mümkün qədər tərəfsiz olmağa çalışır. Burada həm hücum edən, həm də müdafiə edən tərəfin mövqeyi əks olunur, hadisələrin tarixi və fonu oxucuya çatdırılır. Türkiyə və Azərbaycan mediasına baxanda isə vəziyyət fərqlidir. Xəbərlər çox vaxt bir tərəfin mövqeyini ön plana çıxarır, digər tərəf isə ya az işıqlandırılır, ya da tam görünmür. Bu isə oxucuda hadisələrin balanslı təqdim olunmadığı təəssüratını yaradır və region mediasının obyektivliyi ilə bağlı suallar doğurur. Belə yanaşma oxucuların hadisələri qiymətləndirmək imkanını məhdudlaşdırır və informasiya mühitində qərəzli perspektivlərin üstünlük təşkil etməsinə şərait yaradır.
Münaqişələrdə tərəfsizlik: Qərb və region mediasının fərqi - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, dünya mediasının bitərəf olmaması təsadüfi deyil. Onun sözlərinə görə, media heç vaxt yalnız informasiyanı ötürən neytral boru olmayıb: "O, siyasi güc münasibətlərindən, iqtisadi maraqlardan, ideoloji mühitdən və ictimai rəyin idarə edilməsindən qidalanan strateji alətdir. Rusiya-Ukrayna müharibəsi və ya Yaxın Şərq münaqişəsi kimi məsələlərdə informasiyanın təqdimat forması çox zaman faktlardan daha çox, həmin ölkənin və ya media qurumunun geosiyasi prioritetlərini əks etdirir.

Bunu şərtləndirən və hazırda gördüyümüz media sistemini formalaşdıran bir neçə əsas səbəb var:

1. Media qurumlarının sahibi kimdirsə, informasiya siyasətini də o müəyyənləşdirir.
Böyük media holdinqləri çox vaxt siyasi dairələrə, biznes qruplarına və hətta silah sənayesinə bağlıdır. Bu qurumların geosiyasi maraqları var və xəbər dili həmin maraqları qoruyan çərçivədə formalaşır.

2. "Dəyərlər müharibəsi" informasiya müharibəsindən daha kəskindir.
Qlobal problemlərdə tərəflər bəzən "demokratiya, təhlükəsizlik, insan hüquqları" kimi anlayışları öz mövqelərinin legitimləşdirilməsi üçün istifadə edirlər. Media da bu ideoloji çərçivəni təkrarlayır və nəticədə hadisələr "kim haqlıdır?" sualı ilə yox, "kim bizim dəyərlərimizə daha yaxındır?" prizmasından təqdim olunur.

3. Terminologiya özü silah kimidir.
Bir tərəfə "terrorçu", digərinə "müdafiəçi", birinə "işğalçı", o birinə "azadlıq mübarizəsi aparan" demək, faktı dəyişdirmir, lakin qavrayışı dramatik şəkildə dəyişir. Bu, informasiya müharibəsinin ən təsirli psixoloji mexanizmidir.

4. Auditoriya reallığı deyil, emosiyanı tələb edir.
Müasir media kliklərə, izlenmələrə, sürətli istehlaka bağlıdır. Faktın sadə təqdimatı diqqət çəkmir, amma emosional, tərəfli yanaşma müzakirə yaradır. Məhz buna görə hadisələr çox vaxt dramatizə edilir, şəxsləşdirilir və siyasi kontekstə uyğun çərçivələnir.

5. Geosiyasət informasiya sərhədlərini də müəyyənləşdirir.
Qərb mediasında Ukrayna mövzusu ilə bağlı dominant narrativ başqa, Rusiyada tam fərqli, Yaxın Şərqdə isə tamam başqa məntiqdə qurulur. Bu, informasiyanın qlobal yox, bloklaşdırılmış mühitdə istehlak edildiyini göstərir. Hər kəs öz auditoriyası üçün "doğru" hesab etdiyi həqiqəti istehsal edir.

Media "kimə necə sərf edirsə o cür verir informasiyanı" sualı, əslində, informasiya sisteminin təbiətinə işarədir: media yalnız xəbər çatdıran yox, siyasi və ideoloji mövqeləri formalaşdıran aktordur. Ona görə də hadisələrin adları, terminləri, hətta çəkilmiş fotonun seçimi belə tərəfdir.

Bizim oxuculara, izləyicilərə çağırışımız nə olmalıdır? İlk olaraq informasiyanı birinci mənbədən yoxlamaq, terminologiyanı sorğulamaq, emosional çərçivələrdən çıxmaq və "kimin mövqeyini təkrarlayıram?" sualını vermək. Çünki informasiya dövründə tərəfsizliyi bəzən media yox, auditoriyanın media savadlılığı təmin edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 858   Tarix: 26 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 289
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

12:33 164
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

14:42 141
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

11:43 174
.

Həmin məlumatı verənləri pul mükafatı gözləyir

Korrupsiya ilə bağlı məlumat verən şəxslərə maddi mükafat veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni - "Korrupsiy

15:14 200
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

12:23 180
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 161
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

05.10.2026 319
.

Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"

Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri

05.10.2026 333
.