Volodimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

Volodimir Zelenski Prezident İlham Əliyevi təbrik edibUkrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BiG.AZ President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azad Ukrayna və Azərbaycan həmişə öz münasibətlərini ortaq dəyərlərə, qarşılıqlı dəstəyə, hörmətə və hərtərəfli əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq ruhunda inkişaf etdirməyə çalışmışlar.

Əminəm ki, strateji tərəfdaşlıq münasibətlərinin dinamikası yalnız qorunub saxlanılmayacaq, eyni zamanda, Ukrayna və Azərbaycan xalqlarının maraqları naminə daha da möhkəmləndiriləcəkdir.

Bu gün Rusiyaya qarşı mübarizədə Ukrayna beynəlxalq dəstəyi yüksək qiymətləndirir və biz Azərbaycanın dövlətimizin suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq dəstəkləməsinə, eləcə də humanitar yardım göstərilməsinə görə minnətdarıq.

Bu fürsətdən istifadə edərək, Sizə, çox hörmətli cənab Prezident, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 559   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"1500 manatımı qaytar" - Hüseyndən Zaura tələb

Aparıcı Zaur Kamal oğlu Bartunun adından dələduzluğa sənət aləmi də rəy bildirib. "Yeni Sabah" xəbər verir ki, aparıcı sosial şəbəkədə övladının adından tanınmış şəxslərə mesajlar göndərilərək pul istənildiyini bildirib. Zaurun paylaşımına klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da şərh yazıb

16.07.2026 310
.

İsveçdən Ukraynanın bərpasına 127 milyon avroluq dəstək

İsveç hökuməti Ukraynanın bərpası və yenidən qurulmasına dəstək məqsədilə Dünya Bankının yeni maliyyə mexanizmi çərçivəsində 1,4 milyard İsveç kronu (təxminən 127 milyon avro) ayırıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, qərar hökumətin bugünkü iclasında təsdiqlənib. Ayrılan vəsait Düny

16.07.2026 203
.

Kondisionerin ömrünü uzadan sadə qayda: "3 dəqiqə" nədir?

Yay mövsümündə ev və ofislərin əsas soyutma vasitələrindən olan kondisionerlər həssas texniki sistemlərdən ibarətdir. Bir çox istifadəçi otağı daha tez soyutmaq məqsədilə temperatur tənzimləyicisini tez-tez dəyişir və ya cihazı ardıcıl şəkildə söndürüb yenidən işə salır. Lakin bu vərdiş kondisioneri

16.07.2026 141
.

Yeni Zelandiyada güclü zəlzələ: Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edildi

Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlardan sonra ölkənin bəzi sahilyanı bölgələrində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub. Məlumata görə, zəlzələnin episentri Te Anau şəhərindən təxminən 40 kilometr şimalda yerləşib. BİG.AZ Sky News-a istinadən xəbər veri

16.07.2026 198
.

ABŞ kosmik aparatları okeana enərkən, Rusiya niyə çölləri seçir?

Kosmik missiya başa çatdıqdan sonra ekipajın Yerə təhlükəsiz qaytarılması buraxılış mərhələsi qədər mürəkkəb mühəndislik və planlaşdırma tələb edir. Kosmik kapsulların enəcəyi ərazi isə hər ölkənin coğrafi şəraitinə uyğun seçilir. Qaynarinfo xəbər verir ki, uzun illərdir ABŞ astronavtlarının okeana paraşütl

16.07.2026 138
.

Perseid meteor yağışı nə vaxt görünəcək? - Ən möhtəşəm səma hadisələrindən biri başlayır

Bir neçə gündən sonra gecə səmada ilin ən möhtəşəm astronomik hadisələrindən biri - Perseid meteor yağışı başlayacaq. Qaynarinfo-nun Unian-a istinadən məlumatına görə, meteor yağışını iyulun 17-dən avqustun 24-dək müşahidə etmək mümkün olacaq. Axının ən yüksək fəallığı isə avqustun 12-dən 13-nə keçə

16.07.2026 124
.

SON DƏQİQƏ! İran BƏƏ-ni raket və dronlarla hədəfə aldı - Gərginlik daha da artır

ABŞ-ın İrana endirdiyi son zərbələrdən sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. İran bu dəfə Birləşmiş Ərəb Əmirlikləridə daxil olmaqla bir sıra Körfəz ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib. BİG.AZ Reuters-ə istinadən xəbər verirki, hücumlar nəticəsində BƏƏ-nin hava hücumunda

16.07.2026 231
.

Çində qayıqda partlayış: Ölən və yaralananlar var

Çinin Lyaonin əyalətində dənizdə hərəkətdə olan rezin qayıqda baş verən partlayış faciə ilə nəticələnib. Məlumata görə, Mopanşan adası yaxınlığında baş verən hadisə zamanı qayıqda olan 13 nəfərdən 7-si həyatını itirib, 1 nəfər isə itkin düşüb. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, yaralanan 5 nəfə

16.07.2026 211
.

Şirkətlər "Bank Respublika"dan milyonları çıxardı - Depozitlər kəskin azaldı

"Bank Respublika" bu il əmanət portfelinin 260 mln. manata yaxın hissəsini itirib. "Yeni Sabah" -a istinadla xəbər verir ki, 2026-cı ilin ilk yarısı üzrə bankın ümumi depozit portfelinin həcmi 1 mlrd. 99 mln. manata bərabər olub. Bu isə ilin əvvəli ilə müqayisədə 19% və ya 257,4 mln

16.07.2026 207
.

TOP MP3