Veysəloğlu Şirkətlər Qrupu "Qida Təhlükəsizliyi Ayı" elan etdi
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 7 iyun tarixi "Ümumdünya Qida Təhlükəsizliyi Günü" kimi təsis edilib. Bu təşəbbüs qida təhlükəsizliyinin yalnız lokal deyil, həm də qlobal miqyasda prioritet məsələ olduğunu nümayiş etdirir və elmi-praktik yanaşmaların əhəmiyyətini bir daha ön plana çıxarır.
Veysəloğlu Şirkətlər Qrupu olaraq biz də bu qlobal çağırışa dəstək vermək və qida təhlükəsizliyi sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə 2025-ci ilin iyun ayını şirkət daxilində "Qida Təhlükəsizliyi Ayı" kimi elan edirik.
Bu təşəbbüs çərçivəsində bir sıra maarifləndirici və tərəfdaşlıq yönümlü tədbirlərin həyata keçirilməsi planlaşdırılır:
Qida təhlükəsizliyi üzrə ixtisaslaşan ali təhsil müəssisələrinin tələbələri üçün infoturlarının təşkili. Bu infoturlar Veysəloğlu Şirkətlər Qrupuna daxil olan əsas infrastruktur obyektlərinə – Ulduz Şokolad Fabrikinə, Məhəmmədi qəsəbəsində yerləşən Logistika Mərkəzinə və mikrobioloji laboratoriyaya yönəldiləcək. Eyni zamanda, ali təhsil müəssisələrinin laboratoriyalarına da ziyarətlər təşkil olunacaq. Məqsəd istehsal, saxlama və nəzarət proseslərini, həmçinin elmi-tədqiqat mühitini yerində tanıtmaqdır;
Keyfiyyət Assosiasiyası ilə birgə təlim və seminarların keçirilməsi;
Kütləvi informasiya vasitələrində maarifləndirici materialların yayımı;
Sahə üzrə ekspertlərin iştirakı ilə elmi-praktik konfransların təşkili.
Qida təhlükəsizliyi insanların sağlam həyat tərzinin qorunması, ictimai rifahın gücləndirilməsi və davamlı sosial-iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyan sahələrdəndir. Veysəloğlu Şirkətlər Qrupu olaraq daim bu məsuliyyətin fərqindəyik və bu yöndə maarifləndirmənin artırılması, eləcə də dövlət, özəl və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafına töhfə verməkdə maraqlıyıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 477 Tarix: 23 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentin idmançılarla maraqlı söhbəti: SƏMİMİ GÖRÜNTÜLƏR
Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Prezidentin idman ictimaiyyətinin nümayəndələri ilə maraqlı söhbəti diqqətçəkən məqamlardan bir
26.12.2025 206 Tacir Şahmalıoğlu ilə Vüqar Əbdülov arasında qalmaqal
"Meyxanaçıların sənəti bədahətəndir, əvvəlcədən əzbərlənmir. Vüqar 30 illik dostumdur, amma çıxıb efirdə ağzına gələni danışır. Niyə danışırsan? Düşün də. Məni verilişlərin birində "baltalayıb". Mən oxuyanam. Savadlı şairlərin şeirlərinə müraciət edirəm. Mən şair deyiləm". Axşam.a
26.12.2025 209 Suriyada "muxtariyyət" dövrü başlayır? SDF ilə Dəməşq arasında tarixi razılaşma
"Dəməşq hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDF) arasında əldə edilən razılaşma region üçün mühüm dönüş nöqtəsidir. İlk baxışda SDF-nin mərkəzi hakimiyyətə inteqrasiyası kimi görünən saziş, əslində onlara faktiki muxtariyyət verir və Suriyanın indiyədək mərkəzçi idarəçilik modelində cidd
26.12.2025 229 Planetin ən vəhşi yerlərindən biri: Çilidə unikal milli park yaradılır
Çili hökuməti yay mövsümündə sərin istirahət üçün ən cəlbedici istiqamətlərdən biri sayılan bu ölkədə, 47-ci milli parkın yaradılmasına hazırlaşır. Yeni park demək olar ki, 200 min hektar toxunulmamış vəhşi təbiətin qorunmasını nəzərdə tutur. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian"
26.12.2025 119 Kolbasa süfrədəki gizli zəhərə çevrilib - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər mağazalarda kolbasa məhsullarının çeşidi sürətlə artsa da, bu artım keyfiyyət məsələləri ilə bağlı sualları da gündəmə gətirir. Gündəlik qida rasionunda tez-tez yer alan bu məhsulların tərkibi, istehsal prosesi və istifadə olunan qatqı maddələri istehlakçılar arasında narahatlıq doğurur. Xüsusil
26.12.2025 316 Heydər Əliyev Sarayında Cem Adrian konserti keçirildi - FOTO
24 dekabr tarixində Heydər Əliyev Sarayında tanınmış türkiyəli müğənni Cem Adrianın konserti baş tutub. BİG.AZ xəbər verir ki, musiqisevərlərin böyük marağına səbəb olan konsert zala toplaşan tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert proqramı üç hissədən ibarət olub. İlk hissədə Cem Adria
26.12.2025 210 Ermənistan üçün Aİ yardımı təhlükəlidirmi? Zaxarovadan xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, qarşıdan gələn seçkilər fonunda Ermənistana vəd edilən Avropa İttifaqının (Aİ) yardımı çox pis nəticələnə bilər. xarici mediaya istinadən xəbər verir ki, Zaxarovanın sözlərinə görə, əgər Avropa İttifaqının diplomatiya rəhbəri Kaj
26.12.2025 178 "İstanbul Klinika"da qanunsuz tibb fəaliyyət göstərilib
"İstanbul Klinika" Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb. Yurd.Media-nın əldə etdiyi məlumata görə, keçirilmiş plandan kənar yoxlama zamanı klinikada lisenziyadan kənar dermatoloji iş və faəliyyətlə məşğul olunması, sertifikatsız praktiki tibb fəaliyyət
26.12.2025 257 Avropa Birliyi Azad Avropa/Azadlıq Radiosuna 50 milyon avro ayırıb
Avropa Birliyi Azad Avropa/Azadlıq Radiosunun fəaliyyətinin dəstəklənməsi üçün 50 milyon avro ayırıb. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, məlumatda bildirilir ki, bu maliyyə dəstəyi radiosunun müstəqil xəbərlər yayması və regionda informasiya azadlığının təmin olunması məqsədilə istifadə olunacaq
26.12.2025 249