Röya Ayxanın Kann QALMAQALI: "Xalq artisti adından məhrum edilsin" – Tanınmışlar AYAĞA QALXDI

Röya Ayxanın Kann QALMAQALI: "Xalq artisti adından məhrum edilsin" – Tanınmışlar AYAĞA QALXDIXəbər verdiyimiz kimi Xalq artisti Röya Ayxan Kann Film Festivalında iştirak edib. Qırmızı xalçaya müğənni "I Success Top 100 Awards Gala" tədbirində iştirak edib və burada "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunub.

Xalq artistinin Kann Film Festivalında iştirak etməsi cəmiyyətimizdə birmənalı qarşılanmayıb. Əksəriyyət, xüsusən də kino camiyəsinin tanınmış nümayəndələru, o cümlədən Xalq artisti Rasim Balayev, Əməkdar incəsənət xadimi kinorejissor Ayaz Salayev sərt fikirlər səsləndirib.

Xalq artisti Rasim Balayev "Bu festivala layiq olmayan insanları aparırlar. Röyanı da aparıblar?" deyə təəccübünü gizlətməyib.

Ayaz Salayev deyib ki, kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər, çətin bir şey deyil:

"Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb".

Bundan başqa, Ayaz Salayev bildirib ki, Röya Ayxanın təltif edildiyi "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatının Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.

Röya Ayxanın isə Ayaz Salayevə verdiyi cavab qalmaqalı daha da alovlandırıb.

"Deyirlər, rəhmətliklər diriliblər. Enerjiyə gəlmisiniz, elə bilirsiniz, gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram! Məni görəndə salamlaşırsınız. Özünüzə gəlin. Mən ölənləri diriltməyə öyrəşmişəm, amma siz elə ölü qalın. Bəli, birinci mənəm, hər şeyin ən gözəlini, ən layiqincə edəni mənəm. Çünki oxuduğum kimi ürəyim var. "Hadi" oradan!", deyə Röya Ayxan qeyd edib. Müğənninin bu cür cavabı kəskin tənqidlərə səbəb olub, hiddətlə qarşılanıb. Bəziləri Xalq artisti adının ondan alınmasını tələb edib. Bununla belə Röya Ayxana dəstək olanlar da var.

Əməkdar artist Mehriban Xanlarova Kann Film festivalına gedən Xalq artisti Röya Ayxana dəstək nümayiş etdirib.

Aktrisa qeyd edib:

"Röya başqa millətdən deyil, o, azərbaycanlıdır və ölkəmizi layiqincə təmsil edir. Beynəlxalq tədbirlərdə vətənimizin adını uca tutan hər kəsi dəstəkləmək bizim vətəndaşlıq borcumuzdur. Paxıllıq hisslərini bir kənara qoyaraq, azərbaycançılıq prinsipini önə çəkək. İrəli gedən hər bir azərbaycanlının yoluna daș qoymaq, sosial mediada arxadan zərbə vurmaq düşmənlərimizin istəyidir. Birliyimizi qoruyub, ölkəmizi daha da ucaldaq".

Aktyor Kamran Ağabalayev də Röya Ayxanı dəstəklədiyini bildirib və gələcəkdə Röyanı film çəkilişinə dəvət edəcəyini açıqlayıb:

"Kann film festivalında iştirak edən dünya ulduzlarından ancaq Röyanı tanıyanlar, (Balayev Rasim də içində olmaqla) Röya haqda yersiz danışır. Çünki həmin adamların çoxu bu günə qədər Kann film festivalında göstərilən filmlərə baxmayıblar. Adamların Kann film festivalı haqda təsəvvürləri yoxdur. Röya da Röyadı, dünyaya göstərdi ki, mən sizin oyunçulardan daha yaxşı oyunçuyam".

Aktyor və rejissor Rza Rzayev (Drakon) qeyd edib:

"Röya xanım Kann festivalına kiminsə yerinə getməyib, qanunu pozmayıb, rüşvət verməyib, başqaların qazancına göz dikməyib; o, bacarmadığı vəzifəni tutmur, "dost, qardaş" dediyi adam dünyasını dəyişəndən sonra onun yerinə sədr olmayıb, "dost, qardaş" dediyi adamı çətin anında tək qoymayıb, səhər dediyi sözü axşam təkzib etməyib. O, sadəcə bacardığı və uğurlu olduğu işlə məşğuldur. Həmçinin başqaları kimi yaltaqlıq etmir, vəzifə sahiblərinə tərif demir, vəzifə tutanların qarşısında əl barmaqlarını ayaq barmaqlarına vurmur və vəzifəsini itrənlərin arxasından danışmır".

Siyasi şərhçi Telman İsa isə Mədəniyyət Nazirliyinə və nazir Adil Kərimliyə müraciət edərək, Röya Ayxandan Xalq artisti fəxri adının alınmasını tələb edib:

"Bu sağa-sola paylanılan xalq artisti adının altında imtiyazlanan 2 ayaqlıların oğru jarqonlarından xəbəriniz varmı? Bu nə əda, davranışdır? Hara gedirik? Gənclərə bu cür miras qoyulur? Bu nə özünü buraxmaqdır?

Xalq artisti Röya Ayxan: "Başlayaq sən Ayaz Salayevdən...Ayaz Salayev, məni görürsən? Özünü yığışdır!".

Mənə görə sözün bitdiyi yerdir! Digər tərəfdən Ayaz hoca sizi söyməyib, döyməyib, Kann festivalının bilicisi kimi, tədbirin qaydalarını izah edib. İzah edib ki, festivala aidiyyəti olmayan bəzi xalq artistləri Bakıya döndükdə bu millətin başına corab keçirməsin, sui-istifadə hallarına yol verməsinlər!

Nəhayət. Mənə görə, necə ki, hərbdə və digər sahələrdə general rütbələri əlindən alınan şəxslərə rast gəlinir, bu anarxiyalı incəsənət sahəsinə soxulmuş bəzi mikrobların da fəxri adları əllərindən alınmalıdır ki, qazları çıxsın.

Xalq artistləri böyük Rəşid Behbudov, dünyaçaplı Müslüm Maqomayev və bu çapdan olan şəxsiyyətlər idi. Onlar Azərbaycan mədəniyyətini, zəngin musiqisını, xalqımızın kimliyini göylərə qaldırardılar. Dahi Müslümü kimsə tərifləyəndə, adam utanardı, tərləyərdi, başını aşağa salardı.Onun bu mübhəm davranışını böyük Mistislav Rastrapoviç həmişə nümunə gətirər, təqdir edərdi".

Yazıçı, dramaturq Ülviyyə Heydərova da Xalq artistinə dəstək olub:

"A kateqoriyalı festivalda tamaşaçı və ya sənətçi kimi iştirak etmək mümkündür. Dünya kino sənətinin diqqət mərkəzində olan bu festivala yüzlərlə, minlərlə biznesmen, model, şou-biznes, sənət adamları gedir. Festivalda müsabiqədə qatılmaq, yarışmaq, münsiflərin rəyini, qiymətini almaq, yer tutmaq başqadır, festivalda iştirak etmək başqadır.

Məşhur Türk aktyorları hər il hansısa şirkətin sponsorluğu ilə Kannda iştirak edirlər. Gedirlər qəşəngcənə poz verirlər, gəlirlər. Amma hər hansı filmi ilə festivala qatılmaq bu ayrı mövzudur.

Röyaya gəlincə. Əgər onun o festivalda iştirak etmək imkanı yaranıbsa, niyə də getməsin? Festivala gedib, iştirak edib, poz verib, zövq alıb. Hamıya olar, ona olmaz?"

"Azvision" saytının baş redaktoru Vüsal Məmmədov isə qalmaqala bu cür mövqe bildirib:

"Söhbət o deyil ki, niyə Kann Festivalına Röya gedib. Gedib - əcəb edib. Pulu var, bilet alıb gedib. Heç kim qarışa bilməz.

Kann festivalı kimi tədbirlərdə bizi ilk növbədə kinomuz, çəkdiyimiz filmlər, rejissorlarımız, kino sənətkarlarımız təmsil etməlidir. Bəli, Röya da gedə bilər. Amma burada əsas vurğu "da" hissəciyinin üstünə düşür. Röya da gedə bilər, amma Azərbaycan ilk növbədə Kannda, Berlində, Venesiyada kinosu ilə təmsil olunmalıdır".

Texnobloger Fərid Pərdəşünas isə qeyd edib ki, Röya Ayxanın aldığı "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatının Kann Film Festivalına heç bir aidiyyəti yoxdur:

"Bu mükafat sadəcə həmin tarixdə və eyni məkanda keçirilən bir kənar tədbirə aiddir. Tədbirin isə yalnız kiçik bir Instagram səhifəsi var. Rəsmi saytlarını belə tapa bilmədim".

Fərid Pərdəşünas əlavə edir ki, Kannın qırmızı xalçasına çıxmaq heç də əlçatmaz bir proses deyil:

"Mən 2018-ci ildən bəri o xalçada az qala salto vurmadığım qalıb. Hələ mən Kannın digər yaradıcılıq tədbirinə rəsmi media olaraq dəvət alıram. Akkreditasiyalarla daxil oluram. Kim istəyirsə, gələn il 10,000 dollara onu da apararam".

Onun fikrincə, Röya Ayxan və Anar Ağakişiyevin qırmızı xalçaya çıxması şəxsi təşəbbüsdür, şəxsi əlaqələr və şəxsi PR addımıdır.

"İstədikləri kimi geyinərlər, şəkil çəkdirərlər və paylaşarlar. Lakin bunu mediada uğur kimi qələmə vermək (və ya verdirmək), ölkə adına danışdırtmaq doğru deyil.

Faktiki olaraq uğur — orada göstərilən filmlərin yaradıcı heyətində yer alaraq o qırmızı xalçaya çıxmaqdır. Bu isə indiki halda aktual olmayıb. Film festivalına tanış dəvəti, media qeydiyyatı və digər əlaqələrlə giriş alıb iştirak etmək mümkündür. İstəyən olsa, gələn il 10 min dollara göndərə bilərəm.

Uğura gəlincə, mən düşünürəm ki, Röya xanım elə eyni şəhər və elə eyni binada keçirilən "NRJ Music Awards"da səhnə alması daha doğru olardı. Çünki NRJ müğənni yarışı və mükafatıdır. Burada qazanmaq isə o qədər də asan məsələ deyil.

Məncə, daha yaxşı danışılmalı olan məsələ bu il ilk dəfə Kann Film Festivalında bir Azərbaycan mediasının (Filmaç) Hacı Səfərov timsalında təmsil olunmasıdır".(müsavat.com)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1696   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımova məzunların tədbirində GEYİMİ İLƏ GÜNDƏM OLDU - FOTO

Xalq artisti Aygün Kazımova ötən gün məzun gecəsində iştirak edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, məzunlar üçün səhnəyə çıxan Pop kraliçasının çıxışı maraqlı anlarla yadda qalıb. Kazımovanın çəhrayı, "Barbie" üslubunda seçdiyi geyim sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib

14.06.2026 628
.

Aygün Kazımova məzunlarla bir arada - Geyimi gündəm oldu

Xalq artisti Aygün Kazımova ötən gün məzun gecəsində iştirak edib. Axşam.az-ın məlumatına görə, məzunlar üçün səhnəyə çıxan Pop kraliçasının çıxışı maraqlı anlarla yadda qalıb. Kazımovanın çəhrayı, "Barbie" üslubunda seçdiyi geyim sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Müğənninin istifad

13.06.2026 471
.

Serdar Ortaçdan ÜZÜCÜ XƏBƏR

Türkiyəli müğənni Serdar Ortaçin uzun illərdir mübarizə apardığı MS xəstəliyi ilə bağlı vəziyyəti ağırlaşıb. Axşam.az xəbər verir ki, sənətçi son illərin ən ciddi xəstəlik tutmalarından birini keçirib və hazırda müalicə alır. Serdar Ortaçın təxminən 15 gündür intensiv müalicə prosesində olduğu qeyd olunur

13.06.2026 1258
.

29 yaşlı prodüserin cəsədi tapıldı

Reperlər Travis Skott və Dreykin hitləri ilə tanınan, "Qremmi" mükafatına namizəd olan amerikalı musiqi prodüseri Tey Kit vəfat edib. Axşam.az xəbər verir ki, prodüser 29 yaşında dünyasını dəyişib. Onun cəsədi mənzilində polis əməkdaşları tərəfindən aşkarlanıb. Kitin ölüm səbəbi hələlik bəll

19:40 55
.

Bu da 3-cü dəfə evlənən Azərin AİLƏSİ - FOTO

Aparıcı Azər İsmayılov sosial mediada paylaşım edib. xəbər verir ki, aparıcı qızları ilə görüntülərini paylaşıb. Azərin paylaşımı izləyicilərin marağına səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:

14.06.2026 2501
.

Neslihan 3 ildən sonra qayıdır

Türkiyəli aktrisa Neslihan Atagül uzun aradan sonra kamera qarşısına keçməyə hazırlaşır. Axşam.az xəbər verir ki, aktrisa yeni mövsüm üçün "Ay Yapım" şirkəti ilə razılığa gəlib. Neslihan yayım şirkətinin hələ adı açıqlanmayan serialında baş rolu ifa edəcək. Qeyd edək ki, aktrisa sonuncu dəf

19:30 77
.

Aygün Kazımovanın qızı TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ - FOTO

Xalq artsiti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova son görüntüsü ilə diqqət çəkib. xəbər verir ki, ifaçının sosial mediada yeni fotoları yayımlayıb. İlqarə görünüşü ilə diqqət çəkib. Onun görüntüsünə çoxsaylı təriflər yazıblar. Sözügedən fotoları təqdim edirik:

20.06.2026 476
.

Aysel Teymurzadənin yeni görüntüsü GÖZ QAMAŞDIRDI - FOTO

Müğənni Aysel Teymurzadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Dərin yarıqlı geyimdə Aysel gözəlliyi ilə diqqət çəkib. İfaçının görünüşü hər kəsi heyran edib. Paylaşıma tərif dolu sözlər yazıblar. Sözügedən fotonu təqdim edirik

00:08 270
.

Daha bir övladı Pittin soyadından imtina etdi

Məşhur Hollivud aktyorları Ancelina Coli və Bred Pittin qızı Zahara atasının soyadından imtina etmək üçün rəsmi müraciət edib. Axşam.az xəbər verir ki, bu barədə "Entertainment Weekly" nəşri məlumat yayıb. Los-Anceles Ali Məhkəməsinə təqdim olunan sənədlərdə 21 yaşlı Zaharanın bundan sonr

13.06.2026 257
.

TOP MP3