Yeni proqramlar təhsildə "yaddaşdan bacarığa" keçidi təmin edir
""Yeni tədris proqramlarının hazırlanması" ətrafında aparılan müzakirələrdə əsas məsələ proqramların adının dəyişməsi yox, təhsilin məzmununun və funksiyasının yenilənməsidir. Bu dəyişikliklər son illər Elm və Təhsil Nazirliyi tərəfindən aparılan sistemli islahatların məntiqi davamıdır. "Təhsil haqqında" Qanunun 4-cü maddəsinə əsasən, məqsəd şəxsə hərtərəfli inkişaf, müstəqil düşünmə, yaradıcı və sosial məsuliyyətli vətəndaş yetişdirməkdir və yeni proqramlar məhz bu hüquqi məqsədi real məzmuna çevirir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, əvvəlki proqramlar əsasən faktların ötürülməsinə və yaddaşa əsaslanırdı; yeni proqramlar isə nəticəyönümlü, bacarıq əsaslı və tətbiq yönümlüdür. Bu yanaşma bilikdən kompetensiyaya keçid deməkdir və tədrisin məntiqini kökündən dəyişir. OECD-nin PISA hesabatları göstərir ki, yalnız bilik ötürülməsinə əsaslanan sistemlərin nəticələri zəif olur, kompetensiya əsaslı proqramlara keçən ölkələr isə yüksək funksional savadlılıq göstəricilərinə malikdir. Azərbaycan PISA 2018 və 2022 nəticələrində orta göstəricidən aşağı qalır və bu proqram yeniləmələrinin obyektiv əsasını təşkil edir:
"Yeni proqramlarda şagird passiv dinləyici deyil, aktiv öyrənən olur; dərs real həyatla əlaqələndirilir, müəllim isə öyrənmə prosesini təşkil edən və şagirdi müşayiət edən fiqura çevrilir. Bu dəyişiklik şagirdin bacarıqlarının inkişafını hədəfləyir və tədrisin keyfiyyətini artırır. Dünya təcrübəsi göstərir ki, Estoniya, Finlandiya və Sinqapurda bu tip yeniliklər şagird nəticələrinə və motivasiyasına müsbət təsir edib. Azərbaycan bu modelləri yerli kontekstə uyğunlaşdırır ki, sistem həm praktik, həm də real həyatla əlaqəli olsun.
Təhsil islahatının riskləri də var: müəllim hazırlığı və qiymətləndirmə sistemi yetərli səviyyədə dəyişməsə, yeni proqramlar formal xarakter daşıya bilər. Resurs fərqləri isə regionlar arasında bərabər imkan yaratmaya bilər. Lakin bu, islahatın yanlış olduğunu yox, onun dəstək mexanizmləri ilə həyata keçirilməsinin vacibliyini göstərir.
Nəticədə, dəyişikliklər göstərir ki, təhsil artıq sadəcə bilik ötürən mexanizm deyil, insan kapitalı formalaşdıran strateji sistem kimi qurulur. Müəllim hazırlığı, qiymətləndirmə fəlsəfəsi və məktəb idarəetməsi yeni məntiqə uyğunlaşdırılsa, Azərbaycan məktəbi yaddaşa yox, düşüncəyə, faktlara yox, bacarığa söykənən və şagirdi yalnız imtahana yox, həyata hazırlayan sistemə çevrilə bilər. Bu isə təhsilin real dəyərini formalaşdıran əsas amildir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 638 Tarix: 26 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı
"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs
14:42 141 Husilər Səudiyyə hava limanına zərbə endirdilər
Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake
14:19 130 Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:
05.10.2026 231 Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib
Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd
05.10.2026 314 Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində
10:25 305 Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır
Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə
10:42 157 Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?
"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy
11:57 159 Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
05.10.2026 300 Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA
Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini
12:33 164